İslam dünyasının memarlıq irsi heyrətamiz dərəcədə zəngindir. Ən məşhur məscidlərin, sarayların, türbələrin və qalaların bir neçəsinin siyahısını sizə təqdim edirik.
#Osmanlı dövləti tarixi
Osmanlı imperiyasına aid ilk qanunlar toplusu Fateh Sultan Mehmedin dövründən qalmışdır. Lakin bu qanunnamənin onun hakimiyyəti illərində qələmə alınmadığı, mühüm bir hissəsinin sonrakı tarixlərdə yazıldığı və tamamilə ona aid olmadığı barədə iddialar irəli sürülmüşdür. Həmçinin qanunnamədə dövlət təşkilatına dair yer alan bəzi məqamların daha sonrakı dövrlərdə meydana çıxdığı, bu səbəbdən də mətnin Fatehin dövründə yazılmış ola bilməyəcəyi iddia olunur.
Osmanlı ordusunun özəyini təşkil edən qapıqulu əsgərlərinin ən güclü iki qolunu – yeniçərilər və sipahilər təşkil edirdi. Sipahilər hərçənd rütbə baxımından önəmli mövqe daşısalar da, yeniçərilər daha çox göz önündə və saraya yaxın idilər. Bu iki güc mərkəzinin arasında getdikcə artan gərginlik, yalnız fərdi qarşıdurmalara deyil, Osmanlı dövlətinin daxili güc balansına da ciddi təsir göstərdi.
İldırım Bəyazid əsir düşəndə əvvəlcə Teymur tərəfindən yaxşı qarşılandı. Lakin oğlu Çələbi Mehmed onu qaçırmağa cəhd etdikdən sonra təhlükəsizlik tədbirləri gücləndirilib və İldırım dəmir qəfəsə salınıb. Dəmir qəfəs məsələsi tarixçilər arasında mübahisə mövzusu olub. Bu məsələnin müzakirəyə çıxarılmasına səbəb dövrün Teymuri, Osmanlı və ərəb tarixçilərinin verdikləri məlumatlar arasındakı fərqlərdir.
Görkəmli tarixçi Xəlil İnalcık, II Məhəmmədi imperiyanın həqiqi qurucusu kimi qəbul edir və Fatehin İstanbulu fəth etməsi ilə birlikdə Fətrət dövrünün real mənada başa çatdırıldığını bildirir. Bu dövrdə boğazlarda Osmanlı mütləq hakimiyyəti qurulmuş, Balkanlarda sərhədlər Dunay çayına qədər genişləndirilmiş və buralardakı torpaqların tam təhlükəsizliyi təmin edilmişdir. Beləliklə, Anadolu və Rumelidəki Osmanlı torpaqları bir-biri ilə birləşdirilmişdir. Ağqoyunlu hökmdarı Uzun Həsən təhlükəsinin tamamilə ortadan qaldırılması, osmanlıların həm Teymur dövründən etibarən düşdükləri "şərqdən gələcək təhlükə sindromu"ndan qurtulmalarını, həm də digər kiçik bəyliklərin ondan alacağı mənfi hərbi dəstəyin qarşısını kəsərək, Anadolu torpaqlarında mütləq hakimiyyətin bərqərar olmasını sığortalamışdır. Krımın və Qara dəniz sahillərinin Osmanlı İmperiyasına daxil edilməsi ilə birlikdə, Qara dəniz hövzəsində rəsmi mütləq üstünlük qurulmuşdur.
