Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    C-130 təyyarələrinin uçuşları tədbir məqsədilə dayandırılıb - Türkiyə MN

    13 Noyabr 2025 14:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    C-130 təyyarələrinin uçuşları tədbir məqsədilə dayandırılıb - Türkiyə MN
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Milli Müdafiə Nazirliyi açıqlayıb ki, C-130 tipli hərbi yük təyyarəsinin Gürcüstan–Azərbaycan sərhədində düşməsindən sonra inventarda olan digər C-130 təyyarələrinin uçuşları tədbir məqsədilə dayandırılıb.

    AzerVoice xəbər verir ki, Azərbaycanın Qarabağ zəfərinin 5-ci ildönümü münasibətilə orada olan birliyi daşıyan C-130 tipli hərbi yük təyyarəsi Türkiyəyə qayıtmaq üçün havalandıqdan qısa müddət sonra Gürcüstan–Azərbaycan sərhədinə yaxın Siqnaxi bölgəsində düşüb və nəticədə 20 türk əsgəri şəhid olub.

    Milli Müdafiə Nazirliyi uçuşun düşməsi ilə bağlı iddialara cavab verib:

    Təyyarədə sursat var idimi?

    Təyyarədə yalnız heyət üzvləri və təyyarə texniki avadanlıqları olub. Sursat daşınmırdı.

    Təyyarənin düşmə səbəbi məlumdurmu?

    Hazırda bu barədə dəqiq açıqlama vermək üçün erkəndir. Hadisənin səbəbi davam edən qəza araşdırmasından sonra müəyyən ediləcək.

    Radar qeydlərinə görə bölgədə helikopter olubmu?

    Uçuşdan sonra bölgəyə gedən və təyyarə ilə əlaqə yaratmağa çalışan helikopter Gürcüstan ordusuna məxsusdur.

    Təyyarənin Səudiyyə Ərəbistanından alındığı iddiası doğrudurmu?

    Təyyarə 21 yanvar 2012-ci ildə Səudiyyə Ərəbistanından alınıb, baxımdan sonra 2014-cü ildə inventara daxil edilib. Modernləşdirildikdən sonra 2022-ci ildən istifadəyə verilib və bu günə qədər müntəzəm baxımlarla xidmət göstərib. Təyyarə istifadəçi ölkə tərəfindən istifadədən çıxarılmayıb, sadəcə ehtiyac fazlasıdır. C-130 təyyarələri hələ də Səudiyyə Ərəbistanı tərəfindən istifadə olunur.

    Düşən təyyarə köhnə və baxımsız idimi?

    Köhnə təyyarə yoxdur, baxımsız təyyarə ola bilər. Təyyarələrin baxımları ölkəmiz tərəfindən müntəzəm həyata keçirilir. C-130 təyyarələri hazırda 70-dən çox ölkədə aktivdir.

    Düşən təyyarənin baxım tarixi göstərir ki:

    Təyyarəyə Erciyes Aviyonik modernləşdirilməsi tətbiq olunub, planlı gövdə, mühərrik və pervane baxımları vaxtında aparılıb.

    Son baxımı 11 sentyabr – 12 oktyabr 2025-ci tarixlərində həyata keçirilib.

    Qara qutu ölkəyə gətirilib mi?

    Düşən təyyarəyə aid qara qutu (FDR – Flight Data Recorder və CVDR – Cockpit Voice Data Recorder) cihazları araşdırılmaq məqsədilə ölkəmizə gətirilib və Ankarada incələnir.

    İnventardakı digər C-130 təyyarələri uçacaqmı?

    Təyyarələrin uçuşları 12 noyabr 2025-ci il tarixindən etibarən tədbir məqsədilə dayandırılıb. Bütün texniki araşdırmalar tamamlandıqdan sonra uçuşlar yenidən başlayacaq.

    #Azərbaycan #Gürcüstan #təyyarə qəzası #təyyarə #A400M hərbi-nəqliyyat təyyarəsi #Azərbaycan Gürcüstan münasibətləri #C-130 hərbi yük təyyarəsi #C-130 #C-130 yük təyyarəsi #C-130 tipli hərbi nəqliyyat təyyarəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    28 Avqust 2026 19:27

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    Azərbaycan və Özbəkistanın mərkəzi bankları maliyyə texnologiyalarının inkişafını müzakirə edib

    28 Avqust 2026 12:06

    Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

    28 Avqust 2026 10:49

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    27 Avqust 2026 18:37

    Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib

    27 Avqust 2026 15:51

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    27 Avqust 2026 13:40

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

    26 Avqust 2026 19:31

    Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

    26 Avqust 2026 18:46
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.