Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Gizli Əməliyyat: Ankara İranın Casus Planını Necə Pozdu?

    16 Mart 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Gizli Əməliyyat: Ankara İranın Casus Planını Necə Pozdu?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Türkiyə hakimiyyəti, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyatı üçün hərbi bazalar və strateji ərazilər haqqında məlumat toplamaqda ittiham olunan beş nəfəri saxlayıb. Bu hadisə, iki ölkə arasındakı münasibətlərin, xüsusilə də Suriya ilə bağlı inkişaf edən hadisələr fonunda gərginləşdiyi bir vaxta təsadüf edir.

    Bəşşar Əsədin Moskvaya qaçmasından sonra Ankara və Tehran arasında birbaşa və dolayısı ilə qarşılıqlı ittihamlar artıb. Türkiyə Suriya rejiminin dəyişdirilməsində rol oynadığını, İran isə bölgədəki nüfuzunun qorunmasına yönələn siyasətinin təhlükələrə məruz qaldığını bildirir.

    Türkiyə təhlükəsizlik qüvvələri İstanbul, Antalya və Mersin şəhərlərində həyata keçirilən əməliyyatlar zamanı İstanbul Baş Prokurorluğunun çıxardığı həbs qərarına əsasən beş nəfəri saxlayıb.

    Türkiyə təhlükəsizlik mənbələrinə görə, saxlanılan şəxslər hərbi bazalar və kritik strateji nöqtələr haqqında məlumat toplayaraq onları SEPAH kəşfiyyatına ötürüblər. Onlara "hərbi və siyasi casusluq" ittihamı irəli sürülüb.

    Siyasi Gərginlik

    Casus şəbəkəsinin ifşası, Türkiyə və İran arasında münasibətlərin daha da gərginləşdiyi bir vaxta təsadüf edir. Xüsusilə də Türkiyənin xarici işlər naziri Hakan Fidanın Tehrana qarşı sərt açıqlamaları gərginliyi artırıb. Fidan İranı Suriyada sabitliyi pozmamağa çağıraraq, "bu ölkənin İraq və Suriyada təsirini qorumaq üçün böyük bədəl ödədiyini", regiondakı vasitəçiləri (proxy) üzərindən həyata keçirdiyi xarici siyasətin ciddi risklər daşıdığını bildirib.

    4 mart 2025-ci ildə Türkiyə Xarici İşlər Nazirliyi İranın Ankaradakı müvəqqəti işlər vəkilini çağıraraq, Tehranın Türkiyəyə yönələn sərt və açıq tənqidlərindən narahatlığını ifadə edib. Türkiyə tərəfi, İranı xarici siyasət məsələlərini daxili siyasətinə alət etməməyə çağırıb. Bundan bir gün öncə İran Xarici İşlər Nazirliyi isə Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlangici çağıraraq Fidanın açıqlamalarına etirazını bildirib.

    İranın, ABŞ tərəfindən dəstəklənən və Suriya Demokratik Qüvvələrinin (SDQ) əsas gücünü təşkil edən **"Xalq Özünümüdafiə Dəstələri"**nə (YPG) dəstək vermək ehtimalına münasibət bildirən Fidan, İranı dolayısı ilə hədələyərək belə deyib:

    "Şüşə evdə yaşayan adamlar başqalarına daş atmamalıdırlar. Əgər sən başqa bir ölkədə müəyyən bir qruplaşmanı dəstəkləyərək sabitliyi pozmağa çalışırsansa, o ölkə də sənin içindəki bir qrupu dəstəkləyərək səni narahat edə bilər."

    İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə Fidanın bu sözlərini "kobud və təxribatçı" adlandıraraq, bunun İran əleyhinə təhdid olduğunu bəyan edib.

    Türkiyənin xarici işlər naziri Hakan Fidan və İranın xarici işlər naziri Abbas Araqçi, bu gərginlik fonunda, mart ayında İslam Əməkdaşlıq Təşkilatının Qəzza ilə bağlı fövqəladə toplantısı çərçivəsində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşərək münasibətləri yumşaltmağa çalışıblar.

    Casus Şəbəkələrinin İfşası və İki Ölkə Arasındakı Tarixi Gərginliklər

    İran və Türkiyə arasında casus şəbəkələrinin ifşası, əsasən iki ölkə arasındakı siyasi gərginliklərin artdığı dövrlərdə baş verir. Məsələn, 2012-ci ilin sentyabrında Türkiyə mediası İranın kəşfiyyat şəbəkəsinin üzvlərini göstərən fotolar yayımlamışdı. Bu fotolarda İranlı zabitlərin kürd əsilli Türkiyə vətəndaşları ilə görüşləri və onlardan Türkiyə ordusu və PKK haqqında məlumat aldıqları iddia edilirdi.

    Həmin dövrdə Türkiyə və İran arasında münasibətlər Suriya böhranına görə pisləşmişdi. İran Bəşşar Əsəd rejimini dəstəkləyirdi, Türkiyə isə Suriya müxalifətinə yardım edirdi. Ankara, Tehranı PKK kartını istifadə edərək Türkiyəyə təzyiq göstərməkdə ittiham edirdi.

    Son illərdə İran kəşfiyyatı, Türkiyəni müxalif fiqurları izləmək və onları ortadan qaldırmaq üçün bir məkan kimi istifadə etməyə başlayıb.

