BAKI,VOA, Fərid Mikayılov
İran Hörmüz Boğazına aid yeni bir xəritə yayımlayaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Oman sularını özünün tənzimləmə səlahiyyətinə daxil etdiyini açıqlayıb.
VOA xəbər verir ki, İran tərəfindən təqdim olunan xəritədə, boğazın şərq girişində İranın Kuh-e Mobarak bölgəsindən BƏƏ-nin Fuceyrə şəhərinin cənubuna, qərb girişində isə İranın Keşm Adası uclarından BƏƏ-dəki Umm el-Kayveynə qədər olan ərazi idari bölgə kimi göstərilib.
Bu zonadan keçən bütün gəmilər İrandan əvvəlcədən icazə almalıdır.
Beş Körfəz dövləti – Bəhreyn, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ – Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) vasitəsilə gəmi şirkətlərinə bu qaydalara əməl etməmələrini bildirib.
Xəritənin yayımlanmasından əvvəl, mayın əvvəlində İran tərəfindən Hörmüz Boğazı üzərindən keçmək istəyən gəmilər üçün e-poçt vasitəsilə müraciət prosesi başlayıb və bu həftə rəsmi fəaliyyətə keçib. Hazırda İrana ödəniş edən operatorlar əsasən Çinlə əlaqəli gəmiləridir. Qərb bayrağı daşıyan şirkətlər ABŞ sanksiyaları riskinə görə ödənişi açıq etmir.
İran həmçinin pilotsuz uçuş aparatları və ballistik raket infrastrukturunu yenidən qurmaq üçün atəşkəs dövründən istifadə edir. ABŞ kəşfiyyat rəsmiləri bildirib ki, Çin və Rusiya Tehranın bu proqramlarını dəstəkləyir, lakin dəstəyin konkret forması açıqlanmamışdır. Həmçinin, İran hələ ABŞ-ın nüvə təklifinə cavab verməyib və tərəflər zənginləşdirilmiş uranın və boğazın uzunmüddətli statusu məsələlərində hələ də razılığa gəlməyiblər.