İsrail ordusu cümə axşamı səhər saatlarında HƏMAS hərəkatının Siyasi Bürosunun sabiq rəhbəri Yəhya əs-Sinvarın şəxsi mühafizəçilərindən birinin ötən bazar ertəsi Xan Yunisdə həyata keçirilən əməliyyat nəticəsində öldürüldüyünü elan edib. İsrail ordusunun bəyanatına görə, hədəf alınan şəxs HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın "Nüxbə" (Xüsusi Təyinatlı) bölməsinin üzvü Rizq Süheyl Əbu Şəhmədir. O, 7 oktyabr 2023-cü il hücumu zamanı "Reim" hərbi bazasına təşkil edilən basqında iştirak edib.
Baş xəbər
2014-cü ildə Yəməndə hakimiyyətə gəldikdən sonra Husilərin "Ənsarullah" qruplaşması təhsil strukturunda möhkəmlənməyə, tədris proqramlarını, məktəb adlarını dəyişdirməyə və xüsusi təhsil sistemləri yaratmağa başlayıb. Bu yolla təhsil müəssisələri şəxsiyyət və şüur formalaşdıran mübarizə meydanına, eləcə də gənclərin hərbi xidmətə cəlb edilməsi üçün stansiyaya çevrilib.
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv 57 dövlətin xarici işlər nazirləri cümə axşamı Mavritaniya diplomatı İsmail Vələd Şeyx Əhmədi təşkilatın yeni baş katibi seçiblər. Xarici İşlər Nazirləri Şurası qarşısındakı ilk çıxışında Vələd Şeyx Əhməd bildirib: "Bugünkü seçiminiz mənim peşəkar karyeramdakı ən böyük vəzifə və beynəlxalq, regional və milli xidmətdə keçirdiyim 3 onillikdən artıq dövrdən sonra qazandığım ən yüksək mükafatdır".
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya gizli səfəri Vaşinqtonun Rusiya ilə bağlı narahatlığını və mümkün risklərə qarşı diplomatik kanalları işə saldığını göstərib. ABŞ mətbuatının yazdığına görə, Retkliff səfər zamanı Rusiya rəsmilərinə Moskvanın NATO üzvü ölkələrdən hər hansı birinə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib. “The Wall Street Journal” və CBS News-un məlumatlarına əsasən, ABŞ kəşfiyyatı Rusiyanın qarşıdakı illərdə NATO-nun birliyini məhdudmiqyaslı hücumla sınağa çəkə biləcəyini ehtimal edir.
Ər-Riyad Şəhəri üzrə Kral Komissiyası (RCRC) paytaxtı texnologiya istedadları, rəqəmsal yaradıcılıq və sahibkarlıq üzrə qlobal mərkəzə çevirmək məqsədi daşıyan strateji təşəbbüs - "Ər-Riyad Rəqəmsal Bölgəsi" layihəsinin işə salındığını elan edib.
Qətər Dövləti ərzaq təhlükəsizliyinin qorunmasının və ərzaq çatışmazlığına qarşı həssas olan ölkələrin dayanıqlığının gücləndirilməsinin vacibliyini bəyan edib. Bu barədə Qətərin BMT-dəki daimi nümayəndəsi Şeyxa Alya Əhməd bin Seyf əl-Sani BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması" gündəliyi çərçivəsində keçirilən "Atəş altında ərzaq: Qlobal və yerli ərzaq böhranlarının yumşaldılmasında Təhlükəsizlik Şurasının rolu" adlı açıq debatda çıxışı zamanı bildirib.
İsrailin keçmiş müdafiə naziri və “Bizim Evimiz İsrail” partiyasının lideri Aviqdor Liberman Baş nazir Benyamin Netanyahunu Qəzza müharibəsi zamanı HƏMAS-la gizli əlaqələr saxlamaqda ittiham edib. Libermanın sözlərinə görə, Netanyahu 2014-cü ildə Qəzza müharibəsi zamanı HƏMAS rəhbərliyi ilə təhlükəsizlik və hərbi rəhbərliyin məlumatı olmadan əlaqə yaradıb. O, baş nazirin Yəhya Sinvarla da yazışdığını iddia edib.
İordaniyanın paytaxtı Əmmanda Suriya və İsrail nümayəndə heyətləri arasında keçirilən son görüş iki ölkə arasında təhlükəsizlik razılaşmasının əldə olunması ehtimalını yenidən gündəmə gətirib. Görüşdə Suriyanın cənubundakı vəziyyət və avqustun 22-də İsrailin Əbu Zühur hərbi hava limanına endirdiyi zərbə müzakirə olunub. Suriya nümayəndə heyətinə xarici işlər naziri Əsəd əş-Şeybani rəhbərlik edib. İsrail tərəfdən isə Mossad rəhbəri Roman Qofman nümayəndə heyətinə başçılıq edib.
Dünyanın idarə olunan aktivlərin həcminə görə ən böyük suveren fondu olan Norveç Suveren Sərvət Fondu 2026-cı ilin birinci yarısının sonuna qədər Küveyt aktivlərinə təxminən 677.6 milyon dollar sərmayə qoyub. Bu rəqəm fondun iyunun sonunda 22.68 trilyon Norveç kronuna (təxminən 2.2 trilyon dollar) çatan ümumi portfelinin kiçik bir hissəsini təşkil etsə də, Küveyt bazarında qalması qlobal investorların ölkənin potensialına olan marağının göstəricisi hesab olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Texniki Universitetinin rektorluğuna bağlı akademik bölmələrin Azərbaycan Respublikasının Qarabağ Universitetinin nəzdində açılması ilə bağlı qərar imzalayıb. Qərar İstanbul Texniki Universitetinin rektorluğuna bağlı akademik bölmələrin Azərbaycanın Qarabağ Universitetinin nəzdində yaradılmasını nəzərdə tutur. Türkiyənin avqustun 27-də dərc olunan rəsmi qərarlar siyahısında da 11647 nömrəli sənəd məhz bu adla yer alıb.
"Baykar" şirkəti tərəfindən kəşfiyyat, müşahidə və hədəf təyini (ISR) missiyaları üçün hazırlanmış "KALKAN" şaquli qalxıb-enən (VTOL) pilotsuz uçuş aparatı (PUA) "TCG Anadolu" (L400) universal desant gəmisi və "Ada" sinfinə aid "TCG Burgazada" (F513) korvetindən uçuş sınaqlarını nümayiş etdirib.
Napoleon Bonapartın 1799-cu ildə Misirdəki Fransa ordusunu geridə qoyaraq gizli şəkildə Parisə qayıtması onun siyasi karyerasında dönüş nöqtəsinə, Misirdəki fransız yürüşünün isə son mərhələsinə çevrildi. Bonapart 1798-ci ildə Misirə Böyük Britaniyanın Hindistana gedən ticarət yolunu zəiflətmək və Fransanın Şərqdə mövqelərini gücləndirmək məqsədilə daxil olmuşdu. Lakin qısa müddət sonra Britaniya donanmasının Əbu Qir döyüşündə Fransa donanmasını məğlub etməsi fransız ordusunun Avropadakı təchizat xətlərindən təcrid olunmasına səbəb oldu.