Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Tarixdə bu gün
    Tarixdə bu gün

    Bu gün Nasist Almaniyası Müttəfiqlərə təslim oldu

    7 May 2026 03:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bu gün Nasist Almaniyası Müttəfiqlərə təslim oldu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    İkinci Dünya müharibəsinin taleyini dəyişən ən mühüm hadisələrdən biri məhz bu gün baş verib.

    1945-ci il mayın 7-də nasist Almaniyası Fransanın Reyms şəhərində Müttəfiq qüvvələrə qeyd-şərtsiz təslim aktını imzalayıb. Bununla da Avropada müharibənin sona çatması rəsmiləşdirilib.

    Tarixi sənəd Almaniya Ali Komandanlığını təmsil edən general Alfred Yodl tərəfindən imzalanıb. Alman tərəfi əvvəlcə yalnız Qərb cəbhəsində döyüşən qüvvələrin təslim olması variantını irəli sürsə də, Müttəfiq qüvvələrin ali komandanı Duayt Eyzenhauer bütün Alman qüvvələrinin – həm Şərqdə, həm də Qərbdə – tam kapitulyasiyasını tələb edib.

    Məlumata görə, Eyzenhauer Almaniyanın şərtləri qəbul etməyəcəyi halda Qərb cəbhəsini bağlamağa və alman qoşunlarının Sovet ordusuna təslim olmasının qarşısını almamağa hazır olduğunu bildirib. Bundan sonra Adolf Hitlerin varisi admiral Karl Dönits Yodla sənədi imzalamaq əmri verib.

    Təslim aktı Sovet generalı İvan Susloparov və fransız general Fransуа Sevezin şahidliyi ilə imzalanıb. Müttəfiq Ekspedisiya Qüvvələri adından isə general Uolter Bedell Smit sənədə imza atıb.

    Tarixçilərin fikrincə, Reymsdə imzalanan bu sənəd Avropada müharibənin faktiki sonunu rəsmiləşdirdi. Bununla belə, Şərq cəbhəsində döyüşlər daha bir gün davam edib.

    Qeyd edək ki, sonradan Alfred Yodl Nürnberq məhkəməsində hərbi cinayətlərdə təqsirli bilinərək edam olunub.

    #Nasist Almaniyasının süqutu #Almaniyanın təslimi 1945 #İkinci Dünya müharibəsi tarixi #Reyms kapitulyasiya sənədi #Alfred Yodl kimdir #Duayt Eyzenhauer tarixi qərarı #tarixdə bu gün 7 may #Avropada müharibənin sonu #Karl Dönits qərarı #Müttəfiq qüvvələr Almaniya kapitulyasiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    22 İyul 2026 03:00

    Tarixdə bu gün - 22 İyul

    22 İyul 2026 00:01

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    21 İyul 2026 04:00

    Tarixdə bu gün - 21 İyul

    21 İyul 2026 00:01

    Bu gün Brüs Li 32 yaşında vəfat etdi

    20 İyul 2026 03:00

    Tarixdə bu gün - 20 İyul

    20 İyul 2026 00:01

    Bu gün qədim Romanı bürüyən Böyük Yanğın başladı

    19 İyul 2026 03:00

    Bu gün Adolf Hitlerə qarşı uğursuz sui-qəsdin ilk cəhdi edildi

    11 İyul 2026 03:00

    Bu gün Almaniya ordusu təslim oldu - Berlin süqut etdi

    2 May 2026 03:00

    Bu gün Adolf Hitler yeraltı bunkerdə intihar etdi

    30 Aprel 2026 03:00

    Bu gün nasist hərbi cinayətkarları edam edildi

    16 Oktyabr 2025 07:00

    Dünyanı Dəyişdirən Döyüş: Barbarossa Əməliyyatı və Şərq Cəbhəsi

    26 Mart 2025 12:00
    XƏBƏR LENTİ

    "Terrorsuz Türkiyə" prosesi Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

    Yaponiyada gizli sosial problem - Hikikomori fenomeni nədir?

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.