Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edib

    24 İyul 2026 17:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qəbul etdiyi qanun layihəsinə münasibət bildirib.

    Bu barədə Milli Məclisin rəsmi saytında məlumat dərc edilib.

    Bildirilib ki, Azərbaycan Respublikasının Milli Məclisi ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin 2026-cı il iyulun 22-də qəbul etdiyi H.R. 9087 saylı qanun layihəsi ilə əlaqədar kəskin etirazını bildirir və həmin sənəddə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edir.

    “Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud etinasızlığın bariz nümunəsi olan bu təşəbbüs Birləşmiş Ştatların Konqresindən erməni lobbisinin maraqları naminə Azərbaycan əleyhinə siyasi təzyiq aləti kimi istifadə etmək üçün göstərilən növbəti cəhddir”, - deyə məlumatda vurğulanıb.

    Qeyd edilib ki, qanun layihəsinin müəllifi, sabiq konqresmen Robert Menendesin siyasi xəttinin davamçısı konqresmen Bred Şerman erməni lobbi qrupları ilə bağlı olan və ardıcıl surətdə onların siyasi gündəliyini həyata keçirməyə çalışan bir şəxs kimi tanınır:

    “Aydın məsələdir ki, ABŞ Konqresinə növbəti seçkilər ərəfəsində irəli sürülən bu cür təşəbbüslər heç də Birləşmiş Ştatların milli maraqlarını təmin etmək niyyəti ilə bağlı deyil və nüfuzlu lobbi dairələrinin siyasi və maliyyə dəstəyini qazanmaq məqsədi güdür. Qəbul olunan qərarların obyektivliyini şübhə altına alan bu cür praktika Birləşmiş Ştatların hüquq mühafizə orqanları tərəfindən ciddi surətdə araşdırılmalı və lazımi hüquqi qiymətini almalıdır”.

    Bildirilib ki, sözügedən təşəbbüsün erməni lobbisinin Azərbaycanı gözdən salmaq üçün çoxdan bəri həyata keçirdiyi kampaniya çərçivəsində irəli sürüldüyü aşkardır:

    “Eynilə belə bir çirkin missiyanı Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo yerinə yetirir. Onun Rusiyanın erməni mənşəli oliqarxı Samvel Karapetyan da daxil olmaqla, erməni şovinist dairələri ilə bağlı şəxslərin maliyyə yardımı ilə siyasi motivli rəylər hazırladığı beynəlxalq ictimaiyyətə məlumdur. Eyni siyasi xətt Avropanın bir sıra parlament qurumlarının, o cümlədən Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində də görünür. Bu qurumun ayrı-ayrı deputatları, xüsusən Frank Şvabe kimi şəxslər uzun müddətdən bəri Azərbaycan barəsində qeyri-obyektiv və qərəzli təşəbbüslərlə çıxış edirlər. Bütün bu hərəkətlər erməni lobbisinin müxtəlif beynəlxalq parlament platformalarında həyata keçirdiyi dəqiq əlaqələndirilmiş kampaniyanın tərkib hissələridir”.

    Məlumata görə, narahatlıq doğuran hal budur ki, bu cür addımlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin ardıcıl surətdə irəli aparıldığı bir dövrdə atılır:

    “Möhkəm və uzunmüddətli sülhün bərqərar edilməsinə yönələn beynəlxalq səylər, xüsusən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın vasitəçilik təşəbbüsü və birbaşa dəstəyi iki dövlət arasında münasibətlərin nizama salınması üçün real imkanlar açmışdır. Belə bir şəraitdə ayrı-ayrı konqresmenlərin siyasi motivli birtərəfli qərarları qəbul etdirmək cəhdləri nəinki etimad mühitini pozur, həm də sülh prosesinə əngəl törədir.

