#Sükutla məğlub olan səs-küy

Kitablardan yox, şəxsi təcrübədən öyrəndim. Uşaq vaxtı kəndin kənarında inək otararkən itlərlə davranmağın ilk dərslərini aldım. Mal-qaranı otlaqlara aparanda uzaqdan arıq itlər görünərdi. Özlərini güclü və qorxunc göstərər, hürər, dişlərini qıcıdar, sanki dünyanı dağıdacaqlarmış kimi davranardılar. Biz onlara daş atardıq və tezliklə anlayardıq ki, ən böyük səhvi etmişik. Çünki onlara baxan kimi, əsl istədiklərini -diqqəti - vermiş olurduq. İtlər bizim onları eşitdiyimizi görəndə daha da azğınlaşır, hürmələri artırdı.