Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    HƏMAS,HİZBULLAH yoxsa HUSİLƏR – kim daha çox risk edir

    11 Aprel 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    HƏMAS,HİZBULLAH yoxsa HUSİLƏR – kim daha çox risk edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    HƏMAS hərəkatı, müharibədən sonrakı dövr üçün nəzərdə tutulmuş “ertəsi gün” planlarında kökündən məhv edilmə ehtimalına qarşı yeni, sərt və adları açıqlanmayan gizli bir rəhbərlik formalaşdırmağa məcbur qalıb. Nədənsə İranın göz bəbəyi olan Hizbullah isə HƏMAS-dan fərqli olaraq, daha az çətinliklərlə qarşılaşır. Ən azından ona görə ki, alan livanlı siyasi dairələr ona belə deyir: “Silahını təhvil ver və siyasi mövqeyin Livanda qorunacaq.”. Hizbullahdan fərqli olan sünni HƏMAS-a bu təklifi heç kim etmir.

    Bu iki vəziyyət, İranın müttəfiqlərinin İsrailin zərbələrindən sonra necə fərqli talelərlə üzləşdiyini ortaya qoyur. HƏMAS özünü gələcəyi qeyri-müəyyən, qaranlıq bir bölgədə görürsə, Hizbullah daha açıq, nisbətən sabit bir durumda görünür. Husilər isə indiki mərhələdə daha güclü mövqedədir – ABŞ-ın hava zərbələri davam etsə də.

    HƏMAS yeni bir rəhbərlik formalaşdırıb, lakin bu rəhbərlərin kimliyi gizli saxlanılır. Bu, həm onları qətllərdən qorumaq, həm də təşkilatın gizlilik prinsipinə qayıdış mesajıdır. Bu gizlilik yalnız “Əl-Qəssam” briqadasına – HƏMAS-ın hərbi qanadına deyil, həm də strateji planlar hazırlayan siyasi rəhbərliyə də aiddir. Tanınmış liderlərdən sağ qalan az sayda şəxs isə yalnız bəyanatlar verməklə və Fələstin daxilində və ya xaricində keçirilən görüşlərdə iştirak etməklə kifayətlənəcək.

    Fələstin məsələsini izləyən analitiklərin fikrincə, HƏMAS artıq Qəzzəyə müharibədən sonra rəhbərlik etməyin mümkünsüzlüyünü qəbul edib. İsrailin və ABŞ-ın sərt mövqeyi, əksər ərəb dövlətlərinin hərəkatın hakimiyyətdən çəkilməsini istəməsi və müharibənin əziyyətlərindən sektoru xilas etməyə yönəlmiş tövsiyələri, bu nəticəyə gətirib çıxarıb. İsrailin bombaları ilə dediyini, ərəb ölkələri HƏMAS-I və Qəzza əhalisini iqnor etməklə deyirlər.

    HƏMAS-ın çətinlikləri yalnız hakimiyyətdən uzaqlaşdırılmaqla bitmir. Hərəkatın rəhbərləri qəbul edirlər ki, İsrail siyasi və hərbi liderlərini ardıcıl və planlı şəkildə hədəf alaraq təşkilatı zəiflətməyə və dağıtmağa davam edir. HƏMAS üçün rəhbərlik itkisini dayandırmağın yeganə yolu gizliliyə çəkilmək və yerli fəalların fəaliyyətini məhdudlaşdırmaqdır. Bu da ya İsrailə qarşı əməliyyatların tam dayandırılmasına, ya da simvolik və məhdud aksiyalarla kifayətlənməyə gətirib çıxara bilər.

    İsrailə qarşı əməliyyatların azaldılması HƏMAS üçün başqa bir baxımdan da faydalıdır – bu, Qəzzədə xalqın hərəkatdan narazılığını azaltmaq və son zamanlar müşahidə olunan, hərçənd məhdud olsa da, etirazların qarşısını almaq imkanı verə bilər. Bu etirazlar, hərəkatın uzunmüddətli hakimiyyətinin cəmiyyətdə getdikcə daha çox rədd edildiyini göstərdi.

    İsrail HƏMAS-ın siyasi rəhbəri İsmayıl Həniyyəni, hərbi komandiri Məhəmməd əd-Deyfi və 7 oktyabr hücumunun beyin mərkəzi Yəhya Sinvarı, həmçinin bir çox digər rəhbərləri qətlə yetirib. HƏMAS-ın Siyasi Bürosunun bir üzvü "France Presse" agentliyinə bildirib: “HƏMAS zərbələri uddu, rəhbərlik strukturunu yenidən qurdu və davam etmək gücünə sahibdir.” Onun sözlərinə görə, “fəaliyyət mexanizmi mürəkkəbdir – gizliliklə açıq fəaliyyətin sintezidir.”

    Parisdə yerləşən Ərəb Tədqiqatlar və Siyasi Araşdırmalar Mərkəzindən tədqiqatçı Leyla Sura isə belə deyib: “Yeni rəhbərlərin kim olduğunu bilməyəcəyik. İradə ondan ibarətdir ki, adlar gizli saxlanılsın və kollektiv rəhbərlik modeli davam etdirilsin.”