    Bu cür hərəkətlər yalnız erməni lobbisinin radikal şovinist dairələrinin maraqlarına xidmət edir. Onilliklər ərzində bu dairələr Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına mane olmuş və qarşıdurmanı qoruyub saxlamağa çalışmışlar, indi isə regional gərginlikdən öz siyasi və maliyyə hədəflərinə nail olmaq üçün istifadə edirlər”.

    Bildirilib ki, qanun layihəsində Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslər barəsində “hərbi əsirlər” və “siyasi məhbuslar” kimi terminlərin işlədilməsi xüsusilə hiddət doğurur:

    “Bu şəxslər hərbi əsirlər və ya siyasi məhbuslar deyildir. Onlar Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq normaları ilə nəzərdə tutulan hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və digər cinayətlər törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilmişlər. Onları siyasi təqibin qurbanları kimi qələmə vermək cəhdləri faktların bilərəkdən təhrif edilməsidir və müstəqil dövlət tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsinə birbaşa müdaxilədir”.

    “Azərbaycan Respublikasının Milli Məclisi Amerika Birləşmiş Ştatlarının konqresmenlərini mütəşəkkil erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməyə, beynəlxalq hüquqa və Azərbaycan Respublikasının suverenliyinə hörmət göstərməyə, eləcə də Cənubi Qafqazda sülh prosesinin pozulmasında və qarşıdurmanın qalmasında marağı olan qüvvələrin əlində alətə çevrilməməyə çağırır”, - deyə məlumatda qeyd edilib.

    #Azərbaycan #Milli Məclis #Cənubi Qafqaz #ABŞ Konqresi #Qanun layihəsi #erməni lobbisi #Amerika Birləşmiş Ştatları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraq ABŞ ilə İran arasında atəşkəsə vasitəçilik etdiyi barədə xəbərləri təkzib edib

    24 İyul 2026 18:06

    Livan Prezidenti ABŞ-da aparılan danışıqlar barədə Baş nazirə məlumat verib

    24 İyul 2026 17:37

    İran müharibədəki son vəziyyəti Rusiya və Çinlə müzakirə edəcək

    24 İyul 2026 17:23

    BMT Hörmüz boğazında qalan 6 min dənizçinin təxliyəsinə çağırış edib

    24 İyul 2026 17:19

    İran Bəhreyndə "Amazon" şirkətinə məxsus məlumat mərkəzini hədəfə aldığını iddia edib

    24 İyul 2026 17:14

    ABŞ zərbələri nəticəsində İranda ölənlərin sayı 55 nəfərə çatıb

    24 İyul 2026 17:11

    Azərbaycan və Rusiya arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq müzakirə olunub

    23 İyul 2026 19:36

    Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

    23 İyul 2026 18:24

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    22 İyul 2026 20:58

    Azərbaycan və Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş imzalayıb

    22 İyul 2026 20:00

    Azərbaycan və Çexiyanın “Agrofert” Şirkətlər Qrupu əməkdaşlıq imkanlarını müzakirə edib

    22 İyul 2026 19:51

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    22 İyul 2026 14:33
    XƏBƏR LENTİ

    İordaniya İran tərəfindən buraxıldığı bildirilən 7 raket və 6 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

    Qətər ABŞ və İranı memorandumun icrasına çağırıb

    Danimarka tankerinin marşrutu husilərin xəbərdarlığından sonra dəyişdirilib

    İraq ABŞ ilə İran arasında atəşkəsə vasitəçilik etdiyi barədə xəbərləri təkzib edib

    Husilər Bab əl-Məndəb boğazının bağlanması iddialarını təkzib edib

    İsrail rəhbərliyi yeni hərbi tədbirlər paketini açıqlayıb

    Livan Prezidenti ABŞ-da aparılan danışıqlar barədə Baş nazirə məlumat verib

    Bəhreyn İranın hava hücumlarının qarşısının alındığını açıqlayıb

    İsrail ordusu Nablus və ətraf kəndlərdə genişmiqyaslı əməliyyata hazırlaşır

    Oman Hörmüz boğazının açıq qalmasına çağırış edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.