Bakı. AzerPress:
Özbəkistan Respublikası xarici işlər nazirinin müavini Müzəffər Mədrəhimov Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Bürosunda Böyük Britaniya parlamentinin dövlət katibinin müavini Leo Doçerti ilə görüşüb.
AzerPress-in məlumatına görə, bu barədə Özbəkistan XİN bildirib.
Tərəflər Özbəkistan-Britaniya arasında siyasi-diplomatik, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə dərinləşdirilməsinin vəziyyəti və perspektiv istiqamətləri barədə fikir mübadiləsi aparıb, qarşıdan gələn birgə tədbirlərin qrafikini müzakirə ediblər.
Görüş zamanı iqtisadi diplomatiyanın ikitərəfli əməkdaşlığın əsas hədəflərindən biri olduğu vurğulanıb.
İki ölkənin xarici işlər nazirlikləri rəhbərlərinin müavinləri cari beynəlxalq və regional məsələləri də müzakirə ediblər.
Hafiz Rufizoğlu