Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Azərbaycan Ordusunda bayram tədbirləri keçirilib

    21 Mart 2026 15:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan Ordusunda bayram tədbirləri keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Müdafiə nazirinin təsdiq etdiyi illik tədbirlər planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Novruz və Ramazan bayramları münasibətilə silsilə tədbirlər keçirilib.

    Bu barədə VOA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

    Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Şəxsi heyətə milli-mənəvi dəyərlərimizin təbliği və vətənpərvərlik hissinin daha da artırılması məqsədilə keçirilən tədbirlərdə dövlətimizin başçısının və müdafiə nazirinin təbrikləri çatdırılıb.

    Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən bəhs ediblər. Həmçinin Novruz və Ramazan bayramı ənənələrinin tarixindən, xalqımızın öz tarixi ənənələrinə bağlılığından və dövlət səviyyəsində qeyd edilməsindən söhbət açıblar.

    Qeyd olunub ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqımızla birlikdə şənliklərdə iştirakı və bayramlar münasibətilə Azərbaycan xalqına təbrikləri Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub.

    Keçirilən tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub. Xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

    Həmçinin bayram günlərində şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.

    Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, onların ailə və yaxınlarının yüksək diqqət və qayğı ilə əhatə olunduğu xüsusi vurğulanıb.

    Azərbaycan Ordusunda bayram tədbirləri keçirilib
    Azərbaycan Ordusunda bayram tədbirləri keçirilib
    Azərbaycan Ordusunda bayram tədbirləri keçirilib
    Azərbaycan Ordusunda bayram tədbirləri keçirilib
    Azərbaycan Ordusunda bayram tədbirləri keçirilib
    Azərbaycan Ordusunda bayram tədbirləri keçirilib
    Azərbaycan Ordusunda bayram tədbirləri keçirilib
    #Müdafiə Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    31 May 2026 15:27

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    24 May 2026 20:07

    Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

    23 May 2026 15:15

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    17 May 2026 15:43

    Azərbaycan müdafiə naziri Slovakiyaya rəsmi səfər edib

    11 May 2026 19:37

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    10 May 2026 20:45

    Azərbaycan Ordusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

    10 May 2026 19:06

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    3 May 2026 15:10

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    26 Aprel 2026 14:27

    Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

    24 Aprel 2026 16:37

    Azərbaycan-Çexiya Müdafiə nazirlikləri "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb

    24 Aprel 2026 13:46

    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər

    22 Aprel 2026 22:25
    XƏBƏR LENTİ

    Osmanlı imperiyasını 24 il məşğul edən müharibə - Balaca uşaq Krit müharibəsinə necə səbəb oldu?

    Londonda terror hücumu - Səkkiz dəqiqə ərzində baş verən faciə

    Tarixdə bu gün - 3 İyun

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    Ayətullah Əli Xameneinin dəfni üç günlük mərasimlə keçiriləcək

    ABŞ-İran danışıqlarında Trampın rolu və baxışı necədir?

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Qətərin Baş Naziri ilə Dohada görüşüb

    İran futbolçuları Dünya Çempionatında uğur qazana biləcəkmi?

    İşğal altındakı İordan çayının Qərb sahilində gərginlik artır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.