VOA təhlil mərkəzi

Birinci İngilis–Əfqan Müharibəsi (1838–1842) Britaniya Şərqi Hindistan Şirkəti (EIC) ilə Əfqanıstan Əmirliyi arasında aparılmış və nəticədə Əfqanıstan Əmirliyinin qələbəsi ilə başa çatmışdır. Britaniyalılar Rusiyanın Cənubi Asiyaya doğru genişlənməsindən ehtiyat etdikləri üçün Əfqanıstana nəzarət etmək istəyirdilər, lakin yerli qəbilələr son dərəcə sərt və döyüşkən idilər.

Çərşənbə günü Ağ Evdə ABŞ, Danimarka və Qrenlandiya nümayəndələrinin iştirakı ilə keçirilən yüksək səviyyəli üçtərəfli görüşün nəticəsiz qalması Kopenhagenin, Qrenlandiyanın paytaxtı Nuuk şəhərinin və Avropa paytaxtlarının ABŞ Prezidenti Donald Trampı adanın ələ keçirilməsi ilə bağlı açıq niyyətindən geri çəkindirmək ümidlərini puça çıxardı.

Pakistanın müdafiə istehsalı naziri Rza Həyat Hərəc bildirib ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə təxminən bir il davam edən danışıqlardan sonra üçtərəfli müdafiə sazişinin layihəsini hazırlayıblar. Bu, son iki ildə bölgədə zorakılığın artması fonunda mümkün təhlükələrə qarşı möhkəmlənmək cəhdinin göstəricisi kimi qiymətləndirilir.

Pakistanın müdafiə sənayesi son dövrlər ərəb dünyasında artan hərbi-siyasi rolu ilə regional balanslara təsir göstərməyə başlayıb. Pakistanın Sudan ordusuna döyüş təyyarələri və silah satışı ilə bağlı təxminən 1,5 milyard dollar dəyərində razılaşma üzərində işlədiyi bildirilir. Yanvarın əvvəlində yayılan məlumatlara görə, sözügedən razılaşma yekunlaşmaq üzrədir və Sudanda üç ilə yaxındır davam edən, on minlərlə insanın ölümünə və milyonlarla insanın didərgin düşməsinə səbəb olan müharibənin gedişinə ciddi təsir göstərə bilər.

İranda iqtisadi vəziyyətin pisləşməsi fonunda başlayan etirazlar ölkədə siyasi böhranı dərinləşdirib və beynəlxalq miqyasda ciddi mübahisələrə yol açıb. Etiraz aksiyaları 2025-ci ilin dekabr ayının sonlarında başlayaraq tədricən İranın 1979-cu il İslam İnqilabından bəri hakimiyyətdə olan dini rəhbərliyinə qarşı daha geniş çağırışlara çevrilib. ABŞ prezidenti Donald Trampın Vaşinqtonun İranda etirazçılara qarşı sərt tədbirlər görüləcəyi təqdirdə hərbi müdaxilə edə biləcəyi ilə bağlı açıqlamaları ABŞ-İran münasibətlərində gərginliyi daha da artırıb.

Suriya–Azərbaycan Dostluq Cəmiyyətinin sədri, doktor Muxtar Fateh Bi Dilinin qələmə aldığı məqalədə vurğulanır ki, son onilliklər ərzində Azərbaycan–Suriya münasibətləri siyasi və iqtisadi durğunluq, hətta qopma mərhələsindən keçib. Bu vəziyyət xalqlar arasında fikir ayrılıqlarından deyil, daha çox keçmiş Suriya rejiminin – diktator Bəşər Əsəd dövründə yürüdülən siyasətin birbaşa nəticəsi olub. Həmin hakimiyyət Azərbaycanın Qarabağ bölgəsində torpaqlarının işğalı zamanı Ermənistanı siyasi baxımdan dəstəkləməklə suverenlik və ərazi bütövlüyü prinsiplərini açıq şəkildə gözardı edib və bu, iki xalqın maraqları ilə ziddiyyət təşkil edib.

