BAKI,VOA, Fərid Mikayılov
Türkiyə Super Liqasında yeni mövsümə ardıcıl beşinci çempionluq hədəfi ilə hazırlaşan "Qalatasaray", transfer çalışmalarını davam etdirir.
VOA xəbər verir ki, İstanbul təmsilçisi hücumun cinah mövqeyini gücləndirmək məqsədilə İngiltərənin "Arsenal" klubunun 25 yaşlı braziliyalı hücumçusu Qabriel Martinellini heyətinə qatmaq istəyib.
"Qalatasaray" braziliyalı futbolçunu transfer etmək üçün "Arsenal"a rəsmi təklif ünvanlayıb. Lakin Martinelli "sarı-qırmızılılar"ın bu təklifini qəbul etməyərək rədd edib.
25 yaşlı hücumçu İstanbul klubuna mənfi cavab verərək karyerasını İngiltərə Premyer Liqasında, "Arsenal"ın heyətində davam etdirmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, qarşıdakı mövsümdə Türkiyə Super Liqasında ardıcıl 5-ci dəfə çempionluq kubokunu muzeyinə aparmağı hədəfləyən "Qalatasaray", Martinelli cəhdinin uğursuzluqla nəticələnməsindən sonra cinah mövqeyi üçün alternativ transfer namizədlərinə yönələcək.