Baş xəbər

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan regional turu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ölkə prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə bir araya gəlib. Diplomatik mənbələr görüşün əsas mövzusunun regionda genişlənən müharibə və İranın Körfəz ölkələrinə, o cümlədən BƏƏ-yə qarşı həyata keçirdiyi cavab zərbələri olduğunu bildiriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Novruz bayramı ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm".

ABŞ Prezidenti Donald Tramp administrasiyası İranla müharibənin yekun hədəfləri barədə ziddiyyətli bəyanatlar versə də, üç həftəlik intensiv bombardmanların xəritəsi real mənzərəni ortaya qoyur. ABŞ və İsrailin vurduğu 7 800-dən çox hədəf İranın hərbi gücünün məhv edilməsindən tutmuş, rejim daxilində çevrilişə zəmin hazırlanmasına qədər geniş bir spektri əhatə edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə artan gərginlik fonunda İsrailin fəaliyyətlərini sərt tənqid edərək bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu tərəfindən yürüdülən siyasət qlobal sülh üçün təhlükə yaratmaqda davam edir. O, qeyd edib ki, regionda baş verən hadisələr ümumi təhlükəsizlik mühitini daha da gərginləşdirir. Onun sözlərinə görə, Rusiya-Ukraniya müharibəsi artıq beşinci ilinə daxil olub, Yaxın Şərqdə isə münaqişələr dərinləşməkdə davam edir.

Qazaxıstan Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin texniki araşdırılması üçün lazım olan bütün ekspertiza nəticələrini istehsalçılardan alıb. Bu barədə jurnalistlərə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib. Onun sözlərinə görə, araşdırma davam edir və GPS-trekerlər, naviqasiya avadanlıqları, eləcə də təyyarə istehsalçısından alınan bütün zəruri ekspertiza nəticələri artıq əldə olunub. Hazırda bu nəticələr ümumiləşdirilir və komissiya iştirakçıları ilə razılaşdırılacaq.

Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif bir-birini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xalqlarmıza firavanlıq və yeni-yeni uğurlar arzulayıblar.

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir. 28 fevral 8.00-dan – 20 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 2853 nəfər təxliyə olunub. Belə ki, 720 Çin, 470 Azərbaycan, 323 Rusiya, 195 Banqladeş, 184 Tacikistan, 148 Pakistan, 122 Hindistan, 72 Oman, 68 İndoneziya, 49 İran, 44 İtaliya, 28 Əlcəzair, 26 İspaniya, 23 Almaniya, 20 Kanada, 19 Fransa, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Gürcüstan, 14 Özbəkistan, 13 Polşa, 13 İsveçrə, 13 Nigeriya, 12 Macarıstan, 12 Bəhreyn, 11 Qazaxıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Belaus, 10 Bolqarıstan, 10 Konqo, 9 ABŞ, 8 Braziliya, 8 Sudan vətəndaşı təxliyə olunub.

ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Yaponiyanın Baş naziri Sanai Takaiçi ilə keçirdiyi birgə mətbuat konfransında İranla müharibənin gedişatı və Vaşinqtonun gələcək addımları barədə strateji açıqlamalar verib. Prezident ABŞ-ın İrana quru qoşunları yeritməyəcəyini və İsrailin neft infrastrukturunu hədəf almayacağını bəyan edib.

Mənəvi-əxlaqi kamilliyi və nəcib niyyətləri özündə təcəssüm etdirən, insanların ruhunu və təfəkkürünü saflaşdıran on bir ayın sultanı Ramazan artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, yardımlaşma, şəfqət və mərhəmət kimi xeyirxah əməllərin sevincini yaşayırlar.