Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Netanyahunun Somalilandı tanıması İsrail–İran qarşıdurmasını necə dəyişir?

    27 Dekabr 2025 10:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Netanyahunun Somalilandı tanıması İsrail–İran qarşıdurmasını necə dəyişir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVocie Analitik Təhlil Mərkəzi

    Diplomatik çərçivəni aşan diqqətçəkən bir addımda İsrailin baş naziri Binyamin Netanyahu “Somaliland Respublikası”nı müstəqil və suveren dövlət kimi tanıdı. Bu qərar, xüsusilə İsrail ilə husilər arasında gərgin münaqişə və Qırmızı dənizdə artan gərginlik fonunda, vaxtı və mənası ilə bağlı geniş suallar doğurdu.

    Bu səviyyədə ilk dəfə atılan addımı analitiklər husilərə birbaşa təzyiq mesajı və dünyanın ən həssas dəniz yollarından birinin yaxınlığında nüfuz xəritələrini yenidən cızmaq cəhdi kimi dəyərləndiriblər. Addımın nəticələri ilə bağlı qiymətləndirmələr isə fərqlidir: bəziləri yeni təhlükəsizlik və hərbi düzənləmələrdən ehtiyat edir, digərləri isə bunun açıq qarşıdurmaya çevrilmə ehtimalını aşağı sayır.

    Somaliland 1991-ci ildə birtərəfli qaydada müstəqilliyini elan etmiş, lakin indiyədək heç bir dövlət tərəfindən tanınmamış ərazidir. Somali hökuməti Somalilandın ayrılmasına qarşı çıxır. 2024-cü il ərzində Efiopiyanın Somalilandın dəniz çıxışında mövcudluqla bağlı razılaşma cəhdləri səbəbilə Addis-Əbəbə ilə Moqadişu arasında böhran yaşanmış, Misir və bir sıra ərəb ölkələri buna etiraz etmiş, Türkiyə isə vasitəçilik edərək Efiopiyanı bu kursdan çəkindirməyə çalışmışdı.

    Husilərin mühasirəyə alınması

    Somaliland Yəmənlə qonşu bölgədir; Ədən körfəzinin qarşı sahilində yerləşir və Bab əl-Məndəb boğazına çıxışı var. Bu boğaz Asiya ilə Avropa arasında beynəlxalq dəniz daşımaları üçün həyati əhəmiyyət daşıyır. Son illərdə husilərin raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar ticarətə və naviqasiyanın təhlükəsizliyinə təsir göstərib. Somali politoloqu Abdulvali Cami Bərinin fikrincə, tanınma addımı mühüm əhəmiyyət daşıyır və ciddi mesajlar ehtiva edir.

    Bəri hesab edir ki, bu tanınma İsrailə Qırmızı dənizdəki əməliyyatlarına alternativ və ya tamamlayıcı ola biləcək strateji mövqedə “diplomatik halqa” yaradır, xüsusən də husilərin gəmilərə və naviqasiya marşrutlarına hücumları artarsa. Onun sözlərinə görə, İsrail bunu təkcə diplomatik fürsət kimi deyil, həm də dəniz yollarının nəzarəti, təhlükəsizliyinə töhfə, İran və husilərin təsirinə qarşı mövqelənməni gücləndirmək üçün strateji dayaq kimi görür.

    Yəmənli tədqiqatçı Əşrəf əl-Mənş də bu mövqeni bölüşür. O bildirir ki, Netanyahunun tanınması İsrailin husilərin təhdidlərinə qarşı Yəmən sahilləri yaxınlığında hərbi baza axtarışı kontekstinə uyğundur. Somalilandın Ədən körfəzi boyunca 740 km-lik sahil xətti və Hind okeanı ilə Qırmızı dənizin kəsişməsində – Afrika Buynuzunda yerləşməsi onu strateji baxımdan xüsusi edir.

