#Barselona

Kataloniya klubunda bir neçə futbolçunun komandadan ayrılması variantı nəzərdən keçirilir. İddialara əsasən, bu siyahıda Markus Raşford, Frenki de Yonq, Robert Levandovski, Andreas Kristensen və Mark Kasado yer alır. Markus Raşfordun icarə müddətinin yekununda Mançester Yunaytedə qayıtmasının mümkün olduğu, Frenki de Yonqun isə maaş büdcəsini yüngülləşdirmək üçün əsas namizədlərdən biri sayıldığı iddia olunur.

UEFA Çempionlar Liqasında vacib qarşılaşma öncəsi qalmaqal yaranıb. Məlumata əsasən, alman mütəxəssis şikayətini Çempionlar Liqasının nümayəndələrinə çatdırıb. Narazılığa səbəb Riyad Eyir Metropolitano stadionunun meydançasının vəziyyəti olub.

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları start götürür. Avropanın ən nüfuzlu klub turnirində aprelin 14 və 15-də keçiriləcək qarşılaşmaların nəticələrinə əsasən yarımfinala yüksələn komandalar müəyyənləşəcək. Məlumata əsasən, ilk oyun günündə Madrid “Atletiko”su “Barselona”nı, “Liverpul” isə Paris Sen-Jermeni qəbul edəcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində diqqət mərkəzində olan qarşılaşma baş tutacaq. Qeyd olunur ki, Barselona son oyunlarda uğurlu nəticələrlə çıxış edərək La Liqada liderliyini möhkəmləndirib. Komanda əvvəlki görüşdə Atletiko üzərində 2:1 hesablı qələbə qazanıb.

İspaniyanın aparıcı klublarından olan Barselona mühüm oyunlar ərəfəsində ciddi itki ilə üzləşib. Barselonanın prezidenti Laporta isə yaranmış vəziyyətə görə FIFA-nın beynəlxalq oyun təqvimini sərt tənqid edib. O bildirib ki, sıx qrafik futbolçuların sağlamlığını risk altına qoyur və klubların maraqları nəzərə alınmır.

Barselonanın gənc ulduzu Lamin Yamal klubdakı gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib. La Masia akademiyasının yetirməsi olan 18 yaşlı hücumçu Kamp Nounu heç vaxt tərk etməmək arzusunda olduğunu vurğulayıb. Yamal bildirib ki, dünyanın ən yaxşı klubu və ən gözəl şəhəri hesab etdiyi Barselonada “əbədi qalmaq” istəyir.

İspaniyanın Barselona klubunun yenidənqurmadan sonra qismən istifadəyə verilən Kamp Nou stadionunda növbəti texniki problem qeydə alınıb. Oyun idman baxımından Barselona üçün uğurlu alınıb. Kataloniya təmsilçisi Dani Olmonun, Rafinianın və Lamin Yamalın qolları ilə Real Oviedo üzərində 3:0 hesablı qələbə qazanaraq turnir cədvəlində yenidən liderliyə yüksəlib.