#Kitabxanalar

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb. Görüşdə ölkədə ədəbi prosesin inkişafı və müasir Azərbaycan ədəbiyyatının dəstəklənməsi müzakirə olunub. Tərəflər kitabxana işinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin təşviqi məsələlərinə toxunublar. Gənc yazarların yaradıcılıq imkanlarının genişləndirilməsi də əsas müzakirə mövzularından olub. Həmçinin dövlət sifarişli filmlər üçün ədəbi əsərlərin seçilməsi və ssenarilərin hazırlanması barədə fikir mübadiləsi aparılıb. Görkəmli ədiblərin həyat və yaradıcılığına həsr olunan filmlərin çəkilməsi məsələsi də gündəmdə olub. Tərəflər əməkdaşlığın milli ədəbiyyatın inkişafına töhfə verəcəyini bildiriblər.