    Müşahidəçilərə görə, İsrailin Somalilandı tanıması Bab əl-Məndəbdə vəziyyətə təsir göstərə, husilərə gedən təchizat yollarını məhdudlaşdıra bilər; lakin ilk növbədə Qırmızı dənizdə təhlükəsizliyi riskə ataraq gərginliyi artıra bilər. İsrailin Şərqi Afrika istiqamətindən husilərin hərbi fəaliyyətini sıxışdırmaq üçün “təhlükəsizlik qayçısı” yaratmağa çalışdığı, Yəmənə qarşı sahil boyu husilərin aktiv qaçaqmalçılıq nöqtələrindən istifadə etdiyi, bunun da İranın “İslam İnqilabı Keşikçiləri Korpusu”- nun himayəsi altında “Əş-Şəbab” terror təşkilatı ilə əlaqələr sayəsində mümkün olduğu iddia edilir.

    Yəməndə “Cuhud” ( Cəhd sözünün cəmi) Araşdırmalar Mərkəzinin rəhbəri Əbdüssəttar əş-Şəmiri hesab edir ki, tanınma İsrailin Afrika Buynuzu və Qırmızı dənizdə mövcudluğunu genişləndirmək cəhdidir və bu, region üçün mənfi nəticələr doğura bilər.

    Bununla yanaşı, Somalilandlı politoloq Əbdülkərim Saleh Hərgisa–Təl-Əviv münasibətləri ilə bağlı narahatlıqları şişirdilmiş sayır. O bildirir ki, tanınma husilərlə münaqişəyə ciddi təsir göstərməyəcək; İsrailin bir çox ərəb, islam və beynəlxalq dövlətlərlə diplomatik əlaqələri var və bu, indiyədək həlledici nəticə verməyib. Onun fikrincə, bu addım beynəlxalq tanınmalar zəncirində simvolik əhəmiyyət daşıyır.

    Bazaların yaradılması ehtimalı

    İsrailin husilərə qarşı zərbələri 2024-cü ilin iyulunda başlasa da, 2025-ci ildə ən azı 14 hədəfin vurulması, Hudeydə limanının dəfələrlə bombalanması və avqustda husilərin hökumət strukturları və yüksək rütbəli hərbçilərinə yönələn genişmiqyaslı hücumlarla intensivləşib.

    Bu fonunda Bəri gələcəkdə təhlükəsizlik əməkdaşlığı və hətta baza ideyalarının müzakirə oluna biləcəyini istisna etmir. Onun qənaətinə görə, hazırda Somalilandda uzunmüddətli İsrail hərbi mövcudluğu qəti deyil, lakin tərəflər strateji fayda görərsə, bu, güclənmiş təhlükəsizlik əməkdaşlığına çevrilə bilər.

    Bərinin fikrincə, husilər İsrailə yaxın Yəmən sahillərində hər hansı hərbi mövcudluğa cavab olaraq təhdid və hücumlarını artıra bilərlər. Bununla belə, o əlavə edir ki, indiyədək husilərdən sırf diplomatik tanınmaya – hərbi genişlənmə olmadan – dair rəsmi reaksiya yoxdur.

    Əşrəf əl-Mənş də İsrail ilə beynəlxalq tanınma axtaran Somaliland arasında maraqların kəsişməsi fonunda Afrika Buynuzunda “strateji dərinliyi” gücləndirəcək hərbi-kəşfiyyat obyektinin qurulması ehtimalını istisna etmir.

    Buna qarşılıq, bəzi müşahidəçilər hesab edir ki, belə münasibətlər istənilən halda hərbi mövcudluğa yol açacaq. Lakin Əbdülkərim Saleh bildirir ki, tərəflər arasında aparılan danışıqlarda hərbi məsələlər müzakirə edilməyib. İsrail baş nazirinin ofisi də Somalilandla əməkdaşlığın kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrini əhatə edəcəyini, hərbi və ya kəşfiyyat əməkdaşlığından söhbət getmədiyini açıqlayıb.

