Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Ronaldinyo 2025 “Qızıl Top” mükafatını təqdim edəcək

    22 Sentyabr 2025 12:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ronaldinyo 2025 “Qızıl Top” mükafatını təqdim edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Futbol dünyasının ən nüfuzlu fərdi mükafatı olan “Qızıl Top” (Ballon d'Or) bu il də Parisdə təqdim olunacaq.

    AzerVoice xəbər verir ki, mükafatı təqdim etmək üçün Barselona əfsanəsi Ronaldinyo seçilib. 2005-ci ildə “Qızıl Top”u qazanan Ronaldinyo, bu dəfə səhnəyə qalxaraq futbolun ən prestijli mükafatını qalibə təqdim edəcək.

    Mükafat üçün iki əsas favorit önə çıxır:

    • Usman Dembele – ötən mövsüm PSJ ilə tarixi “üçlü” uğura imza ataraq komandasının aparıcı oyunçularından biri olub.
    • Lamin Yamal – hazırda “Kamp Nou”nun yeni sensasiyası hesab olunan gənc ulduz Barselona forması ilə parlaq çıxışı ilə diqqət çəkib.

    Əvvəlcə mükafatı təqdim etmək üçün 1994-cü ilin “Qızıl Top” qalibi, sabiq Barselona ulduzu Hristo Stoiçkov seçilmişdi. Lakin son anda qərar dəyişdirilib və Ronaldinyo əsas qonaq elan olunub.

    Bir sıra məşhur futbolçuların Parisdə keçiriləcək mərasimə qatılmayacağı artıq məlumdur.

    Kilian Mbappe – tədbiri televizordan izləyəcəyini açıqlayıb və Dembelenin qalib olacağına inandığını deyib.

    Pedri və Robert Levandovski – Barselonanın iki ulduzu isə mükafatın əsas namizədləri arasında olmadıqları üçün mərasimdə iştirak etməyəcəklər.

    Favorit hesab edilən Dembelenin mərasimdə iştirakı hələ də dəqiqləşməyib. Çünki Paris Sen-Jermen bazar ertəsi təxirə salınmış “Le Classique” oyununda Marsellə qarşılaşacaq. Hava şəraiti səbəbindən bazar günü baş tutmayan görüşün yeni tarixi eyni günə təyin olunub. Dembelenin zədəsi səbəbindən komandanın heyətində yer almadığı bildirilir. Bu səbəbdən, ulduz futbolçu Parisdə qalaraq “Qızıl Top” mərasimində iştirak edə bilər.

    #Paris #PSJ #Kilian Mbappe #Lamin Yamal #Rafinya #Qızıl Top #Usman Dembele #Barselona #Ballon d'Or #Ronaldinyo
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb

    21 Avqust 2026 09:24

    Makron ölümə yardım haqqında qanunu təsdiqlədi

    19 Avqust 2026 14:03

    İran iki fransalı diplomatı "persona non grata" elan etdi

    19 Avqust 2026 11:58

    Fransada tarix yazan ilk səudiyyəli - Səud Əbdülhəmid Fransa Superkubokunun qalibidir

    17 Avqust 2026 10:44

    Meydana çıxmayacaq, amma rəsmən heyətdədir - Ronaldinyodan sürpriz addım

    13 Avqust 2026 10:57

    Tehran-Paris xəttində yeni gərginlik: İnsan hüquqları mübahisəsi böyüyür

    13 Avqust 2026 10:43

    2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

    18 İyul 2026 13:11

    İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

    15 İyul 2026 14:53

    Fəhlə oğlu Lionel Messinin uşaqlığı, ailəsi və sülalə mənşəyi

    24 İyun 2026 08:13

    Ronaldinyo 46 yaşında futbola qayıdır

    20 İyun 2026 10:51

    Fransa həqiqətən mitinqin qadağan edilməsini tələb edibmi?

    19 İyun 2026 17:26

    VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu

    17 İyun 2026 19:08
    XƏBƏR LENTİ

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.