#ABŞ-İran müharibəsi 2026

Sorğunun nəticələrinə görə, respondentlərin yalnız 28 faizi bu addımı doğru hesab etdiyini bildirib. İsrail ictimaiyyətində Trampın bu qərarına qarşı yaranan narazılıq, Tehranın vaxt qazanması və regional gərginliyin qeyri-müəyyən qalması ilə bağlı narahatlıqlardan qaynaqlanır. Bir çox israilli İranın bu müddət ərzində öz qüvvələrini yenidən qruplaşdırmasından və əks-hücuma hazırlaşmasından ehtiyat edir.

Yaxın Şərqdə davam edən hərbi əməliyyatların dayandırılması istiqamətində atılan diplomatik addımlar nəticəsiz qalıb. İranın yarı-rəsmi "Fars" xəbər agentliyi Tehran rəhbərliyinin ABŞ-dan gələn 48 saatlıq müvəqqəti atəşkəs təklifini rəsmən rədd etdiyini duyurub.

ABŞ Prezidenti Donald Tramp İranın neft resurslarını nəzarətə götürmək barədə iddialı və mübahisəli planlarını yenidən gündəmə gətirib. Tramp özünün "Truth Social" platformasında paylaşdığı mesajında İran müharibəsinin iqtisadi hədəflərini açıq şəkildə bəyan edib: "Bir az vaxt keçsin, biz Hörmüz boğazını asanlıqla aça, nefti ələ keçirə və nəhəng sərvət qazana bilərik".