    2025-ci ildə təkzib edilən şayiələrdən sonra (Somaliland Qəzzadan fələstinliləri qəbul edəcək) İsrailin xarici işlər naziri Gideon Saar “X” platformasında bildirib ki, son bir ildə davamlı və hərtərəfli dialoq nəticəsində İsrail ilə Somaliland arasında münasibətlər formalaşıb. Onun sözlərinə görə, İsrail hökumətinin qərarından sonra qarşılıqlı tanınma və tam diplomatik münasibətlərin qurulması barədə razılaşma imzalanıb; bu, səfirlərin təyinatı və səfirliklərin açılmasını da əhatə edir. İsrail iqtisadiyyat, texnologiya, kənd təsərrüfatı və səhiyyə sahələrində əməkdaşlığı genişləndirməyi planlaşdırır.

    #Benyamin Netanyahu #Somali #Somalilend #VOA Analitik Təhlil Mərkəzi #Netanyahunun Somalilandı tanıması İsrail–husilər qarşıdurmasını necə dəyişir? #Somaliland qərarı Qırmızı dənizdə yeni təhlükəsizlik mərhələsi yaradır #İsrailin Somaliland addımı Bab əl-Məndəbi necə təsir altına alır? #Netanyahu’nun Somaliland kararı İsrail-Husî çatışmasını etkiler mi? #Somaliland hamlesi Kızıldeniz’de dengeleri değiştiriyor #İsrail’in Somaliland adımı Babül Mendeb’i nasıl etkiler? #How Netanyahu’s Somaliland Recognition Impacts Israel-Houthi Conflict #Somaliland Decision Reshapes Red Sea Security Balance #Israel’s Somaliland Move and Its Strategic Impact on Bab al-Mandab #Somaliland recognition shocks Red Sea geopolitics #Netanyahu’s move signals new pressure on Houthis #Bab al-Mandab emerges as new flashpoint #Israel redraws influence map near Yemen #Horn of Africa enters Israel-Houthi equation #Признание Сомалиленда Израилем меняет баланс в Красном море #Решение Нетаньяху и его влияние на конфликт с хуситами #Netanyahu Somaliland
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    1 İyun 2026 22:25

    İsrail ordusu Beyrutun cənub ətraflarında məcburi köçürmə əmri verib

    1 İyun 2026 18:47

    Livanda İsrail–Hizbullah müharibəsinin dayandırılması üzrə danışıqlar davam edir

    1 İyun 2026 17:49

    Netanyahu ordusuna Livandakı əməliyyatları genişləndirmək göstərişi verib

    31 May 2026 16:59

    İsrailin son qərarı atəşkəs üzrə müzakirələri gücləndirdi

    29 May 2026 21:26

    Netanyahu: Əməliyyatlar planlaşdırılan sərhədlərlə məhdudlaşmayacaq

    29 May 2026 20:14

    Qəzzada yeni köç dalğası başlayır? Fələstinlilər Netanyahu’nun qərarından narahatdır

    29 May 2026 19:09

    Benyamin Netanyahu: İsrail qoşunları Litani çayını keçib

    29 May 2026 18:55

    Benyamin Netanyahu Qəzzada İsrail nəzarətinin 70 faizə qədər genişləndirilməsini istəyir

    28 May 2026 22:27

    Netanyahunun korrupsiya işi üzrə yeni qərar verildi

    27 May 2026 20:51

    Netanyahu Hizbullahla bağlı yeni rəqəmlər açıqladı

    26 May 2026 22:52

    Netanyahu təhlükəsizlik müşavirəsi keçirdi: Livanda yeni əməliyyatlar başlayır?

    26 May 2026 19:28
    XƏBƏR LENTİ

    Qazada 24 saat ərzində 3 nəfər həlak olub, 35 nəfər yaralanıb

    İsrailin Livana hücumları “dəhşətli uğursuzluq” sayılır

    İran Körfəzdə kiçik dövlətləri izolyasiya etmək məqsədilə hücumlar edir

    Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

    Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib

    Tehran ABŞ-ın özünü müdafiə iddialarını rədd etdi

    Tramp: “Mən olmasaydım, bu gün İsrail olmazdı”

    Körfəz Əməkdaşlıq Şurası İrana sərt xəbərdarlıq etdi

    Roma Papası XIV Leo Prezident İlham Əliyevə məktub göndərib

    Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin açılışı olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.