İran tərəfindən dəstəklənən Husi silahlılarının davranışı Yəməni xalqın maraqlarına xidmət etməyən münaqişələrə sürükləyir, regionun təhlükəsizliyini, sabitliyini və beynəlxalq gəmiçiliyi təhdid edir. Bunu Yəmənin xarici işlər naziri Əfrah Əz-Zubə bildirib. Nazir vurğulayıb ki, hücumların cəzasız qalmasına imkan verən bir şəraitdə davamlı həllə nail olmaq mümkün deyil və bədəlsiz qalan hər bir qanunsuzluq növbəti addımı həvəsləndirir.
Vəzifəyə gəldikdən sonra verdiyi ilk müsahibəsində Əfrah Əz-Zubə qeyd edib ki, Husilərin maraqları nüfuz dairələrini genişləndirməyə və mövcud vəziyyəti diktə etməyə xidmət etdiyi hər yerdə İran layihəsi ilə kəsişir. Nazir Yəmənin və onun coğrafi mövqeyinin qonşu ölkələri, gəmiləri, limanları və dəniz keçidlərini təhdid edən bir platformaya çevrilməsi cəhdlərinə diqqət çəkib.
Husilər Yəməndə paralel iqtisadiyyatı necə qurdular?
O bildirib ki, Əl-Muxa limanının hədəf alınması, Qırmızı dəniz, Bab əl-Məndəb və Ədən körfəzinin təzyiq və hədə-qorxu meydanına çevrilməsi bu siyasətin tərkib hissəsidir.
Yəmənli nazir açıq şəkildə bildirib ki, Husilərin Mərib və Hədrəmutdakı silahlı qüvvələri, Mərib və Əl-Muxadakı məcburi köçkün düşərgələrini, mülki obyektləri hədəf alması, Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhərinə hücumları, habelə Qırmızı dəniz və Bab əl-Məndəbdə dəniz yollarına təhlükə yaratması siyasi səylərin, ilk növbədə Səudiyyə Ərəbistanının siyasi prosesə qayıtmaq cəhdlərinin davam etdiyi bir vaxta təsadüf edib.
Husilərin yay düşərgələri-Yəməndə məhv edilən uşaqlar
Əz-Zubənin sözlərinə görə, Yəmən hökuməti Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılmış çoxmillətli dəniz müdafiə koalisiyasını mühüm addım kimi qiymətləndirir. Bu addım gəmiçiliyin mühafizəsini pərakəndə cavablardan gəmilərin qorunmasını, məlumat mübadiləsini, dəniz maarifləndirilməsini, təlimləri və təhdidlərə qarşı mübarizə qabiliyyətinin artırılmasını əhatə edən təsisatlaşmış əməkdaşlıq müstəvisinə keçirir.