Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrailin Qəzza zolağına hücumu nəticəsində 10 fələstinli həlak olub

    25 İyul 2025 14:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin Qəzza zolağına hücumu nəticəsində 10 fələstinli həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI.AzerVoice

    İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə hücumları nəticəsində 10 fələstinli ölüb, çoxlu sayda yaralı var.

    AzerVoice xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə məlumat yayıb. İsrailin Qəzza zolağının şimal-qərbindəki Sudaniya bölgəsini bombalaması nəticəsində 3 fələstinli həlak olub.

    İsrail döyüş təyyarələri Qəzzanın şimal-şərqindəki Tuffah məhəlləsinə iki ayrı hava hücumu həyata keçirib. Hücumlarda 3 fələstinli ölüb, bir neçəsi yaralanıb.

    Qəzzanın cənub-şərqindəki Zeytun məhəlləsində İsrailə məxsus pilotsuz təyyarənin Səlahəddin məscidi yaxınlığında bir qrup mülki vətəndaşı hədəf alması nəticəsində 2 fələstinli ölüb, çoxlu sayda yaralı var.

    Xəbərdə Əl-Əhli Baptist Xəstəxanasında bir uşağın aclıq və qida çatışmazlığından öldüyü bildirilir.

    Qeyd edək ki, İsrailin hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana Qəzzada qida çatışmazlığı və aclıqdan ölən fələstinlilərin sayı 82-si uşaq olmaqla 114-ə çatıb.

    İsrailin hücumları və humanitar yardımı məhdudlaşdıran sıx mühasirə altında olan Qəzza zolağı geniş aclıq və su, dərman, tibbi ləvazimat və gigiyena ləvazimatlarının çatışmazlığı ilə humanitar fəlakət yaşayır.

    Əsas ləvazimatlardan məhrum olan fələstinlilər müvəqqəti çadırlarda və ya gigiyena ləvazimatlarının çatışmadığı, hətta lavaboların belə qeyri-kafi olduğu və yoluxucu xəstəliklərin tüğyan etdiyi həddən artıq dolu məktəblərdə sağ qalmaq üçün mübarizə aparır.

    İsrail ordusu isə hər gün hücumlar təşkil edir, köçkünlərin çadırlarını və mülki sığınacaqlarını bombalayır.

    #Qəzza #Fələstin #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #İsrail cinayətləri #Fələstin soyqırımı #İsrail hücumları #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #İsrail və Fələstin münaqişəsi 2025 #İsrail Fələstin münaqişəsi #Qəzzada müharibədən sonrakı vəziyyət #İsrail və Fələstin münaqişəsi #İsrail və Qəzza #İsrail və Qəzza münaqişəsi #İsrailin Qəzza siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Qərb sahilində son əməliyyatlar zamanı nələr baş verib?

    18 İyul 2026 20:26

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    Tramp İranın hərbi imkanları barədə danışıb

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.