BAKI,VOA, Fərid Mikayılov
İran Xarici İşlər Naziri Abbas Əraqçi, Norveçin Xarici İşlər Nazirinin müavini Andreas Motzfeldt Kraviklə keçirdiyi görüşdə, ABŞ-ın tələblərinin maksimalist olması, təhdidkar ritorikası və səmimiyyətsizliyinin müharibənin sona çatması və hər hansı bir razılaşmaya varılmasının qarşısında duran əsas maneə olduğunu bildirib.
VOA xəbər verir ki, Əraqçi, görüş zamanı, İranın, Hörmuz Boğazının sahil dövləti olaraq, bu su yolunun beynəlxalq hüquqa əsaslanaraq tənzimlənməsi üçün müvafiq tənzimləmələr üzərində danışıqlar apardığını bildirib.
Əraqçi Vaşinqtonun davranışını, çox tələbkar, təhdidkar və provokativ dil olduğunu bildirib. O, bu amillərin bir araya gələrək münaqişənin yekun olaraq sona çatmasının və hər hansı bir işlək razılaşmanın əldə edilməsinin qarşısında ən böyük maneə təşkil etdiyini vurğulayıb.