BAKI, VOA
1987-ci il avqustun 16-da ABŞ-ın Miçiqan ştatında Detroit Metropolitan hava limanından havaya qalxan Northwest Airlines şirkətinə məxsus DC-9 təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 156 nəfər həyatını itirib.
Təyyarənin pilotları uçuşdan əvvəl prosedurlara uyğun yoxlamaları tam yerinə yetirməyib və qanadların qaldırıcı səthini artıran flaplar açılmayıb. Təyyarə uçuş zolağının sonuna çatarkən işıq dirəklərinə və avtomobil icarəsi ofisinə çırpılıb, daha sonra magistral yola düşüb.
Qəza zamanı magistral yolda olan avtomobildəki iki nəfər də ölüb. Həlak olanlar arasında NBA-nin “Phoenix Suns” komandasının basketbolçusu Nik Vanos da olub.
Qəzadan yalnız 4 yaşlı Sesiliya Çihan sağ çıxıb.