BAKI,VOA, Fərid Mikayılov
İtaliya çempionatında “Ravenna” üçün yeni mövsümə fərqli başlanğıc hazırlanır. Klub mövsümün startı ilə bağlı xüsusi təqdimat mərasimi təşkil etməyi planlaşdırır.
VOA xəbər verir ki, tədbirin əsas hissəsi əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun təqdimatı olacaq.
Ronaldinyo formal olaraq “Ravenna” klubunun futbolçusu kimi qeydiyyatdan keçəcək. Lakin onun komandanın oyunlarında meydana çıxması gözlənilmir. Braziliyalı ulduz əsasən klubun nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Hazırda “Ravenna” İtaliya futbolunun üçüncü səviyyəsi olan C Seriyasında çıxış edir.
Ronaldinyonun klubda təqdimat mərasimi avqustun 20-də keçiriləcək.
Qeyd edək ki, Ronaldinyo daha əvvəl İtaliyada “Milan”ın formasını geyinib. Braziliyalı futbolçu “Barselona”dakı möhtəşəm çıxışlarından sonra İtaliya klubuna transfer olunaraq burada da karyerasının müəyyən hissəsini keçirib.