Sultan I Muradın Kosovoda vəfat etməsindən sonra Anadoluda Osmanlıya tabe olan bəyliklər fürsətdən istifadə edərək dərhal hərəkətə keçdilər. Germiyanoğlu II Yaqub bəy daha əvvəl atası tərəfindən Osmanlıya verilən torpaqları geri aldı, Qara tatarların başçısı Mürüvvət bəy Kırşehri tutaraq Kadı Bürhanəddinə verdi. Səlcuq türklərinin varisləri olduqlarını iddia edən və digər bəyliklərin də onlara tabe olmasını istəyən Qaramanoğulları bu dəfə üsyana başçılıq etdilər. Qaramanoğlu Əlaəddin Ali bəy Beyşehiri alaraq Göllər Bölgəsini işğal etməklə yanaşı, Əskişəhərə qədər Osmanlı torpaqlarına hücum etdi.
1462-ci il iyunun 17-də Osmanlı-Valaxiya müharibəsinin ən mühüm hadisələrindən biri baş verdi
İldırım Bəyazid, Teymurla görüşmək üçün Tokat ətrafına gedir. Teymurun ordusu daha çox olmağına rəğmən, süvarilərinin çoxluğu səbəbindən piyadaların üstünlük təşkil etdiyi Osmanlı ordusu qarşısında müharibənin dağlıq bölgələrdə əleyhinə olacağını düşünərək Tokat ətrafında müharibəni qəbul etmədi. Piyadaların üstünlük təşkil etdiyi Osmanlı ordusunu yormaq üçün Kayseri-Kırşehir üzərindən Ankaraya gələrək qalanı mühasirəyə aldı.
İldırım Bəyazidin Qərbə qarşı cəsarətli siyasəti, xüsusilə İstanbulun mühasirəsi Avropanın böyük bir hissəsində narahatlıq doğurdu. Bizans İmperatoru Manuel, İstanbulu itirmək qorxusu ilə davamlı olaraq Papadan və müxtəlif Avropa hökmdarlarından kömək istəyirdi. Venesiyanın Adalar dənizi vasitəsilə həyata keçirdiyi zəngin ticarəti təhdid edən Osmanlıların əvvəlcə Qərbi Anadolu sahillərində, sonra ise Balkanlarda məskunlaşmağa başlaması bu dövləti ciddi şəkildə narahat edirdi.
Bu amansız türk irəliləyişi qarşısında imperiyanın müxtəlif şəhərlərində (Nürnberq, Spayer, Vorms) təcili olaraq toplanan Alman İmperiya Seymləri (İmperiya Məclisləri və Knyazlar Qurultayı) türklərə qarşı böyük bir səlibçi ordusu toplamaq və hərbi səfərləri maliyyələşdirmək üçün xüsusi bir iqtisadi mexanizm qurmağa məcbur oldular. Bu məqsədlə qəbul edilən yeni vergiyə tarix ədəbiyyatında "Türk vergisi" (almanca: Türkensteuer / Gemeiner Pfennig) adı verilmişdi.
Osmanlıların dördüncü hökmdarı I Bəyaziddən həm Osmanlı, həm də Qərb mənbələrində “İldırım” kimi bəhs edilir. Bəzi fransız yazıçıları bu ləqəb əvəzinə “L’Eclair” sözündən istifadə edirlər. Sultanın şahzadə olduğu dövrdən qatıldığı döyüşlərdə göstərdiyi cəsarət və çevik hərəkətlərə görə ona verilən bu ləqəbin məhz nə vaxt və hansı münasibətlə istifadə olunmağa başlaması ilə bağlı müxtəlif fikirlər var.
Osmanlılar Rumelidə xristianlarla mübarizə apararkən, Qaramanoğulları ilə uzun müddətdir davam edən qarşıdurma yenidən gündəmə gəldi. Əlaəddin Əli bəy Ankaraya gələrək Osmanlının Anadolu valisi Sarı Timurtaş paşanı əsir götürdü. Bir müddət sonra Qaramanoğlu, Timurtaş Paşanı hədiyyə və elçilərlə İldırım Bəyazidin yanına göndərərək yenidən barışmaq istədi. Lakin Niğbolunun qalib komandanı müqavilə təklifini rədd edərək ordusu ilə birlikdə Qaraman bəyliyinə qarşı yürüdü.