Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Səudiyyə Ərəbistanına “NATO-dan kənar əsas müttəfiq” statusu verilməsi nə deməkdir?

    19 Noyabr 2025 10:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səudiyyə Ərəbistanına “NATO-dan kənar əsas müttəfiq” statusu verilməsi nə deməkdir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı strateji münasibətlərin dərinliyini əks etdirən mühüm addım olaraq, ABŞ Prezidenti Donald Tramp rəsmi şəkildə Səudiyyə Ərəbistanını “Şimali Atlantika Müqaviləsi Təşkilatına daxil olmayan əsas müttəfiq” (Major Non-NATO Ally – MNNA) elan edib. Bu qərarla Səudiyyə Ərəbistanı, Argentina, Avstraliya, Bəhreyn, Braziliya, Kolumbiya, Misir, İsrail, Yaponiya, İordaniya, Keniya, Küveyt, Mərakeş, Yeni Zelandiya, Pakistan, Filippin, Qatar, Cənubi Koreya, Tailand və Tunis kimi ölkələrin ardınca bu statusu alan 20-ci dövlət olub.

    Bu status, ABŞ-ın NATO üzvü olmayan ölkələrə verə biləcəyi ən yüksək təhlükəsizlik və hərbi əməkdaşlıq səviyyəsi hesab olunur. ABŞ Konqresi bu statusu 1987-ci ildən etibarən ABŞ qanunvericiliyinin 22-ci maddəsinə əsasən tətbiq etməyə başlayıb.

    NATO-dan kənar əsas müttəfiq statusunun üstünlükləri nədir

    Bu statusu alan ölkələr bir sıra mühüm imtiyazlar əldə edirlər:

    1. ABŞ-ın qabaqcıl silahlarına çıxış
    Səudiyyə Ərəbistanı ABŞ istehsalı olan ən müasir və yüksəktexnologiyalı silah sistemlərini almaqda prioritet hüquq qazanır.

    2. Hərbi-texniki əməkdaşlığın genişləndirilməsi
    Bu status ABŞ-a imkan verir ki, müttəfiq ölkədə ABŞ-a məxsus fövqəladə vəziyyətlər üçün nəzərdə tutulmuş hərbi avadanlıqları saxlasın.

    3. Silah və hərbi avadanlığın güzəştli şərtlərlə əldə edilməsi
    MNNA statusu müttəfiq ölkələrə ABŞ artıq ehtiyatda olan hərbi avadanlığı endirimli və ya xüsusi şərtlərlə almağa və ya icarəyə götürməyə imkan yaradır.

    4. Birgə silah proqramlarında iştirak
    Səudiyyə artıq ABŞ-la bir sıra birgə layihələrdə iştirak edirdi, lakin bu status sayəsində həmin əməkdaşlıq qanuni zəmanət altına alınır.

    5. Ortq mühafizə və kəşfiyyat əməkdaşlığının dərinləşməsi
    Status ABŞ-la Səudiyyə arasında kəşfiyyat məlumatlarının mübadiləsini, hərbi təlimləri və təhlükəsizlik əməkdaşlığını daha da gücləndirir.

    Əslində, Səudiyyə Ərəbistanı uzun illərdir bu imtiyazların əksəriyyətindən faktiki olaraq yararlanırdı. Lakin rəsmi statusun verilməsi bu mexanizmləri ABŞ administrasiyalarının dəyişməsindən asılı olmayaraq qurumsallaşdırır və hüquqi zəmanət altına alır.

    MNNA statusu ilə “ortaq müdafiə müqaviləsi” arasındakı fərq nəsir?

    Hər iki termin oxşar səslənsə də, aralarındakı fərq çox böyükdür:

    MNNA – Şərtləri və məhdudiyyətləri
    ABŞ üçün hərbi müdafiə öhdəliyi YOXDUR.
    Ölkə yalnız yüksək səviyyəli təhlükəsizlik əməkdaşlığı, təlim və silah təchizatında prioritet əldə edir.

    Müdafiə Müqaviləsi – Tam fərqli səviyyə

    ABŞ-ın müttəfiqi olan dövlətə qarşı istənilən hücum, ABŞ-a qarşı hücum sayılır.
    ABŞ həmin ölkəni qorumaq üçün hərbi müdaxiləyə MƏCBUR olur.
    Bu NATO-nun 5-ci maddəsinə bənzər hüquqi öhdəlikdir.

