Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    İsrailin hava həyəcanı xəritəsi - "Kfar Şamuna" ən çox hədəf alınan bölgə oldu

    12 Aprel 2026 07:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin hava həyəcanı xəritəsi - "Kfar Şamuna" ən çox hədəf alınan bölgə oldu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Analitik Təhlil Mərkəzi, Orxan Qədirzadə

    İsrail Daxili Cəbhə Komandanlığının "Tzeva Adom" (Qırmızı Rəng) xəbərdarlıq sistemindən əldə edilən son məlumatlar, 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədən bəri İsrail ərazisində həyəcan siqnallarının görünməmiş tezliklə səsləndiyini ortaya qoyub.

    Müharibənin başladığı gündən bu yana İsraildə 8633 dəfə hava həyəcanı siqnalı verilib.

    Təhdidlərin növü və intensivliyi

    Məlumata görə, həyəcan siqnallarının pay bölgüsü belədir:

    Raket hücumları - 6212 dəfə;

    PUA (Dron) hücumları - 2414 dəfə;

    İnfiltrasiya (sızma) cəhdləri - 3 dəfə.

    Statistika göstərir ki, müharibənin ilk iki günü raket hücumları pik həddə çatsa da (1100 siqnal), dördüncü gündən etibarən İran və müttəfiqləri taktiki dəyişiklik edərək PUA-lara üstünlük verməyə başlayıblar.

    Coğrafi bölgü - Şimal cəbhəsi daha çox vuruldu

    İsrailin şimalı, xüsusilə Livanla sərhəd bölgələri ən çox hədəf alınan zonalar olub:

    Şimal cəbhəsi - 3406 həyəcan siqnalı;

    Samariya (İordan çayının qərb sahili) - 1228 həyəcan siqnalı;

    Yuxarı Qaliley - 1079 həyəcan siqnalı.

    Ən çox hücuma məruz qalan yaşayış məntəqəsi 222 siqnal ilə Kfar Şamuna kəndi olub. Onu 214 siqnal ilə Misgav Am şəhəri izləyir. İsrailin "Alma" mərkəzinin məlumatına görə, Hizbullahın atdığı raketlərin 71,5%-i sərhədin ilk 5 kilometrlik zonasını hədəf alıb.

    İranın ballistik zərbələri və regional təsir

    İsrail ordusunun martın 22-nə olan məlumatına görə, İran müharibənin əvvəlindən bəri 400-dən çox ballistik raket atıb. İsrail tərəfi itkilər və müdafiə sistemlərinin effektivliyi barədə ciddi senzura tətbiq etsə də, raket qəlpələrinin çox sayda yaralanmaya və infrastruktura ziyan vurduğu bildirilir.

    Regional miqyasda isə İranın cavab zərbələri təkcə İsraillə məhdudlaşmayıb. Tehrandan əsasən Körfəz ölkələri olmaqla 7 ərəb dövlətinə ümumilikdə 6243 raket və PUA göndərildiyi rəsmi məlumatlarda yer alıb.

    Prezident Donald Trampın çərşənbə günü elan etdiyi iki həftəlik atəşkəs razılaşması fonunda gərginlik hələ də davam edir. İran atəşkəsin Livanı da əhatə etdiyini israr etsə də, ABŞ və İsrail bunun yalnız İran-ABŞ cəbhəsinə aid olduğunu bildirir. Təkcə son sutkada İsrailin Livana endirdiyi zərbələr nəticəsində 254 nəfər ölüb, 1165 nəfər yaralanıb.

    Bu gün isə ABŞ və İran nümayəndələri arasında Pakistanın vasitəçiliyi və ev sahibliyi ilə danışıqlar keçirildi.

    #ABŞ-İran müharibəsi 2026 #Atəşkəs şərtləri #İsrail Daxili Cəbhə Komandanlığı #Tzeva Adom (Qırmızı Rəng) xəbərdarlığı #Kfar Şamuna hücumları #Hizbullah raket zərbələri #Ballistik raket hücumu statistika #Livan sərhədi gərginlik #İsraildə müharibənin başladığı gündən bəri səslənən hava həyəcanı siqnallarının sayı #İranın 2026-cı il müharibəsində istifadə etdiyi raket və PUA-ların pay bölgüsü #Kfar Şamuna və Misgav Am bölgələrinin hədəf alınma intensivliyi #Donald Trampın elan etdiyi ABŞ-İran atəşkəsinin detalları #İsrailin Livan cəbhəsində son 24 saatda həyata keçirdiyi hərbi əməliyyatların nəticələri #İranın Körfəz ölkələrinə atdığı raketlərin sayı və hədəfləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraq ABŞ və İran arasında necə siyasət yürüdür?

    31 İyul 2026 09:00

    Almaniya gəncləri yenidən kazarmaya çağırır - Məcburi hərbi xidmət niyə narahatlıq yaradıb?

    31 İyul 2026 06:00

    TPAO-nun Kərkük addımı: Türkiyənin enerji xəritəsində mövqeyi güclənir

    30 İyul 2026 14:21

    Avropanın xristian irsi və İslamın artan görünürlüğü: əsas problem nədir?

    30 İyul 2026 09:00

    Afrika Buynuzunda yeni dinamika - Somali sabitlik və inkişaf üçün mübarizə aparır

    30 İyul 2026 06:00

    Şəraanın regional mesajları: İsrail, Livan və İraqla bağlı açıqlamalar necə qiymətləndirilir?

    29 İyul 2026 09:00

    Qətəri nə qlobal sülh vasitəçisinə çevirdi? - Pulu yoxsa diplomatik əlaqələri?

    28 İyul 2026 09:00

    Livan prezidenti yeni atəşkəs sazişini ölkə üçün son şans adlandırdı

    4 İyun 2026 15:05

    İsraillilərin 42 faizi İranla atəşkəsin uzadılması qərarına qarşıdır- Maariv

    24 Aprel 2026 08:28

    Livan və müqavimət oxu atəşkəsin ayrılmaz tərkib hissəsidir - İran Parlamentinin sədri

    9 Aprel 2026 16:08

    İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini qəbul etmədi

    3 Aprel 2026 23:06

    Tramp İran neftinə göz dikib - Nefti ələ keçirib böyük sərvət qazanacağıq

    3 Aprel 2026 21:36
    XƏBƏR LENTİ

    ABŞ-də F-35B qırıcı təyyarəsi qəzaya uğradı, pilot xilas oldu

    Tarixdə bu gün - 1 Avqust

    BMT Baş katibi HƏMAS-la bağlı razılaşmanı müsbət qiymətləndirib

    Ağ Ev FIFA Dünya Çempionatı ilə bağlı təhlükəsizlik nəticələrini açıqlayıb

    Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib

    İsrailin pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Deyr əl-Bələhdə bir neçə nəfər yaralanıb

    Hörmüz boğazı açıqdır, İran ona nəzarət etmir - ABŞ

    NXP şirkəti Ambarella-nı satın almaq üçün danışıqlar aparır

    İranın aktivlərini bütün dünyada axtarırıq - Skott Bessent

    Netanyahunun siyasəti İsraildə yenidən tənqid hədəfinə çevrilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.