Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    “Hizbullahın silahı artıq İsraili qorxutmur” – Samir Caca

    29 İyul 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Hizbullahın silahı artıq İsraili qorxutmur” – Samir Caca
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Livandakı siyasi və təhlükəsizlik böhranı fonunda "Livan Qüvvələri" Partiyasının sədri Samir Caca Hizbullahın silahlı varlığının Livan üçün artıq təhlükə mənbəyi olduğunu və İsraili qorxutmaq əvəzinə ölkəyə yalnız dağıntı və ziyan gətirdiyini deyib. Caca bildirib ki, Livan ya hökumət səviyyəsində hərbi və təhlükəsizlik təşkilatlarının ləğvi qərarını verməli, ya da qarşıdan gələn yayı böhranla qarşılamalı olacaq.

    Samir Caca avqustun 1-dən etibarən ABŞ-ın Livandakı silahların yalnız dövlətin əlində cəmləşməsi ilə bağlı müəyyən etdiyi müddətin sona çatması fonunda yayda genişmiqyaslı İsrail hücumu ehtimalına toxunaraq deyib:“Əgər bu vəziyyət davam edərsə, yay ən yaxşı olduqca gərgin siyahi mühitdə keçəcək.”

    Onun sözlərinə görə, 2024-cü ilin noyabrında imzalanan atəşkəs razılaşması silahların yalnız ordu və rəsmi təhlükəsizlik qurumlarının əlində olmasını tələb edir. Lakin Hizbullahın silahlı varlığı bu razılaşmanı açıq şəkildə pozur.

    Caca qeyd edir ki, hazırda beynəlxalq ictimaiyyət Qəzzadakı müharibənin dayandırılması üçün İsrailə təzyiq göstərsə də, Livandakı vəziyyətə dair heç bir reaksiya yoxdur.

    Caca, Hizbullahın ağır və yüngül silahlarının İsrail üçün artıq qorxu mənbəyi olmadığını deyərək, bu məsələni “boş ritorika” adlandıraraq, “Söhbət təkcə silahdan yox, silahlı təşkilatın mövcudluğundan gedir. Bu halda heç bir dövlət suverenliyindən danışmaq olmaz.”-deyib.

    Onun sözlərinə görə, Livanda hakimiyyətin bir hissəsi dövlətin əlində, digər hissəsi isə qeyri-dövlət aktorlarının əlindədir. Bu isə ölkənin beynəlxalq nüfuzunu zədələyir.

    Samir Caca xəbərdarlıq edir ki, əgər bu qeyri-müəyyənlik davam edərsə, Livan dost ölkələrin, xüsusilə Körfəz ölkələri və ABŞ-ın dəstəyini itirə bilər.

    “Fransa yardım konfransı vəd etsə də, ABŞ-ın etirazı səbəbindən hələ də vaxt müəyyənləşməyib.”-deyən Caca vəziyyəti “siyasi mətbəxdə daş qaynatmaq” adlandıraraq, rəsmi şəxsləri konkret addımlar atmağa çağırıb.

    Caca bildirib ki, hökumət daxilində müxtəlif siyasi qruplarla əlaqə saxlayaraq bütün qeyri-dövlət silahlı təşkilatların qadağan olunması üçün qərarın qəbuluna çalışırlar:

    Hizbullah Livana ziyan verir

    Caca vurğulayır ki, Hizbullahın hərbi strukturu artıq Livanı müdafiə etmir, əksinə ziyan verir – həm İsrail və Qərblə, həm də Suriya ilə münasibətlərdə gərginlik yaşanır. O, Suriyada Hizbullahın dəstəklədiyi silahlı qrupların üzə çıxmasının yeni Suriya hökumətinə münasibəti zədələyə biləcəyini bildirib.

    Caca Livandakı bəzi qrupların Suriyadakı yeni hakimiyyətlə bağlı qorxu kampaniyaları apardığını, lakin bu narahatlıqların əsaslı olmadığını deyib.

    “Əhməd əş-Şəraa prezident olandan bəri Livanla münasibətlərdə heç bir təhdid müşahidə olunmayıb.”-deyə o qeyd edib.

    O əlavə edib ki, Səudiyyə Ərəbistanı, Türkiyə və ABŞ-ın hazırkı siyasəti Livanda sabitliyin tərəfdarıdır. Hizbullah və “müqavimət oxu” isə silahı saxlamaq üçün bütün vasitələrdən istifadə edir.

    “Livan xalqı radikallığa meyilli deyil”

    Caca qeyd edib ki, Livanlıların və xüsusilə sünni əhalinin təbiəti etibarilə orta mövqe tutduğunu və keçmişdə radikalizmə meyil göstərmədiyini xatırladıb:

    “Ən ağır böhran dövrlərində belə ekstremizm baş qaldırmadı, indi də baş verməyəcək.”

    O, təhlükəsizlik orqanlarının bu vəziyyəti nəzarətdə saxladığını və hər hansı təhlükənin əvvəlcədən qarşısını alacaq qabiliyyətdə olduğunu əlavə edib.

    #Qəzza #İsrail #Səudiyyə Ərəbistanı #ABŞ #Livan #Hizbullah #Livan-İsrail gərginliyi #Livan-İsrail sərhəd gərginliyi #Samir Caca #Samir Caca açıqlaması #Hizbullah Livan böhranı #Livan silahlı qruplar #Livan İsrail gərginliyi #ABŞ və Livan münasibətləri #Hizbullah silahsızlaşdırma #Fransa yardım konfransı #Livan siyasi qeyri-müəyyənlik #Suriya Hizbullah əlaqəsi #Livan Qüvvələri lideri Samir Cacanın Hizbullahın silahlı varlığına dair xəbərdarlığı #Hizbullahın Livanda təhlükə yaratdığı və İsraili qorxutmaq əvəzinə ölkəyə ziyan vurması barədə tənqidlər #ABŞ-ın Livandakı silahların yalnız dövlətin əlində cəmləşməsi ilə bağlı təyin etdiyi müddətin başa çatması #Livanda qeyri-dövlət aktorlarının varlığı və suverenliyə təsiri haqqında Samir Cacanın mövqeyi #Livanda Hizbullahın hərbi strukturu və Livan xalqının radikallığa meyilli olmaması fikri #Fransa yardım konfransının təxirə salınması və ABŞ-ın etirazları səbəbindən ləngiməsi #Cacanın Körfəz ölkələri və ABŞ dəstəyinin itirilməsi ilə bağlı xəbərdarlığı #Livanda hökumət daxilində qeyri-dövlət silahlı qrupların qadağan edilməsi təşəbbüsləri #Suriya və Livan münasibətlərində Hizbullahın yaratdığı diplomatik gərginlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    1 Sentyabr 2026 22:45

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    1 Sentyabr 2026 22:04

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    1 Sentyabr 2026 21:24

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    1 Sentyabr 2026 21:21

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    1 Sentyabr 2026 20:46

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    Dəniz mühasirəsi zamanı 84 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

    1 Sentyabr 2026 20:31

    ABŞ mühasirəni gücləndirsə, İran hərbi cavab verəcək - Qalibaf

    1 Sentyabr 2026 20:28

    İran üzərində iqtisadi təzyiqi artıracağıq - Skott Bessent

    1 Sentyabr 2026 20:26

    ABŞ gəmilərə Hörmüz boğazından keçidlə bağlı “yalan təminatlar” verir - Qalibaf

    1 Sentyabr 2026 20:18

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    1 Sentyabr 2026 19:52

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.