BAKI,VOA,Yusif Şərifzadə
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan danışıqları müdafiə edərək bildirib ki, ölkənin ali rəhbəri Müctəba Xamenei danışıqlara qadağa qoymayıb.
VOA xəbər verir ki, İranın rəsmi IRNA agentliyinin məlumatına görə, Pezeşkian anlaşma memorandumu ilə bağlı ölkə daxilində səslənən tənqidlərə cavab verib.
O bildirib ki, əgər ali rəhbər danışıqlar aparılmaması barədə göstəriş versəydi, hökumət buna mütləq əməl edərdi.
Məlumata görə, Müctəba Xameneinin ABŞ–İran anlaşma memorandumu ilə bağlı mövqeyi İranda daxili müzakirələrin əsas mövzularından birinə çevrilib.
Buna səbəb onun daha əvvəl razılaşma ilə bağlı fərqli mövqedə olduğunu bildirməsidir.