11 fevral 1979-cu ildə İran inqilabının qələbəsinin elan edilməsindən bir həftə sonra Tehrandan bütün dünyaya tarixi fotoşəkil yayılacaqdı. Bu şəkillər sonradan regionda baş verəcək fırtınaları, o cümlədən "Əqsa tufanı" əməliyyatını və onun üzərindəki İranın birbaşa daxili barmaq izlərini anlamaq baxımından əvəzsiz qaynaq rolunu oynayır. Şəkildə sadə bir xalçanın üzərində elə iki şəxs əyləşib ki, regionun yaxın tarixini onların hekayələrinə dərindən toxunmadan qətiyyətlə yazmaq qeyri-mümkündür. Onlardan birincisi İran inqilabının ali rəhbəri Ayətullah Xomeyni, ikincisi isə müasir Fələstin müqavimət hərəkatının rəhbəri Yasir Ərafatdır.
#Xomeyni
Tarix elmi müxtəlif insan qruplarının və xalqların bir-birindən fərqləndirən xüsusiyyətlərini öyrənərkən, "kütlə" (həşd) ilə "ictimaiyyət" (cumhur) arasındakı fərqi müəyyən etməyə çalışır. Sosioloqlar Qustav Le Bon "Kütlələr psixologiyası" adlı kitabında Recis Debre isə "Siyasi zəkanın tənqidi" əsərində bu fərqi aydın şəkildə izah ediblər.Bu nöqteyi-nəzərdən müasir İran özünü saf bir sivilizasiya kimi təqdim edərək, mahiyyətcə "Ərəb İslamı" ilə daimi qarşıdurma üzərində qurulmuş bir dövlət modeli təklif edir. 1979-cu il inqilabı "İran İslamını" hakimiyyətə gətirərkən, İran kimliyini beynəlxalq İslam cəmiyyəti qurmaq və "ümmət" məvfumunu ön plana çıxarmaq iddiası ilə birləşdirdi.