Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Ankara yaxınlığında düşən Liviya təyyarəsinin qara qutusundakı pilot danışıqları məlum olub

    4 Fevral 2026 16:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ankara yaxınlığında düşən Liviya təyyarəsinin qara qutusundakı pilot danışıqları məlum olub
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Nailə Babazadə

    Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Liviya hərbi heyətini daşıyarkən Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin istintaqı ilə bağlı mühüm faktları açıqlayıb.

    AzerVoice xəbər verir ki, nazir qeyd edib ki, təyyarənin səs yazan cihazındakı (CVR) bütün məlumatlar uğurla oxunub və pilotların qəzadan əvvəlki son danışıqları tam şifrələnib. Araşdırmalar nəticəsində məlum olub ki, təyyarə hələ qəza çağırışı etməzdən əvvəl qüllə ilə mütəmadi əlaqədə olub və elektrik sistemində ciddi nasazlıqlar yaşandığını bildirib.

    Nazir Uraloğlunun verdiyi məlumata görə, pilotlar bir müddət sonra havalimanına qayıtmaq tələbini çatdırıblar və bu zaman aviasiyada ən yüksək təcili çağırışlardan biri hesab olunan "PAN-PAN" siqnalını veriblər. Bu çağırışdan sonra dispetçer qülləsi təyyarəni yönləndirməyə başlasa da, sistemlərin tamamilə sıradan çıxması nəticəsində pilotlar idarəetməni əl ilə (manuel) həyata keçirməyə məcbur olublar. Uçuş və enişlərin dayandırıldığı Esenboğa Havalimanına çatmağa çalışan təyyarə, yetərli hündürlüyə enib eniş zolağına yaxınlaşarkən Haymana rayonu ərazisində qəzaya uğrayıb.

    Səs yazılarının təhlili zamanı müəyyən edilib ki, 23 dekabr 2025-ci il tarixində saat 20:17-də havaya qalxan üçmühərrikli təyyarənin cəmi ikinci dəqiqəsində pilotlar ikinci generatorun, təxminən 14 saniyə sonra isə üçüncü generatorun söndüyünü qeyd ediblər. Pilotlar danışıqlarında bütün generatorların sıradan çıxdığını, lakin bir müddət sonra sistemin qısa müddətlik bərpa olunduğunu bildiriblər. Təyyarə havaya qalxdıqdan sonra cəmi 37 dəqiqə havada qala bilib və uçuşun 27-ci dəqiqəsindən etibarən rabitə kəsilib.

    Cihazların ağır zədələnməsi səbəbindən araşdırmalar istehsalçı ölkə olan Fransanın razılığı ilə İngiltərədə peşəkar mütəxəssislər tərəfindən aparılıb. Nazir bildirib ki, səs yazan cihazdakı məlumatlar qəzanın səbəbi barədə kifayət qədər aydın təsəvvür yaradır. Hazırda Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq davam edir. İlkin rəylər göstərir ki, əgər təyyarə ilk generator nasazlığından dərhal sonra, havalimanından çox uzaqlaşmadan geri dönmək qərarı versəydi, bu faciənin qarşısını almaq mümkün ola bilərdi.

    #təyyarə qəzası #Liviya #təyyarə #Türkiyə-Liviya müqaviləsi #Türkiyə Liviyada enerji müqaviləsi #Liviya lideri #Liviyada hərbi müdaxilə #Türkiyənin Liviyadakı rolu #Liviya Baş Qərargah rəisini daşıyan təyyarə ilə bağlı rəsmi açıqlama #Ankara yaxınlığında təyyarə qəzası: Liviya ordusu rəhbərliyini itirdi #Liviya ordusunun Baş Qərargah rəisi faciəli şəkildə həlak olub
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Liviyada elektrik stansiyalarında partlayışlar: Ölkənin qərbi qaranlığa qərq oldu

    16 Avqust 2026 11:22

    Bu gün təyyarə qəzasında 156 nəfər həlak oldu

    16 Avqust 2026 02:00

    Həftar İŞİD-ə qarşı əməliyyata kömək edib

    15 Avqust 2026 13:42

    Tarixdə bu gün - 7 İyul

    7 İyul 2026 00:01

    Liviya sərt qərar verdi: Dörd Afrika ölkəsinin vətəndaşlarına giriş qadağan edildi

    24 İyun 2026 14:55

    Yunanıstanın Evia adasında iri meşə yanğını baş verib

    20 İyun 2026 22:32

    Qazaxıstanda təyyarə qəzası – pilotlardan biri həyatını itirdi

    27 May 2026 11:35

    Livanın baş naziri Suriyaya ikinci rəsmi səfərini edib

    19 May 2026 16:26

    Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəlib

    17 May 2026 16:48

    Liviya kubokunda erkən final

    1 May 2026 16:47

    Avstraliyada təyyarə qəzası baş verib

    29 Aprel 2026 09:58

    İranda daxili aviareyslər 50 günlük fasilədən sonra sabah bərpa olunur

    21 Aprel 2026 13:49
    XƏBƏR LENTİ

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.