    Oktyabr 2021: Türkiyə hakimiyyəti, İran kəşfiyyatının Van şəhərində keçmiş İran hərbçisini oğurlayıb İrana aparmaq planını pozduğunu açıqladı. Oğurluq əməliyyatı üçün 30 min dollar ayrıldığı bildirilirdi.

    2019: İstanbulun Şişli rayonunda iranlı müxalif texnoloq Məsud Müləvi öldürüldü. İstanbulda fəaliyyət göstərən İran konsulluq işçisi Məhəmməd Rza Zadə, bu sui-qəsddə iştirak etmək və qatilin İrana qayıtmasına kömək etmək üçün saxta sənədlər düzəltməkdə ittiham olundu.

    Aprel 2017: İranın müxalif televiziya şəbəkəsi GEM TV-nin rəhbəri Səid Kərimiyan, İstanbulun Maslak bölgəsində avtomobilinə edilən hücum nəticəsində öldürüldü. İran məhkəməsi onu "İran əleyhinə təbliğat yaymaqda" ittiham edərək 6 il həbs cəzası vermişdi.

    Fevral 2022: Türkiyə polisi, İrana işləyən 14 nəfərdən ibarət bir casus şəbəkəsini həbs etdi. Onlar iranlı müxalifləri oğurlayaraq İrana aparmaq üçün pul aldıqları iddia edilirdi.

    İranın İsraillə Hesablaşmaları Türkiyəyə Təsir Edir

    İran təkcə öz müxaliflərini deyil, həm də İsraillə bağlı hədəflərini Türkiyə ərazisində izləməyə çalışır.

    2021: Türkiyə kəşfiyyatı "Mossad"ın iranlı alim Möhsün Fəxrizadəni öldürməsinə cavab olaraq, İranın İsraillə bağlı bir hədəfə sui-qəsd planını pozdu. İranın 9 nəfərlik casus şəbəkəsi, israilli iş adamı Yaair Gileri öldürmək istəyirdi.

    Türkiyə və İran arasında davam edən casus qalmaqalları, iki ölkənin regional siyasətdəki rəqabətinin dərinləşdiyini göstərir. Ankara və Tehran təkcə Suriyada deyil, həmçinin Cənubi Qafqaz, İraq və digər bölgələrdə də bir-biriləri ilə nüfuz mübarizəsi aparırlar. Bu rəqabət, gələcəkdə daha böyük siyasi və hərbi qarşıdurmalara gətirib çıxara bilər.

    #SEPAH casusları #İranın Türkiyədəki əməliyyatları #Türkiyə və İran arasında böhran #İran-Türkiyə kəşfiyyat savaşı #İran müxalifləri Türkiyədə #İran-Türkiyə diplomatik böhranı #İstanbulda İran casusları #İran kəşfiyyatı və Mossad mübarizəsi #İranın Suriya strategiyası #İranın YPG dəstəyi #Hakan Fidanın İrana xəbərdarlığı #İran və PKK əlaqəsi #İran kəşfiyyat əməliyyatları #İstanbulda təhlükəsizlik əməliyyatı #İran və İsrail kəşfiyyat savaşı #Türkiyə Xarici İşlər Nazirliyi İran böhranı #İranın Suriya siyasəti #İran casuslarının ifşası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında İranın hücumlarına qarşı hazırlıq vəziyyətinə gətirilib

    4 May 2026 06:44

    Tehran donanmasını itirir, lakin Hörmüz təhdidini saxlayır

    24 Aprel 2026 08:40

    İranda “MOSSAD-la əlaqə” ittihamı ilə bir nəfər edam edilib

    23 Aprel 2026 11:11

    ABŞ və İran İraqa təzyiqlərini davam etdirir: Bağdadda dollar və hökumət savaşı

    21 Aprel 2026 12:00

    Türkiyə İsrail deyil və regional böhranların kənardan həlli yoxdur - Hakan Fidan

    19 Aprel 2026 20:01

    Diplomatiya ilə eskalasiya arasında - ABŞ-İran danışıqları

    13 Aprel 2026 20:00

    ABŞ və İran atəşkəs elan etdi – Pakistan ilk birbaşa görüşə ev sahibliyi edir

    8 Aprel 2026 05:31

    ABŞ-İsrail müharibəsində Misir nədən narahatdır?

    5 Aprel 2026 10:24

    "Hizbullah"ın sonu yaxınlaşır? Tehranın "intihar" strategiyası işə düşür

    28 Mart 2026 18:00

    Hər şey İran üçün - SEPAH və Hizbullahın regional təxribat tarixi və casus şəbəkələri

    22 Mart 2026 08:23

    İran artıq uranı zənginləşdirmək qabiliyyətinə malik deyil – Netanyahu

    20 Mart 2026 00:19

    ABŞ-İsrail-İran müharibəsi: Sonrakı mərhələdə bizi nə gözləyir?

    19 Mart 2026 12:00
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırıb

    İrana hücum üçün istifadə olunan bazalar legitim hədəflərdir - Əraqçi

    CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN

    İsrailin İrana qarşı Azərbaycan ərazisindən istifadə etməsi uydurmadır - MEDİA

    Azovda xarici yük gəmilərinə dron hücumunda 5 Azərbaycan vətəndaşı həlak olub - XİN

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib

    İran və Pakistanın daxili işlər nazirləri görüşüb - Son gərginliklər fonunda nələr müzakirə olunub?

    Rohingiya müsəlmanlarının problemlərinin həlli üçün Ankara fəal əməkdaşlıq aparır - Hakan Fidan

    BMT Liviyada miqrantların yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib

    Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.