Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Qlobal xaosda Türk kompası - Antalya Diplomatiya Forumu

    18 Aprel 2026 17:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qlobal xaosda Türk kompası - Antalya Diplomatiya Forumu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Analitik Təhlil Mərkəzi

    Antalya Diplomatiya Forumu Türkiyənin özünəməxsus strateji təcrübəsindən bəhrələnməsi, parçalanmışlıq və xroniki xarakter alan anlaşılmazlıqlar mühitində belə dialoqu ayaqda tuta bilən bir format təqdim etməsi ilə bənzərlərindən fərqlənir.

    Antalya Diplomatiya Forumunun (ADF) beşincisi 17-19 aprel tarixlərində keçirilir. Builki forumun mövzusu " Gələcəyi formalaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə" olaraq müəyyən edilib. Forum qeyri-müəyyənliyin beynəlxalq siyasətin daimi və struktur hissəsinə çevrildiyi kritik bir dövrdə reallaşır. Bir zamanlar ittifaqları, təhlükəsizliyi və əməkdaşlığı müəyyən edən qaydaların getdikcə aşındığı, lakin hələlik net bir alternativ düzənin qurula bilmədiyi bir prosesdən keçirik.

    Belə bir şəraitdə dövlətlər artıq təkcə nüfuz mübarizəsi aparmaqla kifayətlənmir, istiqamətin belə qeyri-müəyyən olduğu bir sistemdə özlərini necə mövqeləndirəcəklərini təxmin etməyə çalışırlar. Bu kontekstdə strateji bir "kompas" axtarışı müasir geosiyasətin ən təməl müəyyənləşdiricisinə çevrilmişdir. Bu mənzərə xüsusilə sistem şoklarına hər keçən gün daha çox məruz qalan, lakin qlobal sistemi təkbaşlarına formalaşdırmaq gücünə sahib olmayan orta miqyaslı ölkələr və regional güclər üçün daha qabarıqdır. Bu aktorlar üçün əsas məsələ artıq yeni bir düzən inşa etməkdən ziyədə, mövcud düzənin parçalanma prosesində yollarını itirmədən irəliləyə bilməkdədir.

    Türk xarici siyasəti mövcud çətin şəraitdə hərəkət edə bilmək naminə nümayiş etdirilən sabit səyləri əks etdirir. Türkiyə tək bir bloka tamamilə inteqrasiya olunmaq və ya passiv bir gözləmə mövqeyinə keçmək əvəzinə; diplomatiyanı, vasitəçiliyi və strateji mövqelənməni birləşdirən bir "angajman" (bağlılıq/fəaliyyət) strategiyası inkişaf etdirmişdir. Bu səylər bəzən müstəqil olaraq, bəzən isə Pakistan, Qətər və Misir kimi tərəfdaşlarla və ya beynəlxalq təşkilatlarla koordinasiyalı şəkildə həyata keçirilib. Əldə olunan nəticə bitərəflik halı deyil, əksinə, müəyyən bir tərəf tutma məcburiyyəti hiss etmədən, fərqli və adətən bir-biri ilə rəqabət halında olan aktorlarla eyni zamanda təmas qura bilmək qabiliyyətini əks etdirən bir növ "çoxyönlü angajman" uğurudur.

    Bu yanaşma birbaşa potensial məsələsidir. Türkiyənin sürətlə inkişaf edən müdafiə sənayesi, fərqli coğrafiyalardakı operativ mövcudluğu və köklü NATO üzvlüyü ona bir çox orta miqyaslı gücün sahib olmadığı geniş bir manevr sahəsi tanıyır. Üstəlik Türkiyə, lazım gəldikdə öz strateji dəyərləndirmələri istiqamətində addım atmağın gətirəcəyi xərcləri qarşılamağa hazır olduğunu da dəfələrlə sübut etdi. Potensial ilə siyasi iradənin bu birləşməsi Qərbli müttəfiqlərdən regional tərəfdaşlara və "Qlobal Cənub" ölkələrinə qədər uzanan geniş bir yelpazədə Türkiyənin necə qəbul edildiyini müəyyən edən təməl ünsürdür.

    ADF məhz bu strateji duruşun bir bəhrəsidir. Burası sadəcə bir görüş platforması deyil, Türkiyənin bir çox rəqib aktorla eyni zamanda təmas qura bilmək qabiliyyətini institusional diplomatik zəminə köçürmə səylərinin təzahürüdür. 2021-ci ildəki başlanğıcından bəri ADF dövlət və hökumət başçılarından nazirlərə, beynəlxalq təşkilat təmsilçilərindən siyasətçilərə qədər kifayət qədər geniş bir kütləni bir araya gətirdi. Forumun çatdığı nəhəng miqyas diqqətçəkici olsa da, əsl fərq yaradan nöqtə iştirakçı profilindəki müxtəliflikdir. Builki sammit Afrika, Avropa və Asiya üzrə balanslı şəkildə paylanmış 150-dən çox ölkədən qonağı qəbul etməyə hazırlaşır.

    Fərqlilikləri uzlaşdıran bir platforma

    ADF-ni əsl fərqli edən ünsür qarşılıqlı fəaliyyətin qurulma formasıdır. Dünya İqtisadi Forumu (WEF) və ya Münxen Təhlükəsizlik Konfransı kimi köklü bir çox platformada müzakirələr adətən əvvəlcədən müəyyən edilmiş bir ssenari çərçivəsində irəliləməyə meyllidir. İştirak nə qədər geniş olursa-olsun, məsələlərin ələ alınma forması çox vaxt müəyyən bir geosiyasi mərkəzin baxış bucağını əks etdirir. ADF isə iştirakçıları tək bir hekayəyə həbs etmədən, çox müxtəlif perspektivlərin azad şəkildə ifadə edilməsinə zəmin hazırlayan fərqli bir yol izləyir.

