Bakı. AZerPress:
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Qazaxıstana polad məhsulları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 34,5 faiz artıraraq 35,8 milyon dollara çatdırıb.
Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Dekabr ayında Türkiyə Qazaxıstana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 12,6 faiz azaldaraq 1,7 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin polad məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq, 14,9 milyard dollara bərabər olub.
Bu ilin dekabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 2,1 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.
Aytac Süleymanova
Twitter: a_alieva_