ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı strateji münasibətlərin dərinliyini əks etdirən mühüm addım olaraq, ABŞ Prezidenti Donald Tramp rəsmi şəkildə Səudiyyə Ərəbistanını “Şimali Atlantika Müqaviləsi Təşkilatına daxil olmayan əsas müttəfiq” (Major Non-NATO Ally – MNNA) elan edib. Bu qərarla Səudiyyə Ərəbistanı, Argentina, Avstraliya, Bəhreyn, Braziliya, Kolumbiya, Misir, İsrail, Yaponiya, İordaniya, Keniya, Küveyt, Mərakeş, Yeni Zelandiya, Pakistan, Filippin, Qatar, Cənubi Koreya, Tailand və Tunis kimi ölkələrin ardınca bu statusu alan 20-ci dövlət olub.