    Forumun formatı bu strateji yanaşmanı dəstəkləyir. Klassik qəliblərin xaricindəki daha çevik strukturu və qeyri-rəsmi təmaslara imkan yaradan tərzi sayəsində ADF, normal şəraitdə eyni mühiti paylaşmayacaq aktorların birbaşa əlaqə qurmasını təşviq edir. Bu da sözügedən tərəflər arasındakı təmas trafikini ciddi dərəcədə artırır. Mənalı fikir mübadiləsinə zəmin hazırlayan əsl ünsür isə məhz bu qarşılıqlı fəaliyyət sıxlığıdır. 2022-ci ildə Rusiya və Ukrayna xarici işlər nazirlərinin bir araya gəlməsi və 2025-ci ildə Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri arasında təmin edilən təmaslar bu növ kritik görüşlərin forumun ümumi gündəliyi ilə necə uyğunluq içində aparıla biləcəyini konkret şəkildə ortaya qoyur.

    Bu yanaşma Türk xarici siyasətinin təməl daşlarından biri olan "regional stabillik" prinsipi ilə də yaxından əlaqəlidir. Bu prinsip regional problemləri kənardan diktə edilən prioritetlərlə ələ almaq əvəzinə, həm problemin diaqnozunda, həm də həllin inşasında bölgə aktorlarının əsas rol oynamalı olduğunu vurğulayır. Türkiyənin Xarici İşlər naziri Hakan Fidan tərəfindən də son dövrlərdə tez-tez vurğulanan bu prinsip ADF sayəsində özünə daha birbaşa ifadə sahəsi tapır. Beləliklə, regional səslərin qlobal müzakirələrin kənarında qalmayıb, birbaşa mərkəzə daşınmasına imkan yaradılır.

    Zamanlama və strateji əhəmiyyət

    Builki forumun zamanlaması forumun əhəmiyyətini bir qat daha artırır. Bir tərəfdən Avropa təhlükəsizliyinin gələcəyinə dair müzakirələr alovlanarkən, digər tərəfdən davam edən münaqişələr regional balansları kökündən sarsıtmağa davam edir. Bu prosesdə Türkiyə artıq kənarda qalmış bir fiqur kimi deyil, fərqli cəbhələrdə eyni anda varlıq göstərə bilən, oyunun mərkəzindəki bir aktor kimi önə çıxır. Münaqişə tərəfləri arasında ünsiyyət kanallarını açıq tutma bacarığı və gərginliyi azaltma səylərindəki effektiv rolu Türkiyənin artıq sadəcə hadisələri izləyən deyil, nəticələri şəxsən formalaşdıran daha proaktiv bir mövqeyə keçdiyini sübut edir.

    Bu çərçivədə ADF bir-biri ilə rəqabət halında olan aktorların hər hansı bir tərəf tutma məcburiyyəti hiss etmədən təmas qura biləcəyi bir mühit təqdim edərək özünəməxsus bir funksiya üstlənir. Forumun məqsədi ziddiyyətləri aradan qaldırmaq deyil, bu ziddiyyətlərin idarə oluna biləcəyi bir sahə açmaqdır. Bu vəziyyət əslində uyğunluğun azaldığı və fikir ayrılıqlarının dərinləşdiyi, lakin qarşılıqlı fəaliyyətin bir şəkildə davam etdiyi müasir beynəlxalq sistemin çılpaq reallığını əks etdirir.

    Qeyri-müəyyənliklərin artdığı bir dünyada bu növ platformalara duyulan ehtiyac da şübhəsiz artacaqdır. ADF Türkiyənin özünəməxsus strateji təcrübəsindən bəhrələnməsi və parçalanmışlıq ilə xroniki xarakter alan anlaşılmazlıqların ortasında belə dialoqu ayaqda tuta bilən bir format təqdim etməsi ilə bənzərlərindən fərqlənir.

    #Hakan Fidan #Antalya Diplomatiya Forumu #ADF #Qlobal xaos #Rusiya-Ukrayna #qlobal qeyri-müəyyənlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22

    Netanyahu seçkilər yaxınlaşdıqca düşmən axtarır - Hakan Fidan

    10 İyul 2026 20:30

    İran və Türkiyə xarici işlər nazirləri atəşkəs vəziyyətini müzakirə edib

    9 İyul 2026 21:00

    Hakan Fidan ABŞ Dövlət katibi Marko Rubio ilə görüşdü

    8 İyul 2026 12:15

    NATO sammitinin ən çətin mərhələsi Donald Trampı Ankaraya gəlməyə razı salmaq idi - Hakan Fidan

    7 İyul 2026 11:35

    NATO-nun 36-cı Zirvə Toplantısı Ankarada işə başladı

    7 İyul 2026 11:01

    Ərdoğanla Trampın münasibətləri NATO daxilində gərginliyi azalda bilər - Hakan Fidan

    6 İyul 2026 16:11

    Hakan Fidan Tom Barrak ilə regional məsələləri müzakirə etdi

    6 İyul 2026 15:07

    İsrailin genişlənmə siyasəti Yaxın Şərqdə xaosa səbəb olur - Hakan Fidan

    1 İyul 2026 19:14

    Azərbaycan və Türkiyə XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

    27 İyun 2026 19:24
    XƏBƏR LENTİ

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Dünyanın ən böyük siyasi partiyaları açıqlanıb - Türkiyə partiyaları siyahıda neçəncidir?

    TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    Nikaraquada prezident seçkiləri daimi ləğv edildi

    Özəlin yeni partiyasına kimlər qatılacaq?

    Baykar və Leonardo yeni PUA təqdim etdi

    Elə bil dünən idi…

    "Terrorsuz Türkiyə" prosesi Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.