Regionda bir tərəfdən İran, digər tərəfdən isə Amerika Birləşmiş Ştatları və İsrail arasında görünməmiş bir müharibə yaşanarkən, dörd Körfəz ölkəsi – Qətər, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) illərdir mülki və ticari örtük altında "yatan" və müharibə zamanı hərəkətə keçməyə başlayan İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) və Livandakı "Hizbullah"a bağlı qrupların dağıdıldığını elan edirlər.
Baş xəbər
ABŞ Prezidenti Donald Tramp bu gün verdiyi sərt bəyanatda İranın enerji infrastrukturunu tamamilə darmadağın etməklə hədələyib. Tramp Hörmüz boğazının 48 saat ərzində beynəlxalq naviqasiya üçün tam açılmayacağı təqdirdə, ABŞ-ın İranın ən böyük elektrik və enerji stansiyalarına sarsıdıcı zərbələr endirəcəyini bildirib.
İsrail tərəfi İranın hərbi proqramlarında mühüm rol oynayan iki yüksək rütbəli alimin – Məhəmməd Əli Xudabaxş və Məhəmməd Rizanın öldürüldüyü barədə hesabat yayıb. İddialara görə, sözügedən şəxslər Tehranın gizli elektromaqnit silahlarının hazırlanmasına rəhbərlik ediblər. İsrailin "Channel 12" telekanalı, həmçinin "Yedioth Ahronoth" və "The Jerusalem Post" nəşrləri öz mənbələrinə istinadən alimlərin Tehran ətrafında avtomobillərinə endirilən dəqiq zərbə nəticəsində həlak olduqlarını bildiriblər. İsrail tərəfi hədəfə tam nail olunduğunu və hər iki mütəxəssisin öldüyünü iddia edir.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) sosial şəbəkələrdə yayılan "Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ərazi sularından çoxsaylı raket fırlatılıb" iddialarının həqiqəti əks etdirmədiyini açıqlayıb. Rəsmi qurum bəzi sosial şəbəkə hesablarında paylaşılan görüntülərin manipulyasiya xarakterli olduğunu bəyan edib. Mərkəzin yaydığı məlumatda qeyd olunur ki, nə Türkiyə, nə də ŞKTC-nin ərazi sularında hər hansı raket atışı qeydə alınmayıb.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi gecə yarısından etibarən Krallığın ərazilərini hədəf alan İrana məxsus 51 pilotsuz uçuş aparatının (PUA) qarşısının alındığını və məhv edildiyini elan edib. Krallığın hava hücumundan müdafiə sistemləri tərəfindən həyata keçirilən bu uğurlu əməliyyat nəticəsində bütün hədəflər havada zərərsizləşdirilib. Müdafiə Nazirliyi ölkənin suverenliyini və mülki əhalinin təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirlərin görüldüyünü vurğulayıb.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Şəxsi heyətə milli-mənəvi dəyərlərimizin təbliği və vətənpərvərlik hissinin daha da artırılması məqsədilə keçirilən tədbirlərdə dövlətimizin başçısının və müdafiə nazirinin təbrikləri çatdırılıb. Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən bəhs ediblər. Həmçinin Novruz və Ramazan bayramı ənənələrinin tarixindən, xalqımızın öz tarixi ənənələrinə bağlılığından və dövlət səviyyəsində qeyd edilməsindən söhbət açıblar. Qeyd olunub ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqımızla birlikdə şənliklərdə iştirakı və bayramlar münasibətilə Azərbaycan xalqına təbrikləri Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub.
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 67,7 faiz azalaraq, 2 milyon 346 min 67 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Qazaxıstana polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 56,5 faiz azalaraq, 1 milyon 445 min 69 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 1 milyard 192 milyon 569 min dollara bərabər olub.
Bundan qırx il əvvəl Pol Kennedi “Böyük dövlətlərin yüksəlişi və tənəzzülü... 1500-cü ildən 2000-ci ilə qədər” adlı görkəmli kitabını nəşr etdirdi. O, bu kitabda imperiyaların yüksəliş və süqut səbəblərindən bəhs edərək xəbərdarlıq edirdi ki, hər hansı bir böyük güc öz resursları, imkanları və daxili məhsuldarlığı arasında tarazlıq yarada bilməsə, gec-tez tənəzzül mərhələsinə qədəm qoyacaqdır. Kitabda bəhs edilən qədim böyük dövlətlərdən asılı olmayaraq, biz XX əsrdə Osmanlı, Britaniya və Rusiya/Sovet imperiyalarının süqutunun, o cümlədən Almaniya və Yaponiya cəhdlərinin qırılmasının şahidi olduq.
Satsuma Üsyanı, Yaponiyanın Meiji hökumətinin sürətli modernləşməsinə qarşı son böyük samuray üsyanı olub, həm Yaponiyanın iqtisadiyyatına dərin təsir etdi, həm də ölkənin hərbi və iqtisadi islahatlarının təməlini qoydu.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirəyə verdiyi xüsusi müsahibədə İranın körfəz ölkələrinə qarşı intensivləşən hücumlarını sərt tənqid edib. Nazir Tehranın bu addımlarının regionda qalıcı düşmənçiliyə yol açdığını və strateji baxımdan yanlış olduğunu vurğulayıb. Hakan Fidan Səudiyyə Ərəbistanının dəvəti ilə Riyadda keçirilən ərəb və islam ölkələri xarici işlər nazirlərinin fövqəladə toplantısında iştirak edib. Maraqlıdır ki, nazirin müsahibəsi zamanı Riyadda hava həyəcanı siqnalları verilib və mobil telefonlara "Məkanınız hücuma məruz qalır, dərhal sığınacağa gedin" xəbərdarlığı gəlib. Lakin Fidan və nümayəndə heyəti görüşü davam etdirib, nazir yola düşdükdən qısa müddət sonra şəhərdə iki güclü partlayış səsi eşidilib.
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Suriyanın cənubundakı hərbi obyektləri hədəf alan son hava hücumlarını ən sərt şəkildə pisləyib. Rəsmi Ankara bu addımı bölgədəki gərginliyi nəzarətdən çıxara biləcək "təhlükəli addım" kimi xarakterizə edib. Nazirliyin yaydığı rəsmi bəyanatda qeyd olunub ki, İsrailin hücumları beynəlxalq hüquq normaları ilə tamamilə ziddiyyət təşkil edir. Türkiyə Suriyanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasını qəbuledilməz adlandıraraq, dünya birliyini hərəkətə keçməyə çağırıb:
İsrailin nüfuzlu "Haaretz" qəzeti müharibənin başladığı gündən bəri davam edən 20 günlük İran bombardmanları nəticəsində ölkənin üzləşdiyi rəsmi itkilərin statistikasını dərc edib. Məlumatlar göstərir ki, raket və PUA hücumları İsrailin həm dinc əhalisi, həm də mülki infrastrukturuna ciddi zərbələr vurub.