BAKI,VOA, Fərid Mikayılov
Abbas Əraqçi ABŞ-ın İrana qarşı siyasətinin Amerika xalqı üçün ciddi iqtisadi nəticələr yaratdığını bildirib.
VOA xəbər verir ki, İran xarici işlər naziri sosial şəbəkədə paylaşdığı açıqlamada Vaşinqton administrasiyasının İrana qarşı apardığı siyasətin ABŞ iqtisadiyyatına təsirlərinə diqqət çəkib.
Abbas Əraqçi qeyd edib ki, amerikalılardan “İrana qarşı seçim müharibəsinin” artan iqtisadi xərclərini ödəmələri tələb olunur.
Nazir bildirib ki, benzinin qiymətində artım və fond bazarındakı dalğalanmalar problemin yalnız bir hissəsidir.
Onun sözlərinə görə, əsas çətinlik ABŞ dövlət borcları və ipoteka faizlərinin yüksəlməsi ilə daha da hiss olunacaq.
Abbas Əraqçi həmçinin avtomobil kreditləri üzrə gecikmiş borcların son 30 ilin ən yüksək səviyyəsinə çatdığını vurğulayaraq, “Bütün bunların qarşısını almaq olardı” ifadəsini işlədib.
Paylaşımda ABŞ xəzinə istiqrazlarının gəlirliliyindəki yüksəlişi əks etdirən qrafik də yer alıb.