Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    İsrailin “Şabak” təşkilatının keçmişi və bu günü: Güc, işgəncə və siyasi qarşıdurmalar

    5 Aprel 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin “Şabak” təşkilatının keçmişi və bu günü: Güc, işgəncə və siyasi qarşıdurmalar
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    1948-ci ildə İsrailin qurulmasından bu yana, Təhlükəsizlik Xidməti olan "Şabak"ın rəhbərliyində 14 general xidmət edib. Onların hamısı təhlükəsizlik sahəsində böyük təcrübəyə malik olublar. Baş nazir Benyamin Netanyahu tərəfindən Dəniz Qüvvələrinin sabiq komandanı general Eli Şarvitin “Şabak”ın yeni rəhbəri kimi təyin olunması, bu qurumun rəhbərlik tarixini yenidən gündəmə gətirib.

    Əvvəllər bu qurum “Şin Bet” (Təhlükəsizlik Xidməti) adlanırdı, sonradan isə adı “Şabak” (Ümumi Təhlükəsizlik Xidməti) olaraq dəyişdirildi. Bu qurum ölkə daxilində təhlükəsizliyə cavabdehdir və zamanla fələstinlilərlə bağlı məsələlər də onun səlahiyyətlərinə daxil edilib. Rəhbəri hökumət tərəfindən təyin olunur və birbaşa baş nazirə tabe olur.

    “Şabak” və onun zabitləri fələstinlilərə qarşı işgəncə üsullarını “məharətlə tətbiq edən” qurum kimi tanınır və insan haqlarını pozmaları ilə yadda qalıblar. Bununla belə, hazırda sağ olan keçmiş rəhbərləri sağçı hökumətə qarşı müxalif mövqedədirlər. Onlar Netanyahunun siyasətini tənqid edir, sülh prosesini rədd etdiyi və İsrail cəmiyyətində parçalanma yaratdığı üçün ölkənin milli təhlükəsizliyinə zərər vurduğunu bildirirlər.

    İsrail hökuməti 21 mart tarixində “Şabak” rəhbəri Ronen Barı vəzifədən azad etmək qərarına gəlib. Bu qərar Netanyahunun təqdimatı əsasında verilib və səbəb olaraq “şəxsi və peşəkar etimadın itməsi” göstərilib. Bu etimadsızlığın hökumətin və baş nazirin işini effektiv yerinə yetirməsinə mane olduğu qeyd olunub.

    Netanyahu ilə Ronen Bar arasında münasibətlər “Şabak”ın 4 martda yayımladığı daxili araşdırma hesabatından sonra daha da gərginləşib. Bu hesabat 7 oktyabrda HƏMAS tərəfindən həyata keçirilən hücumu araşdırırdı. Hücum Qəzza zolağında müharibənin başlanmasına səbəb olmuşdu. Hesabatda “Şabak”ın hücumun qarşısını ala bilmədiyi etiraf edilirdi.

    Müxalifət və bir qeyri-hökumət təşkilatı bu qərara etiraz etdikdən sonra, İsrailin Ali Məhkəməsi 21 martda Barın vəzifədən azad edilməsini müvəqqəti olaraq dayandırıb. Məhkəmə məsələyə ən geci 8 aprelədək baxmalıdır.

    Qanun “Şabak” rəhbərinin vəzifə müddətini müəyyən etmir. Buna görə də, bəzi rəhbərlər bir və ya üç il, digərləri isə daha uzun müddət xidmət ediblər. Məsələn, İbrahim Əxitov 1964-dən 1974-ə qədər 10 il, sonra isə 1974-dən 6 il müddətinə yenidən bu vəzifəyə gətirilib – ümumilikdə 16 il xidmət edib.

    Cəmi iki rəhbər işdə uğursuzluğa görə vaxtından əvvəl istefa verib. Bunlardan biri 1980-1986-cı illərdə rəhbər olan İbrahim Şalom idi. Onun adı “300 işi” adlı qalmaqalla əlaqələndirilir – bu, fələstinli məhbusların istintaq zamanı öldürülməsi ilə bağlı idi. O dövrdə araşdırmalar ordu zabitlərinin üzərinə atılmış, lakin sonradan məlum olmuşdu ki, məhbusları edam edənlər “Şabak”ın müstəntiqləri olub.

    İkinci rəhbər isə Karmi Gilon olub. O, 1994-cü ildə vəzifəyə gətirilib, lakin 1995-ci ildə baş nazir İsxaq Rabinin qətlə yetirilməsinin qarşısını ala bilmədiyinə görə istefa verib. Bu hadisədən sonra sağçı dairələr “Şabak”a mənfi münasibət bəsləməyə başlayıb və qurumun Rabinin qətli ilə əlaqəsi olduğu iddialarını irəli sürüblər.

    Əksər “Şabak” rəhbərləri vəzifədən getdikdən sonra ictimai həyatdan uzaqlaşıblar və israillilər onların adlarını belə unutmuşdular. Lakin bir neçəsi siyasətə atılıb. Məsələn, 1996-2000-ci illərdə “Şabak”a rəhbərlik etmiş və eyni zamanda dəniz qüvvələrinin keçmiş komandanı olan Ami Ayalon, sonradan “Əmək Partiyası”ndan Knessetə (parlamentə) deputat seçilib.

    Yakov Peri isə 1988-1995-ci illərdə quruma rəhbərlik edib və sonradan “Kadima” partiyası adından Ehud Olmertin hökumətində elm naziri olub. Avi Dixtər isə 2000-2005-ci illərdə “Şabak” rəhbəri olub və hazırda “Likud” partiyasından kənd təsərrüfatı naziri vəzifəsini icra edir.

    #Qəzza #HƏMAS #Qəzza böhranı və ərəb mövqeyi #BMT-nin Qəzza hesabatı #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi #Şabak nədir #İsrailin Şabak təhlükəsizlik xidməti #Ronen Bar vəzifədən azad edildi #Benyamin Netanyahunun Şabak qərarı #Şabak rəhbərləri siyahısı #İsrail təhlükəsizlik xidmətləri tarixi #Şabak və fələstinlilərə işgəncə #İsrailin daxili təhlükəsizlik böhranı #Şabak hesabatı 7 oktyabr HƏMAS hücumu #Şabak rəhbərləri və siyasi iştirak #Ami Ayalon kimdir #Yakov Peri və Kadima partiyası #Avi Dixtər və Likud hökuməti #Şabakın daxili araşdırması #İsrailin Ali Məhkəməsi və Ronen Bar qərarı #Şabak nə iş görür İsraildə? #İsraildə Şabak rəhbəri niyə vəzifədən azad edildi? #Ronen Bar kimdir və niyə istefaya göndərildi? #7 oktyabr Həmas hücumunu Şabak niyə dayandıra bilmədi? #İsrailin təhlükəsizlik orqanlarında nə baş verir? #Şabak rəhbərləri hansı siyasi rollarda olub? #Şabak fələstinlilərə qarşı işgəncə edibmi? #İsraildə təhlükəsizlik xidmətlərinin tarixi necədir? #İsrailin daxili təhlükəsizliyinə kim nəzarət edir? #Netanyahu niyə Ronen Barı vəzifədən çıxardı?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.