    Amma Hizbullah üçün vəziyyət fərqlidir. Onun varlığı birbaşa təhdid altında deyil. Livan siyasi dairələri onun siyasi partnyor kimi qalmasını dəstəkləyir. Mübahisə isə Hizbullahın silahları üzərində cəmlənib. ABŞ və İsrailin, həmçinin ərəb ölkələrinin dəstəklədiyi bu təzyiqlər silahların tez bir zamanda təhvil verilməsini tələb edir. ABŞ-ın bölgəyə gələn nümayəndəsi Morqan Ortiqas da bu mövqeni təsdiqləyib və bildirib ki, Hizbullahla yanaşı digər silahlı qrupların da silahsızlaşdırılması lazımdır. Bu iş isə Livan ordusu tərəfindən həyata keçirilməlidir.

    Bu təzyiqləri yumşaltmaq üçün Hizbullah həm daxili, həm də xarici çağırışlara cavab olaraq silahların təhvil verilməsinə açıq olduğunu göstərməyə başlayıb. Bu, eyni zamanda İranın ABŞ-la gərginliyi azaltmaq və sabah baş tutacaq Maskat danışıqlarını təmin etmək üçün atdığı addımların bir hissəsidir.

    Livan prezidenti Cozef Aun, Hizbullahla əlaqəni koordinasiya edən şəxs olaraq bildirib ki, Hizbullah silah məsələsində zamanla bağlı bir plana əsasən əməkdaşlığa hazır olduğunu nümayiş etdirib. Hərçənd hərəkat silahsızlanma ilə bağlı konkret öhdəlik götürməyib, lakin bəyanatlarında güzəştə hazır olduğunu göstərən mesajlar verir.

    Hizbullah deputatı Həsən Fədlullah isə cümə axşamı bildirib ki, hərəkat Livan hökuməti ilə milli müdafiə strategiyası üzrə danışıqlara başlamağa hazırdır və prezidentlə daimi təmasdadır.

    Livanlı siyasi mənbələr deyirlər ki, prezident Aun Hizbullahla onun silah anbarları barədə danışıqlara başlayacaq. Aun, yanvarda prezident postuna keçəndə, ABŞ-ın dəstəyi ilə silahlar üzərində nəzarətin yalnız dövlətə məxsus olacağını vəd etmişdi.

    İranın yönləndirməsi ilə Hizbullahın göstərdiyi bu yumşaqlıq, onun İsraillə yeni hərbi qarşıdurmadan və Livan ordusu ilə toqquşmadan yayınmasına kömək edə bilər. Livan ordusu siyasi baxımdan güclənmiş, region və dünya səviyyəsində dəstəklənməkdədir və silah məsələsinə nəzarət etməyə doğru irəliləyir.

    Eyni İran təlimatları, onun İraqdakı müttəfiq milislərinin ABŞ və ya İsraillə toqquşmalarının qarşısını ala bilər.
    Bütün bunlarla yanaşı, İranın İraqda qarşıdurmadan qaçma ehtiyatı, bəzi məlumatlarda da əks olunub. Belə ki, “Haşdi Şabi”yə daxil olan əksər qrupların silahları təhvil verməyə və silahlı fəaliyyətlərini dayandırıb siyasi proseslərə qoşulmağa hazır olduqları bildirilir. Bu, hələlik qarşıdurmanı ertələyən bir seçimdir, lakin ABŞ-la İraqdakı qüvvələrinə qarşı raket və pilotsuz zərbələr endirən qruplar arasında gələcəkdə qarşıdurmanı tamamilə istisna etmir.

    Bu fonda hələlik İranın müttəfiqləri arasında ən güclü mövqedə olan husilərdir. ABŞ-ın intensiv hava zərbələrinə baxmayaraq, qrup hələ də Qırmızı dənizdə gəmiləri hədəfə alır və İsrailə raketlər buraxır – hərçənd bu hücumların real təsiri çox zəifdir. Lakin bu mövqenin uzun müddət davam etməsi çətin ola bilər – əgər Tramp administrasiyası hücum dairəsini genişləndirərək təsirli husi liderlərini və xüsusi silah anbarlarını hədəf almağa qərar verərsə.

    Bundan əlavə, bu vəziyyət İranın mövqeyindən də asılıdır. Əgər İran ABŞ-la yaxınlaşmanı davam etdirmək istəsə, husilərə eskalasiyanı dayandırmaq əmri verə bilər. Bu isə müharibəni dayandıracaq və husilərin həm daxildə, həm də beynəlxalq aləmdə istifadə etdiyi “Qəzzəyə dəstək veririk” kartını əlindən alacaq.

    #Qəzza #Qəzza zolağı #Livan #HƏMAS #Qəzza hücumu #İsrailin Hizbullah ittihamları #İsrail və Livan münaqişəsi #İsrailin Livandan geri çəkilməsi #HƏMAS və Hizbullah əlaqələri #Hizbullahın Livandakı təsiri #Qəzza müharibəsi #İsrail-HƏMAS atəşkəsi #İran və HƏMAS əlaqələri #HƏMAS-ın Qərb Sahilində yüksəlişi #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın yenidənqurma xərcləri #HƏMAS-ın bəyanatı #HƏMAS rəsmisi Usamə Həmdan #7 Oktyabr HƏMAS hücumu #HƏMAS İsrail münaqişəsi #HƏMAS-ın hərbi strategiyası #İsrail hökuməti HƏMAS hücumuna niyə hazır deyildi? #HƏMAS İsrailə necə hücum etdi? #HƏMAS-ın girovlarla bağlı siyasəti #HƏMAS və İsrail münaqişəsi #Həmasın təşkilati strukturu #Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir #HƏMAS-ın raket atışları təxliyələrə səbəb olur #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    1 Sentyabr 2026 21:24

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    1 Sentyabr 2026 20:46

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.