#Borussiya Dortmund

İngiltərənin Mançester Yunayted klubu Almaniyanın Borussiya Dortmund komandasının gənc yarımmüdafiəçisi Jobe Bellinqemi transfer etmək niyyətindədir. Gənc yarımmüdafiəçi ötən mövsüm Sanderlend klubunda parlaq çıxışı ilə diqqət çəkmiş, komandasına Premyer Liqaya yüksəlməkdə mühüm rol oynamışdı. Bu uğurun ardından Borussiya Dortmund onun transferi üçün 33 milyon avro ödəyərək futbolçunu heyətinə cəlb edib.

Almaniya Bundesliqasının nəhənglərindən Borussia Dortmund heyətini gənc istedadla gücləndirib. Gənc futbolçu ötən mövsümün ikinci yarısını Dortmundda icarə əsasında keçirmişdi. O, Almaniya klubu ilə müxtəlif turnirlərdə ümumilikdə 18 oyunda meydana çıxaraq 1 qola imza atıb.