Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Sükutla məğlub olan səs-küy - elektron milçək sürüsü ilə necə davranmalı?

    5 Yanvar 2026 11:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sükutla məğlub olan səs-küy - elektron milçək sürüsü ilə necə davranmalı?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi, Feysəl əl-Qasim, suriyalı yazıçı və jurnalist

    Kitablardan yox, şəxsi təcrübədən öyrəndim. Uşaq vaxtı kəndin kənarında inək otararkən itlərlə davranmağın ilk dərslərini aldım. Mal-qaranı otlaqlara aparanda uzaqdan arıq itlər görünərdi. Özlərini güclü və qorxunc göstərər, hürər, dişlərini qıcıdar, sanki dünyanı dağıdacaqlarmış kimi davranardılar. Biz onlara daş atardıq və tezliklə anlayardıq ki, ən böyük səhvi etmişik. Çünki onlara baxan kimi, əsl istədiklərini -diqqəti - vermiş olurduq. İtlər bizim onları eşitdiyimizi görəndə daha da azğınlaşır, hürmələri artırdı.

    Uzun müşahidələrdən sonra qızıl qaydanı anladıq: cavab verilməyən it ya susur, ya da zingildəyərdi.

    Otlaq günlərində öyrəndiyim bu sadə qayda sonradan həyat fəlsəfəsinə çevrildi. Anladım ki, dünya hürən itlərlə doludur, siyasətdə, mediada, sosial şəbəkələrdə. Hər yerdə yalnız səsini eşitdirmək üçün hürənlər var. Onlar deyiləcək sözü olduğu üçün yox, susmağa dözə bilmədikləri üçün hürürlər. Bəziləri isə başqaları adına, pul qarşılığında hürür.

    Bu gün itlər artıq otlaqlarda yox, ekranların arxasınca qaçır. Bəziləri kostyum geyinib kamera qarşısında oturur, bəziləri saxta hesab arxasında gizlənir. Amma mahiyyət etibarilə kənd yolunda hürən itdən fərqləri yoxdur. Fərq ondadır ki, o it səmimi hürürdü, bunlar isə “təhlil”, “şüur”, “cəsarət” adı altında boş hay-küy salırlar.

    Onlar yalnız sən cavab verəndə yaşayırlar. Axmaq sözlər, söyüşlər, təhqirlər yazır, sonra sənin cavabını gözləyirlər. Çünki sənin reaksiyan onlara mövcudluq oksigeni verir. Onları görməzlikdən gələndə isə boğulurlar. Daha çox qışqırır, eyni sözləri təkrar-təkrar yazır, sonda taqətdən düşüb susurlar.

    Ən maraqlısı da budur ki, diqqətini çəkmək üçün kin və axmaqlığı qarışdırırlar. Bəzən “azad fikir” adı ilə hücum edirlər, bəzən “vətənpərvərlik”, bəzən “müxalifət”, bəzən “ləyaqət” pərdəsi altında. Halbuki nə şərəfləri var, nə ləyaqətləri. Sadəcə adının onların dilinə düşməsini istəyirlər. Çünki onlara cavab verməyin belə, onlar üçün sinələrinə taxılan medal kimidir.

    Hürənləri izləyən hər kəs anlayır ki, hürmək onlar üçün sadəcə vərdiş yox, yaşamaq strategiyasıdır. Özləri yuxarı qalxa bilmədikləri üçün səni aşağı çəkməyə çalışırlar. İt çoban olmaq istəmir, çobanı yolundan saxlamaq istəyir. Məqsədi yoxdur, sadəcə sənin məqsədinə mane olmaq istəyir. Bu da uğur qazanmaq istəməyən, amma sənin uğur qazanmamağını arzulayan paxılın eynisidir.

    Həyatında eşitdiyin hər hürüş — işdə, siyasətdə, mediada — səni onların səviyyəsinə çəkmək cəhdidir. İngilislərin bir sözü var:“Palçıqda donuzla güləşmə,o zövq alar, sən isə çirklənərsən.”
    Onların səviyyəsinə endinmi, uduzmusan. Çünki itlə və ya donuzla mübarizə daşla yox, təhlükəsiz təbəssüm, istehza və biganəliklə qazanılır. Unutma: biganəlik əlsiz vurulan bir sillədir.

    Səndən nifrət edənə verə biləcəyin ən ağır “hədiyyə” onu görməməzlikdən gəlməkdir. Çünki nifrət cavabla qidalanır. Səni əsəbi, gərgin, tükənmiş görmək istəyir. Onu görməzlikdən gələndə isə onurğa sütununu toxunmadan qırırsan. Cavab verdikcə onu dirildirsən, susduqca sükutla basdırırsan.

    Biganəliyi bacaran insan daxili rahatlıqla yaşayır. Hər hürən itə daş atanlar isə heç vaxt bu rahatlığı tanımırlar. Çünki hər səsə daş atsaydın, bir gün daş almağa məcbur qalardın. Amma yoluna baxıb keçəndə, sən sakit-səlim məqsədinə çatırsan, itlər isə arxanca hürə-hürə taqətdən düşür.

    İtlərin iki növü var: qorxaq it və quduz it. Həyat bu nümunələrlə doludur.
    Qorxaq it çox hürür, hədələyir, özünü ağıllı göstərir, amma kölgəsindən qorxur. Yazdıqları boş qəhrəmanlıqlardır. Dişləmir, çünki bütün gücünü ulamağa sərf edir.
    Quduz it isə ayrıca məsələdir - ona cavab da lazım deyil, daş da. Bununla aidiyyəti qurumlar məşğul olur. Qalanları isə sadəcə boş hay-küyçülərdir. Özlərini güclü hiss etmək üçün qışqırırlar, halbuki karvan keçir və onlara baxmır.

