ABŞ rəsmiləri İsrail Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş zamanı Türkiyənin Suriyadakı mövcudluğu ilə bağlı irəli sürülən iddialara münasibət bildirib. ABŞ mətbuatında yayılan məlumatlara görə, Netanyahu Ağ Evdəki görüş zamanı Trampa Türkiyənin Suriyanın şimalında nəzarət etdiyi ərazilərlə bağlı xəritə təqdim edib və bu ərazilərin İsrailin işğal etdiyi bölgələrdən daha böyük olduğunu iddia edib.
Türkiyə
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) və Suriya Mərkəzi Bankı arasında türk lirəsi üzrə depozit hesabının açılması ilə bağlı razılaşma imzalanıb. TCMB-nin yaydığı açıqlamada bildirilib ki, razılaşma çərçivəsində Suriya Mərkəzi Bankının Türkiyə Mərkəzi Bankında türk lirəsi depozit hesabı açması nəzərdə tutulur. Sənəd Türkiyə Respublikası Mərkəzi Bankının sədri Fatih Karahan və Suriya Mərkəzi Bankının rəhbəri Məhəmməd Safvat Raslan tərəfindən imzalanıb.
Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan ANKA-III pilotsuz döyüş uçuş aparatının (PUA) seriya istehsal versiyası daha yüksək uçuş göstəriciləri, artırılmış faydalı yük daşıma qabiliyyəti və məhdud hava-hava döyüş imkanları ilə təchiz ediləcək.
Əhməd Davudoğlu Gələcək Partiyasının fəaliyyətinə xitam verildiyini və siyasətdən getdiyini açıqlayıb. O, qərarını ölkədəki siyasi mühitlə əsaslandırıb. Davudoğlu prezident idarəetmə sistemini tənqid edərək hakimiyyət bölgüsünün pozulduğunu bildirib. Sabiq baş nazir Türkiyənin gücləndirilmiş parlament idarəetmə sisteminə keçməsinin vacibliyini vurğulayıb. O, 2019-cu ildə təsis etdiyi Gələcək Partiyasına da rəhbərlik edirdi.
Türkiyə Xarici İşlər Nazirliyi Kipr məsələsi ilə bağlı bəyanat yayıb. Nazirliyin sözçüsü Öncü Keçəli bildirib ki, Kipr rum tərəfinin barışmaz mövqeyi dəyişmədiyi və regional təhlükəsizliyə mənfi təsir göstərən addımlarına son qoymadığı müddətdə problemin həlli perspektivi konkret məzmun kəsb etməyəcək.
Türkiyənin müdafiə sənayesi şirkəti ROKETSAN gənc mütəxəssislər üçün nəzərdə tutulan "LEVEL-UP AI/ROKETSAN Süni İntellekt Hackathonu" proqramına qeydiyyatın başladığını elan edib. Proqram çərçivəsində Edge AI, maşın öyrənməsi, böyük dil modelləri, avtonom sistemlər və məlumat elmi istiqamətlərində təlimlər, texniki seminarlar, panel müzakirələri və 48 saatlıq hackathon təşkil olunacaq.
2026 - cı ilin iyun ayında Türkiyənin Tekirdağ limanı 23 milyon 527 min 541 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Tekirdağ limanından Türkiyə bayrağı altında üzən 690 min 90 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 9 milyon 454 min 152 ton yük daşınıb.
Adalar dənizində, Kuşadası körfəzi yaxınlığında 3,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatında bildirilib. İlkin məlumata əsasən, zəlzələ nəticəsində insan tələfatı və ya dağıntılar barədə məlumat verilməyib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Kipr məsələsi üzrə 5+1 formatında keçiriləcək növbəti görüşə yalnız konkret hazırlıq işləri başa çatdıqdan sonra keçilməsinin vacibliyini bildirib. Quterreş bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman və Cənubi Kipr Rum Administrasiyasının (CKRA) lideri Nikos Hristodulidis ilə Lefkoşadakı BMT nəzarətində olan neytral zonada keçirdiyi görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.
Türkiyənin bir sıra bölgələrində başlayan meşə yanğınları ilə mübarizə davam etdirilir. Ən kritik vəziyyət Muğlanın Seydikemer rayonunda qeydə alınıb. Güclü küləyin təsiri ilə sürətlə yayılan alovlar səbəbindən Fethiyə–Antalya avtomobil yolu müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb. Muğla Valiliyinin məlumatına görə, yanğının söndürülməsinə 5 təyyarə, 12 helikopter, 35 yanğınsöndürmə maşını, 8 ilkin müdaxilə avtomobili, 22 su tankeri, 14 xüsusi texnika, 44 xidmət avtomobili, 2 təcili tibbi yardım briqadası və ümumilikdə 373 nəfər şəxsi heyət cəlb edilib.
2026 - cı ilin iyun ayında Türkiyənin Kocaeli limanı 42 milyon 176 min 756 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Kocaeli limanından Türkiyə bayrağı altında üzən 2 milyon 559 min 61 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 31 milyon 874 min 951 ton yük daşınıb.
2026 -cı ilin iyun ayında Misirdən Türkiyəyə 18 min 555 turist səfər edib ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 11,47 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Misir vətəndaşlarının payı 0,38 faiz təşkil edib. 2026-cı ilin yanvar-iyun aylarında Misirdən Türkiyəyə 81 min 684 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,40 faiz çoxdur.