Livanın cənubunda gərginlik artmaqda davam edir. Analitiklər hesab edirlər ki, İsrailin son dövrlər həyata keçirdiyi intensiv hücumlar Baş nazir Benyamin Netanyahunun həm Qəzza cəbhəsində, həm də daxili siyasi müstəvidə artan təzyiqlərdən yayınmaq cəhdi ilə birbaşa bağlıdır. Son günlər Sidqin, Ayn əl-Ədisə və Bint Cübeyl bölgələrində pilotsuz uçuş aparatları və ağır artilleriya vasitəsilə həyata keçirilən zərbələr İsrailin planlı eskalasiya siyasətinə işarə edir. Hücumlar həm Hizbullah-a, həm də beynəlxalq ictimaiyyətə strateji mesaj xarakteri daşıyır.

ABŞ Prezidenti Donald Trampın Venesuelanın neft axınlarını nəzarətə götürmək qərarı Amerika şist (slanets) neft sənayesi üçün ciddi risklər yarada bilər. Qlobal bazara nisbətən ucuz Venesuela neftinin qayıdışı artıq çətin vəziyyətdə olan ABŞ istehsalçılarına əlavə təzyiq göstərəcək. Nəşrin analitikləri bildirir ki, Venesuela xam neftinin bazara daxil olması qlobal təklif bolluğunu daha da gücləndirəcək və qiymətlərin enməsinə səbəb olacaq. Hazırda neft qiymətləri son dörd ilin minimum səviyyəsindədir və yeni həcmdə tədarük bu meyli dərinləşdirə bilər.

İranda dekabrın sonlarından etibarən bahalaşma və iqtisadi çətinliklərə qarşı başlayan etirazlar tədricən daha geniş siyasi xarakter alaraq, 1979-cu il inqilabından bəri ölkəni idarə edən dini hakimiyyət üçün ciddi çağırışa çevrilib. Etirazlar fonunda əsas suallardan biri müxalifətin kimlərdən ibarət olması və niyə vahid liderin ortaya çıxmamasıdır. Analitiklərin fikrincə, İranda vahid siyasi alternativ formalaşmayıb. Müxalifətin bir hissəsi ölkə daxilində fəaliyyət göstərir, digər hissəsi isə sürgündə və ya diasporada mövcuddur. Bu qruplar arasında ideoloji, siyasi və taktiki fərqlər dərin olduğundan ortaq lider və ya vahid proqram yoxdur.

Livanda Şiə İslam Şurasının mərhum sədri, din xadimi Şeyx Məhəmməd Mehdi Şəmsəddin 1967-ci ildə tələbələri ilə danışığı uzun illərdən sonra yayınlanıb. “Əş-Şərq əl-Əvsət” qəzetinin yayınladığı məqalədə Şeyx Məhəmməd Mehdi Şəmsəddin şiə müsəlmanların İrana deyil, yalnız öz ölkələrinə bağlı olmaları tövsiyyə olunmaqla yanaşı, İranın şiə müsəlmanlara yönəlik siyasəti də tənqid edir. Mətnin tam variantı mərhum alimin oğlu İbrahim Məhəmməd Mehdi Şəmsəddin tərəfindən “Livan şiələri və ərəb şiələri – başqaları ilə münasibət və özünlə münasibət” adlı kitabda nəşr olunacaq. “Əş-Şərq əl-Əvsət” bu dialoqu Şəmsəddinin vəfatının 25-ci ildönümü münasibətilə yayımlayıb.

İranda baş verən prosesləri analiz və təhlil etmək üçün mövzunu bir neçə əsas müstəvidə dəyərləndirmək zəruridir. İlk növbədə İran ilə Venesuela arasındakı fundamental fərqləri düzgün müəyyənləşdirmək lazımdır. İran tarixi, siyasi və coğrafi baxımdan köklü bir mövcudiyyətə malikdir. Bu ölkə minilliklər boyunca formalaşmış dövlətçilik ənənəsinə, davamlı siyasi kimliyə və oturuşmuş demoqrafik resursa sahibdir. İran, ərəb-İslam hakimiyyəti dövrü istisna olmaqla, müxtəlif mərhələlərdə türk sülalələrinin idarəsi altında olsa belə, “İran” olaraq tarixi-siyasi mövcudiyyətini qoruyub saxlamışdır.