    Bu səbəbdən MNNA dərin strateji tərəfdaşlıqdır, amma müdafiə alyansı deyil. Müdafiə müqaviləsi isə tamamilə başqa səviyyədir — müharibə halında ABŞ avtomatik müdaxilə etməyə borcludur.

    Səudiyyəli rəsmilər bu addımı “tam ölçülü strateji tərəfdaşlığa doğru mühüm addım”, ABŞ Dövlət Departamenti isə “regionun birgə təhlükəsizliyinə uzunmüddətli öhdəlik” kimi qiymətləndirib.

    MNNA statusu həm regionda güc balansını dəyişdirir, həm də ABŞ–Səudiyyə münasibətlərinin yeni mərhələyə keçdiyini göstərir.

    #Major Non-NATO Ally – MNNA #Səudiyyə Ərəbistanı NATO-dan kənar müttəfiq #Major Non-NATO Ally Səudiyyə Ərəbistanı #ABŞ–Səudiyyə strateji tərəfdaşlıq #Tramp Səudiyyə açıqlaması #ABŞ-Səudiyyə hərbi əməkdaşlığı #MNNA statusunun mənası #Səudiyyənin hərbi imtiyazları #ABŞ silah satışı Səudiyyə #Səudiyyə təhlükəsizlik siyasəti #Yaxın Şərq ABŞ siyasəti #ABŞ-Səudiyyə müdafiə əlaqələri #ABŞ müdafiə qanunları #MNNA hüquqi statusu #NATO xarici müttəfiqlər siyahısı #Səudiyyə Ərəbistanına MNNA statusu nə verir? #Trampdan tarixi qərar: Səudiyyə Ərəbistanına MNNA statusu verildi #Səudiyyə Ərəbistanına verilən MNNA statusu nə deməkdir? #Saudi Arabia MNNA designation
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyada köhnə əskinasların dövriyyəsi başa çatıb - Pul islahatı inflyasiyaya necə təsir edəcək?

    2 Avqust 2026 09:00

    İraq ABŞ və İran arasında necə siyasət yürüdür?

    31 İyul 2026 09:00

    Almaniya gəncləri yenidən kazarmaya çağırır - Məcburi hərbi xidmət niyə narahatlıq yaradıb?

    31 İyul 2026 06:00

    TPAO-nun Kərkük addımı: Türkiyənin enerji xəritəsində mövqeyi güclənir

    30 İyul 2026 14:21

    Beyrutda İran erasının sonu – Vaşinqton Hizbullahı bitirir?

    30 İyul 2026 13:36

    Avropanın xristian irsi və İslamın artan görünürlüğü: əsas problem nədir?

    30 İyul 2026 09:00

    Afrika Buynuzunda yeni dinamika - Somali sabitlik və inkişaf üçün mübarizə aparır

    30 İyul 2026 06:00

    Şəraanın regional mesajları: İsrail, Livan və İraqla bağlı açıqlamalar necə qiymətləndirilir?

    29 İyul 2026 09:00

    Tehran rejimi dənizdəki ənənəvi gücünü necə itirdi?

    28 İyul 2026 18:10

    Qətəri nə qlobal sülh vasitəçisinə çevirdi? - Pulu yoxsa diplomatik əlaqələri?

    28 İyul 2026 09:00

    Türkiyə və Səudiyyə Ərəbistanı yeni ticarət dəhlizində önə çıxır – İsrail marşrutu zəifləyir

    27 İyul 2026 11:40

    Imagination Saudi Arabia meneceri- Abdullah Əl-Oşayvan kimdir?

    16 İyul 2026 18:26
    XƏBƏR LENTİ

    Z nəsli üçün klassik şah əsər: Lev Tolstoyun Hacı Murad povestinin dərin təhlili

    DAAD təqaüdü nədir?

    Suriyada köhnə əskinasların dövriyyəsi başa çatıb - Pul islahatı inflyasiyaya necə təsir edəcək?

    Yuxuda balta görmək necə yozulur?

    Hugging Face hücumu: Süni intellekt öz həbsxanasından necə çıxdı?

    Giza yaylasında "itirilmiş Sfinks" iddiası: Faktlar nə deyir?

    Azərbaycanı beynəlxalq enerji sənayesində uğurla təmsil edən mütəxəssis – Hüseyn Hacıyev kimdir?

    ChatGPT psixoz riski yaradır - həkimlər nə deyir ?

    İraqın Küveyti işğalından 36 il ötür

    Tarixdə bu gün – 2 Avqust

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.