Bakı. AzerVoice:
2024-cü ilin yanvar-may aylarında Türkiyənin İsrailə sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 54,7 faiz azalaraq, 78,2 milyon dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin may ayında Türkiyə İsrailə 21,73 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 99,9 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,4 faiz azalaraq, 1,8 milyard dollara bərabər olub.
“Bu ilin may ayında Türkiyə 424,6 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 5,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2023 – may 2024) Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac edib.