#ABŞ-İran müharibəsi

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının ABŞ ərazisinə qatılacağı ilə bağlı açıqlaması Vaşinqton tərəfindən sonradan “zarafat” kimi təqdim edilib. ABŞ rəsmisinin bu açıqlamanı düzəltməsi isə onsuz da gərgin olan Yaxın Şərqdə siyasi ritorikanın nə qədər təhlükəli həddə çatdığını bir daha gündəmə gətirib. Dünyanın ən güclü hərbi qüvvəsinə malik ölkəsinin prezidentinin strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ilə bağlı belə açıqlama verməsi beynəlxalq ictimaiyyətdə ciddi suallar yaradıb. Xüsusilə də ABŞ rəhbərinin əvvəlki sərt bəyanatları fonunda hansı açıqlamanın real təhdid, hansının isə siyasi ritorika və ya zarafat olduğunu müəyyənləşdirmək çətinləşir.

Tehran Universitetinin dosenti Sitarə Sədiqi ABŞ və İranın altı aylıq müharibədən sonra siyasətlərində dəyişikliklər etdiyini bildirib. Onun sözlərinə görə, İran Vaşinqtonun yalnız güc nümayişinə cavab verdiyini düşünür və əsas diqqətini suverenliyinin və vətəndaşlarının qorunmasına yönəldib. Sədiqi ABŞ-ın isə iqtisadi təzyiq siyasətinə keçdiyini deyib. O, İran üçün müharibənin mövcudluq məsələsi, ABŞ üçün isə seçim xarakteri daşıdığını vurğulayıb. Sədiqinin fikrincə, hər iki ölkə münaqişənin onlar üçün ağır iqtisadi və siyasi nəticələr yaratdığını anlayır. O, ABŞ-ın yaxın zamanda siyasətini dəyişəcəyini gözləmir və Vaşinqtonun hərbi imkanları olduğu halda təzyiq siyasətini davam etdirə biləcəyini düşünür. Sədiqi İranın Hörmüz boğazına nəzarət iddiasından geri çəkilməsinin də az ehtimal olunduğunu bildirib.

ABŞ Prezidenti Donald Tramp İranla müharibə məsələsində eskalasiyanı artırmaq əvəzinə gözləmə siyasəti seçir. ABŞ administrasiyası rəsmiləri Trampın yaxın hərbi addımlar barədə əvvəlki sərt mövqeyini yumşaltdığını bildiriblər. Vaşinqton İran iqtisadiyyatına tətbiq edilən təzyiqlərin nəticələrini izləyir. ABŞ Hörmüz boğazındakı vəziyyətin və neft ixracına məhdudiyyətlərin İran iqtisadiyyatına təsir etdiyini hesab edir. Bəzi müşahidəçilər ABŞ-nin uzunmüddətli müharibə üçün sursat ehtiyatları ilə bağlı çətinlik yaşaya biləcəyini bildirirlər. Administrasiya rəsmiləri İran rəhbərliyi daxilində fikir ayrılıqlarının yarana biləcəyini düşünürlər. Onların fikrincə, iqtisadi təzyiq zamanla nəticə verə bilər. Bununla belə, bəzi rəsmilər müharibə şəraitinin İran cəmiyyətində əks təsir yarada biləcəyini də qeyd edirlər.

Qətər ABŞ və İran arasında gərginliyin azaldılması istiqamətində diplomatik səylərini davam etdirdiyini və əsas prioritetlərinin gərginliyin aradan qaldırılması, tərəflərin yenidən danışıqlar masasına qayıtması, eləcə də Hörmüz boğazının sərbəst gəmiçilik üçün açılması olduğunu bəyan edib.

İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdullahi ABŞ ilə əməkdaşlıq edən region ölkələrinə sərt xəbərdarlıq edib. İranlı general region ölkələrini ABŞ ilə əməkdaşlığa yenidən baxmağa çağıraraq bildirib ki, Vaşinqtonun tərəfini tutan və ona müdafiə qalxanı olan istənilən dövlət müharibənin nəticələri ilə üzləşəcək

İran raketlərinin ABŞ qüvvələrinin Qərbi Asiyadakı əsas logistika və əməliyyat mərkəzlərindən biri hesab olunan İordaniyanın Muvaffaq Salti aviabazasını vurduğu iddia olunur. Hücum fonunda Küveytdə üçüncü dəfə hava həyəcanı siqnalları verilib, Bəhreyn Daxili İşlər Nazirliyi isə sakinlərə təhlükəsiz yerlərə sığınmaları barədə növbəti dəfə çağırış edib.

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İranın cənub sahillərində yerləşən bəzi müşahidə məntəqələrinə endirdiyi zərbələrin tərəflər arasında əldə olunmuş memorandumun əsas müddəalarını pozduğunu bəyan edib. İran XİN vurğulayıb ki, bölgədə gərginliyin yenidən artmasının nəticələrinə görə məsuliyyət ABŞ-nin üzərinə düşür.

İran və ABŞ arasındakı gərginlik 90-cı müharibə günündə də davam edib. ABŞ Bandar Abbas limanı yaxınlığında hərbi zərbələr həyata keçirib, İran isə partlayışların insan və maddi ziyana səbəb olmadığını bildirib. Tramp İranın zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsini tələb edib, Hörmüz boğazı strateji təhlükəsizlik nöqtəsi kimi qalır. Livan və Qəzza sektorunda isə İsrail və Hizbullah arasında yeni toqquşmalar qeydə alınıb.

ABŞ, Yaponiya, Avstraliya və Hindistanın yüksək səviyyəli diplomatları çərşənbə axşamı Hindistanın paytaxtı Yeni Dehlidə “Dördtərəfli Təhlükəsizlik Dialoqu” çərçivəsində bir araya gəliblər. Görüşdə ABŞ dövlət katibi Marko Rubio, Avstraliyanın xarici işlər naziri Penni Vonq, Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar iştirak edirlər.