Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Türkiyənin müdafiə sənayesində rekord ixrac

    2 May 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin müdafiə sənayesində rekord ixrac
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin müdafiə və aviasiya sənayesi 2025-ci ilin aprelində rekord ixrac göstəricisinə imza atıb.

    AzerVoice xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi 2025-ci ilin aprel ayında 54 faiz artım göstərərək 539 milyon dollarlıq ixracla yeni bir zirvəyə çatıb.

    Müdafiə Sənayesi Başqanı Haluk Görgün sosial media hesabında paylaşdığı açıqlamada aprel ayı üzrə sektorun rekord göstəricilər əldə etdiyini bildirib. Görgün qeyd edib ki, yanvar-aprel dövründə ümumi ixrac 67 faiz artaraq 2 milyard 238 milyon dollara yüksəlib. Son 12 ayın göstəricilərinə əsasən isə bu sahədəki artım 763 milyon dollar həddini keçib.

    “Müdafiə və aviasiya sənayesi ixracatında yeni zirvə müşahidə edildi,” – deyən Görgün, bu nailiyyətin sadəcə müvəqqəti uğur olmadığını, əksinə, davamlı və strateji şəkildə yüksələn inkişafın göstəricisi olduğunu vurğulayıb.

    Sektorun uğurunda əməyi olan sənayeçilərə, işçilərə və bütün tərəfdaşlara təşəkkür edən Görgün , “Milli texnologiyalarla böyüyən bir Türkiyə üçün dayanmadan çalışacağıq. Yüksək texnologiyalı və yüksək əlavə dəyərli məhsullarla ixracı davamlı şəkildə artırmağı hədəfləyirik. İri şirkətlərdən KOBİ-lərə qədər olan uğur zəncirini daha da möhkəmləndirəcəyik” - deyə bildirib.

    Qeyd edək ki, Türkiyə son illərdə müdafiə sənayesinə yatırımlarını artıraraq yerli və milli texnologiyalar əsasında beynəlxalq bazarda daha geniş yer almağa çalışır. Bu istiqamətdə atılan addımlar ixrac göstəricilərinə də əhəmiyyətli dərəcədə təsir göstərir.

    #Türkiyə #Türkiyə müdafiə sənayesi #Haluk Görgün #Türkiyə Müdafiə Sənayesi İdarəsi #texnologiya #Türkiyənin müdafiə və aviasiya sənayesində ixracat artımı #Müdafiə sənayesində ixrac uğurları #Aviasiya sektoru
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42

    TOGAN PUA-sına yeni nəsil kəşfiyyat sistemi quraşdırıldı

    29 Avqust 2026 09:56

    Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

    28 Avqust 2026 22:18

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

    Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

    Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

    Prezident İlham Əliyev Sadır Japarovu ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib

    Mediator özünü necə inkişaf etdirməlidir?

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.