Tarixdə bu gün

"Tarixin bu günü sevgi və nifrətin, yaradılış və dağıdılışın kəsişmə nöqtəsidir. 14 fevral – Dünyada Müqəddəs Valentin Günü kimi qeyd edilsə də, siyasi tarixdə Livanın Baş naziri Rəfiq Həririnin sui-qəsdi ilə Yaxın Şərqin tarazlığının pozulduğu, Səudiyyə Ərəbistanı və ABŞ ittifaqının gəmidə imzalandığı, Salman Rüşdi haqqında ölüm fətvasının verildiyi kritik bir gündür. Bu gün həm də Böyük Moğol İmperiyasının qurucusu Babur Şahın dünyaya gəldiyi, Azərbaycanın ilk milli televiziyasının efirə çıxdığı və internet nəhəngi YouTube-un qurulduğu tarixdir. Kosmosun 'Solğun Mavi Nöqtə' fotosundan Floridadakı məktəb qətliamına qədər – AzerVoice 14 fevralın ən geniş xronologiyasını təqdim edir."

Kipr Türk xalqının ilk dəfə dövlət quruculuğu təcrübəsi qazandığı siyasi qurum – Kipr Türk Federe Dövləti – 13 fevral 1975-ci ildə elan edilib. 1974-cü il hadisələrindən sonra formalaşan yeni siyasi reallıq çərçivəsində Kipr Türk tərəfi çoxpartiyalı parlament sisteminə keçid və federativ əsasda idarəetmə modelinin qurulması istiqamətində addımlar atıb. Bu proses 1983-cü ildə Şimali Kipr Türk Cumhuriyətinin elanına qədər davam edən dövlətçilik mərhələsinin əsasını təşkil edib.

Tarix bu gün yeni dövlətlərin doğuşuna və qədim şəhərlərin külə dönməsinə şahidlik edib. 13 fevral – Türk dünyasında Kipr Türk Federe Dövlətinin qurulduğu və Rauf Denktaşın liderliyi ilə Şimali Kiprin müstəqilliyə gedən yolunun açıldığı gündür. Eyni zamanda, bu gün Türkiyənin Erzincan şəhərinin düşmən işğalından azad edildiyi zəfər günüdür.

12 fevral 2002-ci ildə Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalında (ICTY) Miloşeviçə qarşı soyqırımı və hərbi cinayətlər üzrə məhkəmə prosesi başlayıb. "Balkan qəssabı" ləqəbi ilə tanınan Miloşeviç Bosniya, Xorvatiya və Kosovoda törədilmiş kütləvi qətliamlar və etnik təmizləmələrdə ittiham olunub. O, beynəlxalq tribunal tərəfindən ittiham edilən ilk fəaliyyətdə olan dövlət başçısı kimi tarixə düşüb.

Cənubi Afrikada aparteid rejiminə qarşı mübarizənin simvolu olan Nelson Mandela 27 illik həbs həyatından sonra azadlığa çıxıb. 11 fevral 1990-cı ildə baş tutan bu tarixi hadisə ölkədə irqi ayrı-seçkiliyin sona çatmasının başlanğıcı hesab olunur. Peşəcə hüquqşünas olan Mandela 1944-cü ildə Afrikanın ən qədim qara dərili siyasi təşkilatı olan Afrika Milli Konqresinə (ANC) qoşulub. O, uzun illər ağ dərili azlığın üstünlüyünə və irqi seqreqasiyaya əsaslanan aparteid sisteminə qarşı qeyri-zorakı müqavimət üsulları ilə mübarizə aparıb. Lakin 1960-cı ildə Şarpvildə dinc nümayişçilərin qətlə yetirilməsindən sonra Mandela hökumətə qarşı partizan müharibəsi aparmaq üçün ANC-nin hərbi qanadının təşkilində iştirak edib.

Ağır çəkidə keçmiş dünya boks çempionu Mayk Tayson 18 yaşlı gözəllik müsabiqəsi iştirakçısı Dezire Vaşinqtona təcavüz etməkdə təqsirli bilinib. İndiana ştatının andlılar məhkəməsi Taysonun günahını sübuta yetirilmiş hesab edib. Məhkəmə növbəti ay boksçuya qarşı 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb (hökmün 4 ili şərti hesab edilib).

9 fevral 1969-cu ildə Türkiyənin siyasi həyatında mühüm yer tutan partiyalardan biri olan Milliyyətçi Hərəkat Partiyası (MHP) yaradıldı.MHP 9 fevral 1969-cu ildə Adanada keçirilən qurultay prosesində Alparslan Türkeşin liderliyi ilə formalaşıb. Tarixi məlumatlara görə, həmin günlərdə keçirilən toplantıda Cümhuriyyətçi Kəndli Millət Partiyasının adı dəyişdirilərək Milliyyətçi Hərəkat Partiyası kimi fəaliyyətə başlayıb.

1696-cı ildə Rusiya hökmdarı olan Pyotrun hakimiyyəti dövrü genişmiqyaslı hərbi, siyasi, iqtisadi və mədəni islahatlarla yadda qalıb. Bu islahatlar əsasən Qərbi Avropa modellərinə söykənir və Rusiyanın orta əsr idarəçilik sistemindən çıxaraq mərkəzləşdirilmiş, dünyəvi dövlətə çevrilməsini hədəfləyirdi.