Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Mançester Yunayted Bellinqemi heyətinə qatmaq istəyir

    14 Oktyabr 2025 11:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Mançester Yunayted Bellinqemi heyətinə qatmaq istəyir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    İngiltərənin Mançester Yunayted klubu Almaniyanın Borussiya Dortmund komandasının gənc yarımmüdafiəçisi Jobe Bellinqemi transfer etmək niyyətindədir.

    AzerVoice xəbər verir ki, klubun baş məşqçisi Ruben Amorim futbolçunun özünün tətbiq etdiyi 3-4-2-1 taktiki sisteminə uyğun oyunçu olduğunu hesab edir.

    Gənc yarımmüdafiəçi ötən mövsüm Sanderlend klubunda parlaq çıxışı ilə diqqət çəkmiş, komandasına Premyer Liqaya yüksəlməkdə mühüm rol oynamışdı. Bu uğurun ardından Borussiya Dortmund onun transferi üçün 33 milyon avro ödəyərək futbolçunu heyətinə cəlb edib.

    Lakin Jobe Bellinqemın Almaniyadakı debüt mövsümü gözlənildiyi kimi alınmayıb. O, cari mövsümdə bütün turnirlərdə cəmi 8 oyunda 281 dəqiqə meydanda olub və hələ ki, nə qol vurub, nə də ötürmə verib. Bellinqem yalnız üç dəfə start heyətində yer alıb.

    Baş məşqçi Ruben Amorim Bellinqemin fiziki hazırlığını və meydan mərkəzində çoxşaxəli oynamaq bacarığını komanda üçün dəyərli hesab edir.

    Bununla yanaşı, gənc futbolçuya Kristal Pelas klubunun da maraq göstərdiyi bildirilir. London təmsilçisi gələn yay əsas yarımmüdafiəçisi Adam Uortonun Real Madridə keçid ehtimalını nəzərə alaraq, artıq onun əvəzləyicisini axtarmağa başlayıb.

    Sentyabrda ardıcıl uğursuz nəticələr yaşayan və liqa cədvəlində 14-cü yerə qədər geriləyən Mançester Yunayted, milli komandalar fasiləsindən öncə Sanderlend üzərində qələbə qazanaraq özünəinamı bərpa edib.

    Komanda növbəti qarşılaşmada Liverpulla Anfilddə üz-üzə gələcək. Liverpulun son üç oyunda məğlubiyyət alması Amorimin komandasına vacib qələbə üçün real imkan yaradır.

    #Almaniya #London #Mançester Yunayted #Bundesliga #İngiltərə Premyer Liqası #Borussiya Dortmund #Ruben Amorim #Jobe Bellinqem
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Almanlar Ukraynanın yanında olmalıdır — Yohann Vadeful

    24 Avqust 2026 14:23

    Avropa İttifaqı Serbiyadakı böyük yanğınlara qarşı yardım göndərir

    22 Avqust 2026 19:44

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    22 Avqust 2026 11:27

    Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb

    21 Avqust 2026 09:24

    Almaniya İsrailin İordan çayının qərb sahilində mindən çox ev tikmək planını pisləyib

    19 Avqust 2026 21:42

    Almaniya kansleri Ben-Qvirin Qəzza ilə bağlı fikirlərini “qeyri-insani” adlandırıb

    19 Avqust 2026 17:20

    Britaniya Ukrayna böhranını qəsdən gərginləşdirir - Rusiya

    18 Avqust 2026 11:23

    Martinelli "Qalatasaray"ı rədd etdi

    15 Avqust 2026 13:16

    Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb

    14 Avqust 2026 20:39

    Hörmüz boğazının bağlanması bizə 600 milyon dollara başa gəlib - Almaniya

    13 Avqust 2026 17:43

    İran xarici işlər naziri Almaniya həmkarı ilə danışıqlar aparıb

    10 Avqust 2026 21:12

    Qəzza planı HƏMAS-ın tərksilahına yol aça bilər - Almaniya

    10 Avqust 2026 18:35
    XƏBƏR LENTİ

    Suriya ilə münasibətlərdə təcrid dövrü başa çatdı - ABŞ Səfirliyindən bəyanat

    Ciddə İslam Limanında 434 milyon dollarlıq nəhəng layihə - Yeni dördüncü terminal qurulur

    Suriyadan İsrailə Colan mesajı: PUA-larla xəritə yaradıldı

    Sertifikat mediator üçün nə deməkdir?

    İraq Ceyhan limanı vasitəsilə ixracı artırır

    Doha, Lusayl və The Pearl - Qətərdə hansı ərazidə əmlak almaq daha sərfəlidir?

    Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

    Bu gün Paris dörd illik nasist işğalından azad olundu

    Qətərin qlobal internet reytinqində yeri açıqlandı

    Səudiyyə Ərəbistanı Fransada 22 min iş yeri açacaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.