#Azərbaycan Yazıçılar Birliyi

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb. Görüşdə ölkədə ədəbi prosesin inkişafı və müasir Azərbaycan ədəbiyyatının dəstəklənməsi müzakirə olunub. Tərəflər kitabxana işinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin təşviqi məsələlərinə toxunublar. Gənc yazarların yaradıcılıq imkanlarının genişləndirilməsi də əsas müzakirə mövzularından olub. Həmçinin dövlət sifarişli filmlər üçün ədəbi əsərlərin seçilməsi və ssenarilərin hazırlanması barədə fikir mübadiləsi aparılıb. Görkəmli ədiblərin həyat və yaradıcılığına həsr olunan filmlərin çəkilməsi məsələsi də gündəmdə olub. Tərəflər əməkdaşlığın milli ədəbiyyatın inkişafına töhfə verəcəyini bildiriblər.

Azərbaycan rep musiqisinin tanınmış simalarından biri olan Elxan Zeynallı, dinləyicilərinə daha çox Qaraqan səhnə adı ilə tanışdır. 1987-ci il aprelin 3-də Bakıda anadan olan sənətçi repçi, musiqiçi və yazıçı kimi fəaliyyət göstərir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, Milli Kitab Mükafatı müsabiqəsinin ilk qalibi kimi də tanınır.

Fevralın 19-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, qurumun katibi İlqar Fəhmi Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə evində ziyarət ediblər. Nazir Xalq şairinin zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu, oxucular tərəfindən sevildiyini bildirib, səhnəyə qoyulan əsərlərinin də böyük maraqla qarşılandığını deyib.

12 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında “Bir Elin Manifesti” adlı Qərbi Azərbaycan mövzusunda hekayə janrı üzrə Birinci Ümumrespublika Müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə reallaşdırılıb. Layihənin ideya müəllifi Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır. Tərəfdaş qurumlar sırasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, “Ədəbiyyat qəzeti” və “Modern.az” informasiya agentliyi var.

Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri, şair, qəzəlxan, tədqiqatçı, şeirşünas Əliyev Arif Rauf oğlu (Arif Buzovnalı) vəfat edib. Bu barədə onun yaxınları sosial şəbəkə hesablarında məlumat veriblər. Şairin bu gün uzun sürən ağır xəstəlikdən yaşadığı evdə dünyasını dəyişdiyi bildirilir.

19 noyabr 2025-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir və miniatür sənətinin incəliklərini əks etdirən “Kölgəsiz dünya” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.