#Jobe Bellinqem

İngiltərənin Mançester Yunayted klubu Almaniyanın Borussiya Dortmund komandasının gənc yarımmüdafiəçisi Jobe Bellinqemi transfer etmək niyyətindədir. Gənc yarımmüdafiəçi ötən mövsüm Sanderlend klubunda parlaq çıxışı ilə diqqət çəkmiş, komandasına Premyer Liqaya yüksəlməkdə mühüm rol oynamışdı. Bu uğurun ardından Borussiya Dortmund onun transferi üçün 33 milyon avro ödəyərək futbolçunu heyətinə cəlb edib.