BAKI,VOA
1961-ci il avqustun 13-də Şərqi Almaniya hərbçiləri Şərqi və Qərbi Berlini ayırmaq üçün tikanlı məftillər və daş divar hörməyə başlayıb.
İkinci Dünya müharibəsindən sonra Almaniya ABŞ, Sovet İttifaqı, Böyük Britaniya və Fransanın nəzarətində olan işğal zonalarına bölünüb. Berlin də bölündükdən sonra Şərqi Almaniyadan Qərbə kütləvi miqrasiya başlayıb. 1961-ci ilə qədər hər gün təxminən 1 000 nəfər Şərqi Almaniyanı tərk edirdi.
Sovet lideri Nikita Xruşşovun razılığından sonra Şərqi Almaniya rəhbərliyi Berlinə giriş-çıxışı məhdudlaşdırıb. İlkin olaraq 100 mildən çox tikanlı məftil çəkilib, daha sonra uzunluğu təxminən 96 mil olan beton divar, müşahidə qüllələri və silahlı postlar yaradılıb.
Berlin divarı Soyuq müharibənin ən güclü simvollarından birinə çevrilib. 1961-1989-cu illərdə təxminən 5 min Şərqi Almaniya vətəndaşı divarı keçərək Qərbə qaça bilib, çox sayda insan isə buna cəhd edərkən uğursuz olub.
1989-cu il noyabrın 9-da divarın sökülməsinə başlanılıb. Bir il sonra, 3 oktyabr 1990-cı ildə Şərqi və Qərbi Almaniya rəsmi şəkildə birləşib.