Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    İsrailin Suriyaya hücumları narahatlıq doğurur - Hakan Fidan

    16 İyul 2025 19:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin Suriyaya hücumları narahatlıq doğurur - Hakan Fidan
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə telefon danışığı zamanı Suriyanın daxili işlərinə xarici müdaxilələrin tezliklə dayandırılmasının və Suriyada sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

    AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Fidan qeyd edib ki, İsrailin Suriyanın cənubuna və Dəməşqə hücumları narahatlıq doğurur. O, Suriyadakı sabitliyi təmin etməyə yönəlmiş səyləri və regional təhlükəsizliyi təhdid edən müdaxilələrin ən qısa zamanda dayandırılmasının vacibliyini vurğulayıb və bu məsələdə maraqlı tərəfləri Suriyada sülhün təmin olunması üçün birgə səylər göstərməyə çağırıb.

    Türkiyə Xarici İşlər Nazirliyi daha əvvəl yaydığı rəsmi bəyanatda İsrailin Dəməşqə hücumlarını Suriyada yeni hakimiyyətə qarşı sabotaj aktı kimi qiymətləndirmişdi.

    Xatırladaq ki, İsrail ordusu Dəməşqdə Suriya Baş Qərargah binasına zərbə endirdiyini açıqlamışdı. Bundan əvvəl isə İsrailin müdafiə naziri İsrael Kats xəbərdarlıq etmişdi ki, əgər Suriya hakimiyyəti cənubdakı Əs-Süveyda şəhərindən qoşunlarını geri çəkməsə, İsrail bu ölkəyə qarşı hücumlarını davam etdirəcək.

    Qeyd edək ki, İsrail hökuməti ötən ilin sonlarında Dəməşqdə hakimiyyətin dəyişməsindən sonra dəfələrlə Suriyada yaşayan druzların müdafiəsini dəstəklədiyini ifadə edib və lazım gəldikdə onlara özünümüdafiə məqsədilə yardım göstərməyə hazır olduğunu bəyan edib.

    Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

    #Türkiyə #İsrail #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Suriya #Dəməşq #hava hücumu #İsrail ordusu #Druz #Əsəd Həsən Şeybani #Telefon danışığı #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #druzlar #İsrailin hava zərbələri #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #hava zərbələri #Druzların qorunması bəhanəsi #İsrail hava zərbələri Suriya #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Druzların İsrailə münasibəti #Suriyada druz liderləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    30 Avqust 2026 03:00

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    29 Avqust 2026 21:50

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    Fələstin XİN israilli məskunlaşanların hücumlarının artması barədə xəbərdarlıq edib

    29 Avqust 2026 18:26

    İsrail ordusu Qusrada fələstinlilərin evinə daxil olan israilliləri çıxarıb

    29 Avqust 2026 18:22

    İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib

    29 Avqust 2026 18:16
    XƏBƏR LENTİ

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.