Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    BCM İsrail rəsmilərinin həbsi ilə bağlı orderlərin verilməsini təxirə salıb - KİV

    28 İyun 2024 13:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BCM İsrail rəsmilərinin həbsi ilə bağlı orderlərin verilməsini təxirə salıb - KİV
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,  VOA

    Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ibtidai araşdırmalar çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi ilə bağlı qərarını təxirə salıb. Bu barədə iyunun 27-də "The Jerusalem Post" qəzeti məlumat yayıb.

     VOA xarici mediaya istinadən xəbər verir ki, nəşrin məlumatına görə, bu addım Böyük Britaniyanın sözügedən məsələ ilə bağlı BCM-nin yurisdiksiyasına qarşı "amicus curiae" ("məhkəmə dostu") ərizəsi təqdim etdikdən sonra atılıb.

    Nəticədə, məhkəmə Londonun prosesə müdaxilə etmək tələbini təmin etməklə yanaşı, iyulun 12-dək digər ölkələrə də bu iş üzrə öz mövqeyini bildirmək hüququ verib. "The Jerusalem Post"un yazdığına görə, BCM-nin qərarından sonra bütün həbs orderlərinin verilməsi prosesi aylarla uzana bilər.

    Bəzi ölkələrin məhkəmə sistemində "amicus curiae" təcrübəsi prosesdə bilavasitə iştirak etməyən müstəqil ekspertlərin sosial əhəmiyyətli məsələlərə dair rəylərini məhkəməyə təqdim etmək imkanını nəzərdə tutur.

    BCM Prokurorluğu 2015-ci il yanvarın 16-dan bəri Fələstin ərazilərində vəziyyətlə bağlı ilkin araşdırma aparır. 20 dekabr 2019-cu il tarixində Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Fatu Bensuda Fələstinin tələbi ilə prokurorların ilkin təhqiqatı tamamladığını bildirib və vəziyyətin 2014-cü ildə Fələstin ərazilərində İsrailin hərəkətləri ilə bağlı tam istintaqın başlanması üçün Roma Nizamnaməsinin bütün meyarlarına cavab verdiyi qənaətinə gəlib. Bu yaxınlarda, 2024-cü il mayın 20-də BCM-nin prokuroru Kərim Xan məhkəmənin ilkin icra palatasından Netanyahu və Qalantın həbsinə orderlərin verilməsini xahiş etmişdi.

    BCM İsrail rəsmilərinin həbsi ilə bağlı orderlərin verilməsini təxirə salıb - KİV
    #İsrail #Benyamin Netanyahu #Yoav Qalant #Beynəlxalq Cinayət Məhkəməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    22 İyul 2026 20:52

    İsrail və Livan arasında növbəti danışıqlar avqustun 4-də İtaliyada keçiriləcək

    22 İyul 2026 19:26

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    22 İyul 2026 18:05

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    20 İyul 2026 22:25

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52
    XƏBƏR LENTİ

    ABŞ və Səudiyyə nüvə sazişi imzaladı

    Husilər Səudiyyəyə məxsus iki neft tankerini vurub

    Amerika elminin süqutu: Alimlər niyə Amerikadan Çinə qaçır?

    Avropada dövlət qərarı ilə sterilizasiya edilən qadınlar: XX əsrin unudulan faciəsi

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.