    Mediada və siyasətdə də otlaqda davrandığımız kimi davran. Sosial şəbəkələrdə söyüş, böhtan, səs-küy görəndə, köhnə otlaqları xatırla. Bunlar yol kənarındakı itlərdir. Sən keçirsən deyə hürürlər - çünki hərəkətsizliklərini xatırladırsan.

    Mediada səfehlərə cavab vermək onlara xəyal etmədikləri ölçü verir. Onları görməməzlikdən gəlmək isə həqiqi ölçülərinə qaytarır: heç nəyə.

    Sakitlik və biganəlik zadəganların silahıdır, hay-küylü dövrdə sakit qalmaq güclülərin lüksüdür. Qışqırıq cəsarət yox, çarəsizlik əlamətidir. Hürən it güclü olduğu üçün yox, zəif olduğu üçün hürür.

    Öz dəyərini bilən hər səsə cavab verməz, hər hərəkətini izah etməz, hər axmağa nəsə sübut etməz. Bilir ki, yollar it səsləri ilə yox, karvan addımları ilə salınır.

    Yoluna davam et, arxaya baxma. Dünya dəyişməyəcək: yol kənarında hürən itlər olacaq, karvanlar isə məqsədlərinə gedəcək. Bəziləri işləmək üçün yaşayır, bəziləri hürmək üçün. Aralarındakı fərq çobanla it arasındakı fərq kimidir. Biri ruzisinin dalınca gedir, digəri isə yalnız səsini eşitmək üçün hürür - elektron milçək sürüləri kimi, ətrafı çirkləndirib sahiblərini razı salmaq üçün.

    Yoluna davam et. İzah etmə. Cavab vermə. Haqq qazandırma. Hürən it karvanı saxlamaz, sadəcə özünü ifşa edər. Hər yeni hürüş isə yalnız bir etirafdır: karvan hələ də gedir.

    Və unutma, məşhur ingilis siyasətçi, yazıçı və sənətkar Uinston Çörçillin sözlərini: “Əgər hər hürən itə daş atmaq üçün dayansan, heç vaxt mənzil başına çatmazsan.”

    #Hürənlərə cavab verdikcə uduzursan: səssizlik qalib gəlir #Elektron itlər niyə hürür? Çünki sən dayananda yaşayırlar #Sosial şəbəkələrin qızıl qaydası: görmədiyini dişləyə bilməzlər #Cavab vermə sənəti: biganəlik ən sərt zərbədir #Elektron ordular necə məğlub olur? Cavabsızlıqla #Elektron milçək sürüsü və hürmək sevdası: səs-küyün fəlsəfəsi #Elektron milçək sürüsü: zəifliyin səsli forması #Hürmək sevdası — daxili boşluğun xarici səsi #Sükutla məğlub olan səs-küy #Elektron milçəklər və diqqət paradoksu #Sükutla məğlub olan səs-küy - elektron milçək sürüsü ilə necə davranmalı?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraq ABŞ və İran arasında necə siyasət yürüdür?

    31 İyul 2026 09:00

    Almaniya gəncləri yenidən kazarmaya çağırır - Məcburi hərbi xidmət niyə narahatlıq yaradıb?

    31 İyul 2026 06:00

    TPAO-nun Kərkük addımı: Türkiyənin enerji xəritəsində mövqeyi güclənir

    30 İyul 2026 14:21

    Beyrutda İran erasının sonu – Vaşinqton Hizbullahı bitirir?

    30 İyul 2026 13:36

    Avropanın xristian irsi və İslamın artan görünürlüğü: əsas problem nədir?

    30 İyul 2026 09:00

    Afrika Buynuzunda yeni dinamika - Somali sabitlik və inkişaf üçün mübarizə aparır

    30 İyul 2026 06:00

    Şəraanın regional mesajları: İsrail, Livan və İraqla bağlı açıqlamalar necə qiymətləndirilir?

    29 İyul 2026 09:00

    Tehran rejimi dənizdəki ənənəvi gücünü necə itirdi?

    28 İyul 2026 18:10

    Qətəri nə qlobal sülh vasitəçisinə çevirdi? - Pulu yoxsa diplomatik əlaqələri?

    28 İyul 2026 09:00

    Türkiyə və Səudiyyə Ərəbistanı yeni ticarət dəhlizində önə çıxır – İsrail marşrutu zəifləyir

    27 İyul 2026 11:40

    Əs-Sistani sonrası Nəcəf Hövzəsini gözləyən tarixi sınaq

    26 İyul 2026 18:56

    İslam sivilizasiyası Qərb təhsil sisteminə necə yol açdı?

    26 İyul 2026 09:00
    XƏBƏR LENTİ

    Azərbaycanı beynəlxalq enerji sənayesində uğurla təmsil edən mütəxəssis – Hüseyn Hacıyev kimdir?

    ChatGPT psixoz riski yaradır - həkimlər nə deyir ?

    İraqın Küveyti işğalından 36 il ötür

    Tarixdə bu gün – 2 Avqust

    Torpağımızın hər qarışı bizim haqqımızdır - Rudolf Heykal

    Tramp Linkoln Memorialındakı hovuzla bağlı Ədliyyə Nazirliyinə etiraz edib

    Cey Kleyton bazar ertəsi ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə başlayacaq

    İsrailin Cənubi Livandakı dağıntıları ciddi narahatlıq doğurur - BMT

    Prezident İlham Əliyev Nəriman Həsənzadənin vəfatı ilə əlaqədar paylaşım edib

    ABŞ Yaxın Şərq üzrə səyahət xəbərdarlığını yeniləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.