Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Azərbaycan İslam Ensiklopediyası
    Azərbaycan İslam Ensiklopediyası

    İslam Mətbəxi Avropanı Necə Dəyişdirdi?

    2 Noyabr 2025 19:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İslam Mətbəxi Avropanı Necə Dəyişdirdi?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Avropada aparılan yeni araşdırma İntibah dövründə İslam mədəniyyətinin kulinariya ənənələrinə təsirini üzə çıxarıb. Tədqiqat göstərir ki, müsəlman alim və aşpazların ərəb-İslam sivilizasiyası dövründə yaratdığı qida mədəniyyəti Avropada həm süfrə tərzini, həm də tibbi yanaşmanı dəyişdirib. Xüsusilə ədviyyatlar, yeni meyvə və tərəvəz növləri, eləcə də tibbi biliklər Avropa saray mətbəxinə dərin təsir göstərib.

    İslamın yüksəlişi və kənd təsərrüfatı inqilabı

    Roma imperiyasının süqutundan sonra bir müddət durğunluq yaşayan Avropa, VII əsrdən etibarən İslam sivilizasiyasının yüksəlişi ilə yeni məhsullar və aqrar biliklərlə tanış oldu. Müsəlmanlar Hindistan və Şərqdən gətirilən meyvə-tərəvəz növlərini Misir, Şimali Afrika, Suriya, İspaniya və Siciliya kimi bölgələrdə yetişdirməyə başladılar. Bu aqrar inqilab ticarət yollarını genişləndirdi, mədəni ünsiyyəti gücləndirdi və mətbəx mədəniyyətində ciddi yeniliklər yaratdı.

    Ədviyyat və tibbin mətbəxdə rolu

    Ərəb həkimləri bir çox yeni ot və ədviyyatları tibbdə istifadə edərək qidalanma ilə müalicə arasında əlaqə yaratdılar. İslam aləmində yemək yalnız dad deyil, eyni zamanda müalicə vasitəsi sayılırdı.

    Bu dövrdə: Sabit ibn Qurra,Əbu Bəkr ər-Razi,İbn Sina, İbn Səid əl-Qurtubi kimi təbiblər qida və sağlamlıq əlaqəsini izah edən əsərlər qələmə aldılar. Hər yeməyin bədənə faydası nəzərə alınır, aşpazlar tibbi təsdiq almış reseptlər hazırlayırdı.

    İslam kulinariya ədəbiyyatının yaranması

    Mətbəx sahəsindəki bilik artdıqca ilk kulinariya kitabları meydana çıxdı. X əsrdən XIII əsrə qədər yazılmış: Kənzul-fəvaid fi Tənvi’ul-Məvaid, Fəzalətul-Xivan, Kitab ət-Təbix, Təzkirə, Vəslə ‘l-Həbib kimi əsərlər saray yeməklərindən xalq mətbəxinə qədər geniş təsir göstərdi.

    Avropa sarayları ərəb mətbəxindən ilham aldı

    XIII əsrdən başlayaraq ərəb tibbi və kulinariya əsərləri latın dilinə tərcümə edildi. Ferrara, Salerno, Montpellier və Paris kimi şəhərlər bu biliklərin yayılma mərkəzinə çevrildi. Avropa aristokratiyası müsəlman mətbəxinə xüsusi maraq göstərdi.
    Bunun nəticəsində:salatlar,şorbalar,ət və tərəvəzin balanslı istifadəsi,gül suyu ilə əl yuma ənənəsiAvropa süfrələrində yayılmağa başladı.

    Qidalanma fərqi və səhiyyə problemi

    Avropanın zadəgan sinfi daha çox ətə üstünlük verir, tərəvəz yeməklərini isə aşağı təbəqəyə aid hesab edirdi. Bu tendensiya gut, həzm pozuntuları və qəbzlik kimi xəstəliklərin artmasına səbəb oldu. Müsəlman təbabəti isə qida balansını bədənin sağlamlığı üçün əsas şərt kimi qəbul edirdi.

    1496-cı ildə qıtlıqdan əziyyət çəkən Şimali Avropada kraliça Kristinanın belə orucluq və aclıq içində yaşadığı qeyd olunur. O vaxt kilsə orucu məcburi edir, xalq isə iaşə çatışmazlığı ilə üzləşirdi.

    Ərəb əsərlərinin tərcüməsi mətbəxi dəyişdirdi

    Ərəb həkim və aşpazlarının əsərləri tərcümə olunduqca Avropada həm tibb, həm də kulinariya sahəsində yeniliklər baş verdi. Saray mətbəxi status və gücün göstəricisinə çevrildi, yeni yeməklər zadəgan süfrələrinin ayrılmaz hissəsi oldu.

    Mütəxəssislər vurğulayırlar ki, İslam kulinariya mədəniyyəti Avropaya yalnız dad və rəng gətirmədi, həm də qida–sağlamlıq əlaqəsini formalaşdırdı. Bu təsir günümüz qastronomiyasında belə öz izini qorumağa davam edir.

    #İslam irsi #İslam mədəniyyəti #İslam kulinariyası #Qədim müsəlman mətbəxi #Müsəlmanların Avropa mətbəxinə təsiri #İslam təbabəti və kulinariya #Ərəblərin kənd təsərrüfatı inqilabı #Anubis və qədim Misir mədəniyyəti #İntibah dövründə ərəb elmi #İslam mətbəx kitabları #Ədviyyatların tarixi #Ərəb təbabətinin Avropaya təsiri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman ibn Malik əl-Bərdəi: Məkkədə bir azərbaycanlı mühəddis

    31 May 2026 22:00

    Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

    31 May 2026 18:00

    İslam tarixində unudulan qələmlər: Qadın müəlliflərin izi ilə

    31 May 2026 09:00

    Qədim palçıq məscidlər: Tarixin səssiz şahidləri

    21 May 2026 10:56

    İskəndəriyyədən Cündişapura: Səlibçilərin məhv etdiyi, müsəlmanların qoruduğu elm

    20 May 2026 18:00

    İbn Məsud: Peyğəmbər sirlərinin sadiq daşıyıcısı

    10 May 2026 13:02

    İslam xəttatlıq sənətində həndəsi estetika

    3 May 2026 22:00

    Allahın ilk olaraq yaratdığı şey nə idi?

    26 Aprel 2026 16:52

    Uhud döyüşü haqqında nə bilirik?

    26 Aprel 2026 10:53

    Quranın qəlbi Yasin surəsi: Ayələrin mənası və əsas mövzuları

    19 Aprel 2026 13:03

    İslamdan əvvəlki 10 Məhəmməd: Bir adın gizli tarixi və mənşəyi

    5 Aprel 2026 19:00

    Zikr haqqında Quranda nə deyilir?

    5 Aprel 2026 10:29
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 2 İyun

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Avropa İttifaqı rəsmisi: Pakistan “böyük miqyaslı müharibənin” qarşısını alıb

    Tramp: İranla “razılaşma” yaxın zamanda mümkün ola bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.